Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7609/2025 21.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsini polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, 05 oktyabr 2025-ci il tarixdə saat 19:00 radələrində DİN-nin 102 xidmətinə məlumat daxil olmuşdur ki, Şəxs Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 13, mənzil 60-da qonşusu Zərərçəkmiş şəxs narahat etmiş, qapısına tullantı atmış və buna görə aralarında mübahisə baş vermişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci polis şöbəsini polis sahə inspektoru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, DİN-nin 102 xidmətinə daxil olan məlumata əsasən protokol tərtib etmişdir. Qonşular arasında mütəmadi münaqişələr baş verir. Hər ikisi barədə protokol tərtib edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Bildirdi ki, onun barəsində 102 xidmətinə şikayət etmiş qonşusu Zərərçəkmiş şəxs dəfələrlə onu və yoldaşını təhqir etmişdir, o ziblini onun qapısının ağzına yox, ümumi dəhlizə qoymuşdur. O, Zərərçəkmiş şəxs təhqir etməmişdir, ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Bütün göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 bildirdi ki, Şəxs heç vaxt xanımı təhqir etməmişdir, ümumiyyətlə ictimai qaydanın pozulması və xırda xuliqanlıq halları baş verməmişdir, buna görə də ümumiyyətlə İXM-nin 510-cu maddəsinin tərkibi ümumiyyətlə yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs həyat yoldaşı onu dəfələrlə təhqir edib, qapısına nalayiq ifadələr yazıb qoyurlar, zibilini onun qapısının ağzına qoyur, onunla ədavətləri var, uşağının sinəsindən itələyib, o dəfələrlə bununla bağlı 102 xidmətinə müraciət edib. Onun ünvanına nalayiq ifadələr işlədiblər, bununla bağlı videogörüntülər təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi izahatında göstərdi ki, o, uzun müddətdir ki, münaqişə baş verən binada yaşayır. Zərərçəkmiş şəxs onların binasına 3 ildir köçüb və əksər qonşularla mübahisəsi olub. Qonşuları təhqir edir, nalayiq ifadələr işlədir. Onu bir dəfə döyüb, bununla bağlı məhkəməyədək sadələşdirilmiş icraat materialı da mövcuddur. Vətəndaç Şəxs isə orada ailəsi ilə yaşayır, mehriban adamdır və hər hansı xuliqanlıq hərəkətinin edilməsi onun tərəfindən mümkün deyil. Məhkəmə iclasında videogörüntülərə baxış zamanı Şəxs Zərərçəkmiş şəxs ünvanına hər hansı nalayiq ifadə işlətməsi, ictimai qaydanı pozması, səs-küy salması müəyyən edilmədi. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı inzibati xəta haqqında protokol qeyd edilən Şəxs hər hansı bir hərəkətində İXM-nin 510-cu maddəsinin tərkibini yaradan xırda xuliqanlıq əməli qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər nəticəsində baş vermiş olur. Hazırkı protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etməsi əməlini xırda xuliqanlıq kimi hesab edib barəsində protokol tətib edilsə də, həmin əməl xırda xuliqanlıq hesab edilmir. Həmçinin Şəxs xırda xuliqanlıq əməli törətməsinə dair digər hər hansı bir sübut mövcud deyildir. Göstərilənlərə əsasən İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-7609/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7609/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver