Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6337/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş - Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi – X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X7 küçəsi, ev 33-də qeydiyyatda olan Şəxs barəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 14 noyabr may 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də (MMC) xx.xx.2024 xx.xx.2024-cü il tarixlərində plandankənar tematik yoxlama aparılmışdır. Yoxlama zamanı MMC-nin direktoru Şəxs tərəfindən valyuta mübadiləsi məntəqəsində quraşdırılmış müşahidə kameralarınm yalnız xx.xx.2024-cü il tarixinə saat 10:35-dən sonrakı görüntüləri təqdim olunmuş, müşahidə kameralarının son 6 ay müddətində qeydə alınan görüntüləri yoxlayıcıya təqdim edilməmişdir. Halbuki, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası'hın (Qayda) 4.6-cı və 4.7-ci bəndlərinə görə valyuta mübadiləsi məntəqəsində xəzinədarı və müştərini, habelə müştəriyə xidmət sahəsini qeydə ala biləcək yerdə müşahidə kameraları quraşdırılmalıdır. Qeydə alman görüntülər ən azı 6 (altı) ay müddətində qeydə alındığı valyuta mübadiləsi məntəqəsində, əlavə obyekt olduğu halda həmin görüntülərin ehtiyat nüsxələri isə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin əsas binasında saxlanmalıdır. Qeyd edilən görüntülər İnzibati Xətalar Məcəlləsinin 80.2-ci və Qaydanın 4.6-cı və 4.7-ci bəndlərinə əsasən yoxlama aid sənədlər hesab edildiyindən həmin sənədlərin yoxlayıcıya təqdim edilməməsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi üzrə inzibati məsuliyyət yaratmış olur. Nəticədə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli biliərək ən aşağı həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısını dinləyib, tərəfin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının Mərkəzi Bankın baş direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 52.4.1.3-cü maddəsinə və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın (Qayda) 8.2-ci bəndinə uyğun olaraq "xxxx" MMC və "xxxx" MMC-də 10xx.xx.2024-cü il tarixlərində plandankənar tematik yoxlamalar aparılmışdır. Yoxlamalar nəticəsində "xxxx" MMC tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-1.1-ci maddəsinin tələbinin pozulduğu müəyyən edilmişdir. Tələbə əsasən valyuta nəzarəti agentləri apardıqları valyuta əməliyyatları barədə məlumatları Mərkəzi Bank tərəfindən yaradılmış Valyuta əməliyyatları barədə vahid informasiya sisteminə daxil etməli olsalar da, tələbin təmin edilmədiyi müəyyən edilmişdir. Habelə, "xxxx" MMC Qaydanın 3.4, 3.6, 4.7, 6.1, 6.5-ci bəndlərinin və "xxxx" MMC 4.5, 4.7, 4.14, 6.1,6.5, 6.6 və 6.7-ci bəndlərinin tələblərini pozmuşdur. Mərkəzi Bank tərəfindən yaradılmış Valyuta əməliyyatları barədə vahid informasiya sisteminə daxil edilmədən aparılmış əməliyyatların milli valyuta ekvivalentində həcmi "xxxx" MMC-də 103 339.6 manat (60 788 ABŞ dolları) təşkil edir. Yoxlama prosesində onlara məxsus müşahidə kameralarının görüntülərinin "xxxx" MMC-də texniki səbəbdən silindiyi, "xxxx" MMC-də qısa müddətli (6-24 saat aralığında) saxlanıldığı bildirilmişdir. Qeyd olunan hal İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə uyğun olaraq sənədlərin təqdim edilməməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mərkəzi Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin Yoxlama Haqqında hesabatından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 6-1-06/3-2-51/2024 saylı, 9 sentyabr 2024-cü il tarixli Yoxlama haqqında qərarına əsasən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 52.4.1.3-cü maddəsi və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət QaydasTnın (Qayda) 8.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) əməkdaşları Razim Məmmədov (Qrup rəhbəri) və Ələskər Mahmudzadə tərəfindən "xxxx" MMC-də 10-12 sentyabr 2024-cü il tarixlərində plandankənar tematik yoxlama aparılmışdır. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunun (Qanun) 16-1.1-ci maddəsinin və Qaydanın 7.3-cü bəndinin tələbi tələbi pozulmuşdur. Cəmiyyət tərəfindən aparılan bir sıra əməliyyatların Mərkəzi Bank tərəfindən yaradılmış Valyuta əməliyyatları barədə vahid informasiya sisteminə daxil edilmədiyi müəyyən edilmişdir. Qaydanın 4.5-ci, 4.7-ci, 5.2-ci, 6.3-cü, 6.5-ci, 6.6-cı və 6.7-ci bəndlərinin tələblərinə əməl olunmur. Yoxlama zamanı müştərilərdən pulların qəbulu və ötürülməsi üçün xəzinədar tərəfindən açılan “ötürücü qurğu” ilə təmin edilmədiyi (yalnız bir hissədə təmin olunmuş, digərində “ötürücü qurğu” olmadan vəsaitin ötürülməsi və qəbulu aparılır), müşahidə kameralarının görüntülərinin 6 ay müddətində saxlanılmadığı, xəzinədarların üzərində onun soyadı, adı, atasının adı, vəzifəsi və şəkli əks olunmuş tanınma nişanı ilə təmin olunmadığı, valyuta mübadiləsi əməliyyatları aparıldıqda müştəriyə həmin əməliyyatlar üzrə ciddi hesabat blankı hesab olunan valyuta mübadiləsi qəbzi verilmədiyi, gün ərzində aparılan valyuta mübadiləsi əməliyyatlarının qeydiyyat məlumatları əsasında müəyyən edilmiş formada “Gün ərzində kassa dövriyyələri haqqında Arayış” tərtib edilmədiyi, kassa qalığında aşkarlanmış kənarlaşmanın müvafiq aktla rəsmiləşdirilmədiyi və araşdırma aparılmadığı müəyyən olunmuşdur. Bununla yanaşı yoxlama zamanı kassada quraşdırılan müşahidə kameralarının son 14 gün görüntülərinin olduğu bildirilsə də, yoxlama qrupuna təqdim edilməmişdir (görüntülərin silindiyi və ya digər daşıyıcılara köçürüldüyü ehtimal olunur). Qeyd olunanlar Mərkəzi Bank tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsi olaraq qiymətləndirilmişdir. Belə ki, valyuta mübadiləsi məntəqəsində aparılan bütün əməliyyatların Mərkəzi Bank tərəfindən yaradılmış valyuta əməliyyatları barədə vahid informasiya sisteminə daxil edilməsinin yoxlanılması mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çıxarışından görünür ki, "xxxx" MMC-nin direktoru Şəxsdur. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-6337/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6337/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver