Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9218/2025 16.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, AZ1065, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş EP seriyalı ******* nömrəli 24 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Hava Nəqliyyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin icraatında Monitorinq şöbəsindən daxil olmuş 3-33- 3100/020/032296 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə bağlı bildirirəm ki, "xxxx" MMC-nin ünvanına gəlmiş xx.xx.2025-ci il tarixində **********1681 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 3715,89 manat olan "Geodezik ölçü alətləri" adlı yük 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Qeyd olunan müvəqqəti saxlancda olan yükə xx.xx.2025-ci il tarixdə şirkətin ********** ünvanında yerləşən anbarında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə, "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və "Mallara gömrük təminatının vurulması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarların tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Gömrük baxışı zamanı məlum olmuşdur ki, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirərək yerləşdirilmiş malların heç birinin anbarda mövcud deyil və *********** (DSV) adlı gəmiyə istifadə edilməsi üçün göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmış, şirkətin nümayəndəsi X7 Baş İdarəyə gəlmiş, izahat verərək raportda göstərilən faktı təsdiqləmiş, xx.xx.2025-ci il tarixində **********1681 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirərək yerləşdirilmiş malların heç birinin anbarda mövcud deyil və ************ (DSV) adlı gəmiyə istifadə edilməsi üçün göndərilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC tərəfindən protokola etirazdan görünür ki, Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 24 noyabr 2025-ci il tarixli 00800- 01659/25 saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 00800- 01659/25 nömrəli İnzibati xəta haqqında Protokolda qeyd edilmişdir ki, Hava Nəqliyyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin icraatında Monitorinq şöbəsindən daxil olmuş 3-33- 3100/020/032296 nömrəli xx.xx.2025ci il tarixli raportun icrası ilə bağlı "xxxx" MMC-nin ünvanına gəlmiş xx.xx.2025-ci il tarixində **********1681 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 3715,89 manat olan "Geodezik ölçü alətləri" adlı yük 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Qeyd olunan müvəqqəti saxlancda olan yükǝ xx.xx.2025-ci il tarixdə şirkətin ************ ünvanında yerləşən anbarında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə, "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli və "Mallara gömrük təminatının vurulması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli 253 nömrəli Qərarların tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Gömrük baxışı zamanı məlum olmuşdur ki, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirərək yerləşdirilmiş malların heç birinin anbarda mövcud deyil və ************ (DSV) adlı gəmiyə istifadə edilməsi üçün göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmış, şirkətin nümayəndəsi X7 Baş İdarəyə gəlmiş, izahat verǝrǝk raportda göstərilən faktı təsdiqləmiş, xx.xx.2025-ci il tarixində **********1681 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirərək yerləşdirilmiş malların heç birinin anbarda mövcud olmamış və ************ (DSV) adlı gəmiyə istifadə edilməsi üçün göndərilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, inzibati orqan tərəfindən araşdırma aparılan zaman "xxxx" MMC-ni gömrük orqanlarında təmsil edən şəxs **********1681 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca verilmiş malların anbarda olmadığı və *********** adlı gəmiyə göndərilməsi faktının aşkar olduğunu bildimişdir. Bununla da inzibati xətanın şirkət tərəfindən törədilməsini etiraf etmişdir. İnzibati orqan Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında" Qərardad qəbul edilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır və bu şəxslərin iştirakı olmadan işə yalnız o halda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat verilsin və ya işə baxılmasını təxirə salmaq barədə vəsatət daxil olmasın və ya belə vəsatət rədd edilsin. Məlumat üçün bildiririk ki, inzibati orqan qanunvericiliyin bu tələbini pozaraq, "xxxx" MMCyə inzibati xəta haqqında işin baxılması haqqında hər hansı bildiriş təqdim etməmişdir. Bununla yanaşı xx.xx.2025-ci il tarixli 00800-01659/25 nömrəli İnzibati xəta haqqında Protokolda qeyd edilmişdir ki, inzibati xətanın törədilməsi faktı ***** Monitorinq şöbəsindən daxil olmuş 3-33- 3100/020/032296 nömrəli xx.xx.2025-cü il tarixli raport, xx.xx.2025-cü il tarixli gömrük baxışının keçirilməsi haqqında protokol, xx.xx.2025-cü il tarixində **********1681 sorğu nömrəli gömrük bəyannaməsi və şirkətin qanuni təmsilçisi-təchizat üzrə direktor müavini X1 izahatı ilə tam təsdiq olunur. Məhkəmənin nəzərinə çatdırırıq ki, "xxxx" MMC şirkətinin ümumiyyətlə təchizat üzrə direktor müavini vəzifəsi mövcud deyil, X6 adlı şəxs şirkətdə işləmir və inzibati araşdırma aparılan dövrdə belə bir şəxsə hər hansı etibarnamə verilməmişdir. Bununla yanaşı, protokolda qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şirkətin qanuni təmsilçisi təchizat üzrə direktor müavini X7 faktla bağlı izahat verərək, göstərilənləri təsdiqləmişdir. Yuxarıda qeyd olunduğu kimi, "xxxx" MMC şirkətinin Ümumiyyətlə təchizat üzrə direktor müavini vəzifəsi mövcud deyil. X7 "xxxx" MMC şirkətinin İşçisidir. "xxxx" MMC və ******** MMC şirkəti arasında xx.xx.2024-cü il tarixində *********** nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, "xxxx" MMC şirkəti gömrük rəsmiləşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsini öz üzərinə götürmüşdür. Bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün "xxxx" MMC tərəfindən "xxxx" MMC şirkətinə xx.xx.2025-ci il tarixli etibarnamə verilmişdir. Bu etibarnaməyə Əsasən, "xxxx" MMC şirkəti öz ünvanına daxil olan yüklərin və müşayiət edən yük sənədlərinin alınmasını, göndərilməsini və digər yük əməliyyatlarının aparılmasını, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşmə və hesablaşma İşlərinin həyata keçirilməsini "xxxx" MMC-yə etibar etmişdir. "xxxx" MMC şirkəti isə öz növbəsində şirkətin şifarişçilərinin ünvanına daxil olan yüklərin və müşayiət edən yük sənədlərinin alınmasını, göndərilməsini və digər yük əməliyyatlarının aparılmasını, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşmə və hesablaşma işlərinin həyata keçirilməsini X3, X8, X4, X10 və X5 etibar etmişdir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, X7 hazırki inzibati iş üzrə "xxxx" MMC şirkətinin səlahiyyətli nümayəndəsi olmamış və bu şirkətin adından izahat vermək hüququ yoxdur. AR İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi qeyd edilmişdir. Qeyd olunan maddənin mahiyyəti ondan ibarətdir ki, gömrük nəzarəti altında olan (tam rəsmiləşdirilməmiş və ya şərti buraxılmış) mallar və nəqliyyat vasitələri ilə bağlı qanunla müəyyən edilmiş şərtlərin və məhdudiyyətlərin pozulmasını qadağan edir. Bu pozuntular, icazəsiz İstifadə, məsələn, müvəqqəti idxalda olan avadanlıqdan kommersiya məqsədi ilə istifadə, vəziyyətinin dəyişdirilməsi, yəni gömrük orqanının icazəsi olmadan təmiri, komplektasiyanın pozulması və icazəsiz sərəncam verilməsi, yəni malların satılması, icarəyə verilməsi və ya başqasına verilməsi nəzərdə tutulur. Qeyd olunan halların heç birinə dair İnzibati orqan tərəfindən sübut təqdim edilməmiş və yalnız avandlığın yerinin dəyişdirilməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən, “***********" MMC-nin əməlində AR İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin deyil, 491.3-cü maddəsinin tərkibi mövcuddur. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə məsuliyyət yaranır. Göstərilənlərə əsasən, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X9 etiraza uyğun izahat verərək məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 3-33-3100/020/032221 nömrəli xx.xx.2025-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC- (VÖEN: **********) adına xx.xx.2025-ci il tarixdə **********1681 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 3715,89 AZN, netto çəkisi 3,5 kq) malllar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli, "Mallara gömrük təminatının vurulması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli, 7 nömrəli qərarı ilə təsdiq olunmuş "Gömrük nəzarətinin həyata keşirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq gömrük baxışı həyata keçirilmişdir. Gömrük baxışı nəticəsində gömrük nəzarəti altında olan müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmiş malların (elektron geodezik ölçü aləti 2 (iki) ədəd) anbarda mövcud olmadığı faktı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli **********1681 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən malllar "xxxx" MMC-nin anbar təchizatı/ SƏTƏM koordinatoru tərəfindən ********** gəmisinə istifadə üçün göndərildiyi bildirildi. “Gömrük baxışının keçirilməsi haqqında” 30 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirərək yerləşdirilmiş malların heç birinin anbarda mövcud deyil və ********* (DSV) adlı gəmiyə istifadə edilməsi üçün göndərilmişdir. Bu məlumatı ********* MMC-nin ********** təsdiq etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 491.1-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 3715.89 (üç min yeddi yüz on beş manat səkksən doqquz qəpik) manat məbləğində vəsaitin 50 (əlli) faizi həddində, yəni 1857.94 (min səkkiz yüz əlli yedi manat doxsan dörd qəpik) manat məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-9218/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9218/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver