Məhkəmə qərarları › İş №3(004)-6537/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6537/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6537/2024 09.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 iclas katibliyi ilə, Qərarından şikayət verilmiş AR DİN Bakı Şəhər X15 İdarəsinin nümayəndəsi X3 X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X15 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X14 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, o, idarə etdiyi maşınla xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, S.Dağlı küçəsində işıqforun qırmızı işığında yolun sol tərəfində dayanıb yaşıl işıq yandıqdan sonra hərəkətə başlamış, bu zaman yolun əks istiqamətindən gələn maşın onun idarə etdiyi maşının sağ arxa tərəfindən vurmuşdur. Qəza baş verərəkən əks tərəfin işıqforu qırmızı yanırdı. Qəzadan sonra yol polisinin əməkdaşı əks tərəfə sür komandası verdiyi ona deyilib, video görüntü ona göstərilib, görüntülərdən də aydın görünür ki, yolu tənzimləyən polis düzgün yürdə durmayıb, onun dayanıb davam etdiyi işıqfordan onu görmək qeyri-mümkündür. Bakı şəhər DYPİ YNH baş inspektoru polis mayoru X4 görüntüdən hər şeyin aydın olduğunu, onun yaşıl işıqda keçdiyini, yol polisinin orada olmadığını dediyi halda, bərabər görüntüyə baxıb onun haqlı olduğunu görsə də, müxtəlif bəhanələr gətirərək onu günahkar çıxardıb, yolun iki zolaq olduğu halda, bir zolaq olduğunu bildirmiş, sonra piyada keçidində piyada olduğunu ona bildirmiş, təkrar görüntüyə baxıblar, piyada piyadanın işıqforun qırmızı işığında keçdiyini desə də, bir neçə bəhanə gətirərək qəzada onu günahkar çıxarıb, halbuki onun yaşıl işıqda keçdiyi kameralarda görünür, yolu tənzimləyən polisin də orada olduğu görünür. İşə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq şəxs bildirdi ki, Yasamal rayonu ərazisində “şüşəli bazar” adlanan yerdə yuxarıdan “Space” telekanalı istiqamətində nəqliyyat vasitəsi ilə hərəkət edirdi. İşıqforun qırmızı işığı yanırdı, daha sonra yaşıl rəng yananda o, hərəkət etdi və qarşıdan gələv avtomil ilə toqquşma baş verdi. Polisin dediyinə görə yol polis əməkdaşları tərəfindən nizamlanırdı, amma nizamlayıcı polis əməkdaşlarını o görmürdü. Polisin göstərişini görmədiyindən işıqforun yaşıl, yəni qadağan olunmayan işarəsinə davrandı və yol-nəqliyyat hadisəsi baş verdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X14 İdarəsinin əməkdaşı, polis mayoru X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayət əsassızdır və təmin edilə bilməz. YPX əməkdaşları 1 nömrəli tədbirlə əlaqədar həmin gün H.Cavid prospektini açırdılar, avtomobilləri həmin istiqamətdə sürətləndirmişlər. Nizamlayıcının özünün qanuni duruşu var, təlimata və qanuna uyğun olaraq yol hərəkətini tənzimləyir. Sürücü həmin an yoldan keçməməli idi, çünki orada qanuna əsasən yolu artıq işıqfor yox, ypx əməkdaşı tənzimləyirdi. Hazırda video materialları məhkəməyə təqdim edir. Aydın şəkildə görsənir ki, şikayət verən şəxs yolda (həm sağda həm solda) YPX əməkdaşlarının yol hərəkətini tənzimləməsinə baxmayaraq yol ayrıcısına daxil olur. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X14 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən X7 20 noyabr 2024-cü il tarixdə saat 09:54 radələrində “BMW 528İ minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində hərəkət edərkən İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İşə baxılarkən səlahiyyətli orqan Bakı şəhər X14 İdarəsinin məhkəməyə təqdim etdiyi hadisənin görüntülərinin təhlükəsiz şəhər kameralarında qeydə alındığı videogörüntü olan CD diskə baxış zamanı X5 idarə etdiyi avtomobillə İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Belə ki, videogörüntüdən aydın görünür ki, H.Javid prospektində nəqliyyat vasitələrinin hərəkəti YPX əməkdaşları tərəfindən tənzimlənir və həmin an sürücü tərəfə “dur” işarəsi, H.Javid prospektində isə nəqliyyat vasitəlinin hərəkəti surətləndirilir. “X12” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Ona görə də şikayətçinin həmin yolda yolu nizamlayan YPX əməkdaşının göstərişi verilərkən hərəkətin davam etdirilməsində İXM-nin 327.2-ci maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X14 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar