Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3007/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1971-cı ildə Ermənistan, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 17 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, vətəndaş Şəxs 16.11.2021-ci il tarixdə saat 16:20 radələrində Zeynal Xəlil küçəsində ünvansız söyüşlər söymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ tərəfindən tərtib olunmuş 17 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 17 noyabr 2021-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 17 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs 16.11.2021-ci il tarixdə saat 16:30 radələrində 18-ci PŞ-də polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 17 noyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-dən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X4 izahatında göstərmişdir ki, vətəndaş Şəxs 16 noyabr 2021-ci il tarixdə saat 16:20 radələrində Zeynal Xəlil küçəsində ünvansız nalayiq söyüşlər söymüş və nalayiq ifadələr işlətmiş və qeyd edilən ünvanda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi barədə raportla rəhbərliyə müraciət olunmuş və tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 17 noyabr 2021-ci tarixli inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərmişdir ki, spirtli içki qəbul etdiyindən özündə olmamış və etdiyi hərəkətlərdən xəbərsiz olmuşdur. Sərxoşluqdan ayıldıqdan sonra polis əməkdaşlarından üzr istəmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. 2-ci qrup əlil olmasını, himayəsində 3 övladının olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində inzibati həbslə bağlı olmayan yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin məsul növbətçisi Zabil Məmmədov tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə ünvanlanmış 16.11.2021-ci il tarixli raportdan görünür ki, 16.11.2021-ci il tarixdə xidmətdə olan zaman saat 16:30 radələrində vətəndaş Əliyev X6 Xəlil küçəsində söyüşlər söydüyünə görə polis əməkdaşları tərəfindən 18-ci PŞ-nə gətirilmişdir. Vət. Şəxs 18-ci PŞ-də olan zaman dəfələrlə ünvansız söyüşlər söymüşdür. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq vət. Şəxs tələblərinə məhəl qoymaraq polis əməkdaşlarının ünvanına söyüşlər söyərək şöbənin iş rejimini pozub tabe olmamışdır. Qeyd olunanlarla bağlı şəxsin barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili Amiq Rəhimli tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə ünvanlanmış 16.11.2021-ci il tarixli raportdan görünür ki, xidməti ərazidə xidmət apararkən Z.Xəlil küçəsində 1 nəfər şəxsin ictimai yerdə uca səslə ünvansız söyüşlər söydüyünü görüb nizam intizama dəvət etmək üçün vətəndaşa yaxınlaşıb özünü təqdim etmişdir. Lakin sonradan şəxsiyyəti məlum olan 1971-ci il təvəllüdlü Şəxs Abdullətif oğlu ona da nalayiq ifadələrlə söyüş söymüşdür. Onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirib təhvil vermişdir. Qeyd edilənləri nəzərə alaraq məsələ ilə bağlı müvafiq araşdırma aparılmasına dair aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. “İnzibati qaydada tutma haqqında” 16 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 16 noyabr 2021-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon ƏSMM tərəfindən verilmiş 10.01.2002-ci il tarixli, 237182 nömrəli Vəsiqənin surətindən görünür ki, Şəxs Abdullətif oğlu 2-ci qrup əlildir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 17 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını və 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov İş № 3(005)-661/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ 26 mart 2021-ci il Bakı şəhəri Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin polis sahə inspektoru X3, Müdafiəçi-Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 16:20-də açılır. Sədrlik edənin göstərişi əsasında Azərbaycan Respublikası İXM-in 112.1.2-ci maddəsinə əsasən məhkəmə iclasının katibi məruzə edərək bildirdi ki, protokolu tərtib etmiş şəxs, müdafiəçi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, həmçinin şahidlər məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən məhkəmə iclasına gəlmiş şahidlərin şəxsiyyətini müəyyən edir və şahidlərin müşayiət altında şahidlər üçün ayrılmış otağa aparılması və başqa şəxslərlə ünsiyyətdə olmasının qarşısının alınması, şahidlər üçün ayrılmış otaqda ləyaqətli şəraitin yaradılması barədə göstəriş verir. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və proses iştirakçılarının azərbaycan dilində sərbəst danışa bilmələri və başa düşmələrini aydınlaşdırır. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda azərbaycan dilində sərbəst danışa bilmələri və başa düşmələrini bildirirlər. Sədrlik edən məhkəmənin tərkibini və məhkəmə iclasının katibini elan edir. Sədrlik edən – Qurbanov Vüsal Rafiq oğlu Məhkəmə iclasının katibi – Hüseynov Elçin Rövşən oğlu Sədrlik edən işdə iştirak edən şəxslərə hakimə və məhkəmə iclasının katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün nəzərdə tutulmuş əsasları elan edib izah edir. Etiraz daxil olmadı. Sədrlik edən bildirir ki, barəsində inzibati icraat aparılan X5 eyni tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 09 noyabr 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Sədrlik edən Azərbaycan Respublikası İXM-in 112.1.2-ci maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini müəyyənləşdirir. Şəxs – 06.07.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Sədrlik edənin s/c: Barəsində inzibati icraat aparılan şəxs: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən Azərbaycan Respublikası İXM-in 112.1.5-ci maddəsinə əsasən inzibati xəta törədən şəxsin həmin məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Barəsində inzibati icraat aparılan şəxs: - Hüquq və vəzifələrim mənə tam aydındır. Sədrlik edən inzibati xəta törədən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün məhkəmənin qərarı ilə dövlət hesabına ayrılmış Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X12 elan edir, müdafiəçinin orderini nəzərdən keçirərək iş materialına əlavə edir, xəta törədən şəxsdən və digər proses iştirakçılarından müdafiəçiyə etirazın olubolmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən Azərbaycan Respublikası İXM-in 112.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin səlahiyyətini müəyyənləşdirir və xidməti vəsiqəni nəzərdən keçirir. X4 - Bakı şəhəri Nərimanov RPİ-nin 18-cı PŞ-nin polis sahə inspektoru, polis kapitanı Sədrlik edən işə mahiyyəti üzrə baxılmağa başlamamışdan əvvəl proses iştirakçılarından etiraz və vəsatətlərin olub-olmamasını soruşur. Etiraz və vəsatətlər olmadı. Sədrlik edən Azərbaycan Respublikası İXM-in 112.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri elan edir və baş vermiş hadisənin videogörüntüsünə baxış keçirir. Sədrlik edən protokolu əsaslandırmaq üçün protokolu tərtib etmiş şəxsə izahat verməsini təklif edir. X3 izahatı: - Möhtərəm hakim! Bildirim ki, vətəndaş Şəxs 25 mart 2021-ci il tarixdə saat 19:00 radələrində Təbriz küçəsində ünvansız nalayiq söyüşlər söyüb və nalayiq ifadələr işlədib və Təbriz küçəsi 86 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərdi. Həmin şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi barədə raportla rəhbərliyə müraciət olundu və tərəfimdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 26 mart 2021-ci tarixli inzibati xəta haqqında protokol tərtib edildi və baxılması üçün məhkəməyə təqdim edilib. Əlavə suallar olmadı. Sədrlik edən Azərbaycan Respublikası İXM-in 112.5-ci maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsə izahat verməsini təklif edir. Şəxs izahatı: - Möhtərəm hakim! 25.03.2021-ci il tarixdə saat 16:30 radələrində Təbriz küçəsində yerləşən, “Topaz” mərc oyunlarında olan zaman iki nəfər polis əməkdaşı mənə yaxınlaşıb polis şöbəsinə dəvət ediblər. Məndə də polis əməkdaşları ilə polis şöbəsinə getdim. Mən söyüş söymədim və polislərə qarşı tabesizlik göstərmədim. Qeyd etdiklərimi nəzərə alaraq barəmdə inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edənin s/c: - Mən “Topaz” mərc oyunlarında oturub adam gözləyirdim və bir anda polis əməkdaşları mənə yaxınlaşıb apardılar. - Heç bir tabesizlik göstərməmişəm, əməkdaşlar xidməti vəsiqələrini göstərəndən sonra onlarla birlikdə onlara məxsus avtomobilə əyləşib getdim. - Polisin ünvanına və ya bir başqa şəxsin ünvanına heç bir nalayiq ifadələr, söyüşlər söyməmişəm. - Mənim polis əməkdaşları tərəfindən aparılmağım və hansısa bir tabesizlik göstərməyim “Topaz” mərc oyunları zalının müşahidə kameraları ilə qeydə alınıb. Əlavələr suallar olmadı. Sədrlik edənin göstərişi əsasında şahid məhkəmə iclas zalına dəvət olunur. Sədrlik edən şahidin şəxsiyyətini və səlahiyyətini müəyyən edir. X13 – Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Sədrlik edən şahidə Azərbaycan Respublikası İXM-nin 67-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Şahid: - Hüquq və vəzifələrim mənə tam aydındır. Sədrlik edən şahidə Azərbaycan Respublikası İXM-nin 67.5-ci maddəsinə əsasən izahat verməkdən imtina etməyə və ya billə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyətini elan edib, ondan iltizam alır. Şahid: - Həqiqəti və məhkəmədə baxılan inzibati işlə bağlı mənə məlum olan bütün halları məhkəməyə söyləyəcəyimə and içirəm. Sədrlik edən şahidə sərbəst izahat verməyi təklif edir. X7 izahatı: - Möhtərəm hakim! Bildirim ki, 25.03.2021-ci il tarixdə xidmətdə olan zaman saat 19:00 radələrində ünvan 5 ünvanının qarşısında bir nəfər şəxsin tibbi maskadan istifadə etməyərək karantin rejim qaydalarını pozduğunu müəyyən edib ona yaxınlaşdım və özümü təqdim edərək tibbi maskadan istifadənin zəruriliyinə dair ona müvafiq izahlar verməyə başladım. Bu zaman həmin şəxs əsassız olaraq mənə qarşı kobudluq edərək nalayiq ifadələr işlədib oradan üzaqlaşıb Təbriz küçəsi 86 ünvanında fəaliyyət göstərən “Topaz”a daxil oldu. Mən isə həmin ünvanda insanların çoxluğunu və həmin şəxsin emosional durumunu nəzərə alaraq xidmətdə olan 18-ci Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Rauf Novruzovu ora dəvət edərək mənimlə birlikdə həmin müəssisəyə daxil olub sözügedən şəxsə yaxınlaşıb bir daha özümüzü təqdim etməklə onu 18-ci PŞ-nə dəvət etdərək X9 təhvil verdik. Polis şöbəsində olan zaman məlum oldu ki, həmin şəxs 1986-cı il təvəllüdlü Şəxsdur. Sədrlik edənin s/c: -Qeyd etdiyim ünvanda xidmətdə idim və bir nəfərin uzaqdan tibbi maskadan istifadə etməyərək gəlməsini müşahidə etdim. Şəxs mənə yaxınlaşdıqda ona özümü təqdim edərək onun niyə tibbi maskadan istifadə etmədiyini bildirdikdə şəxs mənimlə nalayiq ifadələr və söyüşlərdən istifadə edərək danışmağa başladı. -Mən ona dəfələrlə haqlı irad bildirsəmdə o, məni təhqir etməkdə davam edirdi və tələbimə məhəl qoymayaraq oradan uzaqlaşdı. -Ətrafda adamların çoxluğu səbəbindən onun arxasınca getdim və həmin anda kömək göstərilməsi üçün radioefir vasitəsilə dəstək çağırdım. X1 gəldi və mən şəxsin “Topaz” mərc oyunları zalına daxil olduğunu gördük. - Daxil olduqda ilk əvvəl tanımasamda sonradan onu üzdən tanıdım və iş yoldaşımın köməkliyi ilə onu avtomobilə əyləşdirərək bölməyə təmin etdik. Sədrlik edənin göstərişi əsasında şahid məhkəmə iclas zalına dəvət olunur. Sədrlik edən şahidin şəxsiyyətini və səlahiyyətini müəyyən edir. X15 – Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Sədrlik edən şahidə Azərbaycan Respublikası İXM-nin 67-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Şahid: - Hüquq və vəzifələrim mənə tam aydındır. Sədrlik edən şahidə Azərbaycan Respublikası İXM-nin 67.5-ci maddəsinə əsasən izahat verməkdən imtina etməyə və ya billə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyətini elan edib, ondan iltizam alır. Şahid: - Həqiqəti və məhkəmədə baxılan inzibati işlə bağlı mənə məlum olan bütün halları məhkəməyə söyləyəcəyimə and içirəm. Sədrlik edən şahidə sərbəst izahat verməyi təklif edir. X8 izahatı: - Möhtərəm hakim! Bildirim ki, 25.03.2021-ci il tarixdə xidmətdə olan X13 radioefir vasitəsilə köməklik göstərməsini xahiş etdi. Həmin an mən yaxın olduğumdan köməklik göstərmək üçün deyilən ünvana yaxınlaşdım. “Topaz” mərcoyunları zalına daxil olub sözügedən şəxsə yaxınlaşıb bir daha özümüzü təqdim etməklə onu 18-ci PŞnə dəvət etdərək X9 təhvil verdik. Polis şöbəsində olan zaman məlum oldu ki, həmin şəxs 1986-cı il təvəllüdlü Şəxsdur. Sual daxil olmadı. Sədrlik edən barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisinə çıxış üçün söz verir. X10 çıxışı: - Möhtərəm hakim! Hüquqlarını müdafiə etdiyim şəxs özünü təqsirli bilmir və ifadəsində, həmçinin sualara cavab verərkən tam ətraflı aydın oldu. Qeyd edilənləri nəzərə alıb inzibati iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən CD diskə baxış keçirərək iş materiallarına əlavə edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Sədrlik edən inzibati materialı araşdırır. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqda qərarı elan edir, qərardan şikayət vermə müddət və qaydasını izah edərək məhkəmə iclasını bağlı elan edir. Protokol 26 mart 2021-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Vüsal Qurbanov Məhkəmə iclasının katibi: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №3(005)-3007/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3007/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver