Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3108/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsi X1, Şikayət verən şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarını xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Azərbaycan Respublikası İXM-nin 130-cu maddəsinə əsasən 10 gün müddətində qərardan şikayət vermə hüququndan istifadə edilərək hazırkı şikayəti təqdim edir. Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat inzibati cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən qeyd edilən qərar qanunsuz və əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bildirir ki, işə baxılarkən Dövlət Turizm Agentliyi tərəfindən göndərilmiş hər hansı bir bildiriş onlara çatmamışdır. Həmin Məcəllənin 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan məlumat yer almışdır. Qeyd etmək istəyir ki, protokol tərtib edilərkən bu maddənin tələbləri kobud şəkildə pozulmuşdur. Çünki, protokol tərtib edilərkən “Nine Hotel”in nümayəndəsinin iştirakı olmamışdır. Buna görə də, izahat alınmamış (İXM 100.1.7. maddə), İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş (İXM 100.2. maddə), protokolun surəti təqdim edilməmiş (İXM 100.3. maddə) və protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamışdır (İXM 100.4. maddə). Ümumiyyətlə, protokolda qeyd edilmiş inzibati xəta tərkibli əməl tərəfindən törədilməmişdir. Qeyd etdiklərini nəzərə alınaraq X2 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilməsinə dair Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq X4 “Nine” Hoteldə baxil və saç örtüyünün (bone) olmamasını etiraf etmişdir. Qərarı barəsində şikayət verilmiş Dövlət Turizm Agentliyinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Dövlət Turizm Agentliyi tərəfindən “Nine” Hoteldə aparılmış yoxlama zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halı aşkar edilmişdir. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə əsasən “Nine” Hotelin vəzifəli şəxsi tərəfindən şübhəli COVİD-19 hallarında ünsiyyət üçün baxil və saç örtüyü (bone) olması təmin edilməmişdir. Bu səbəbdən də Agentlik tərəfindən “Nine” Hotelin vəzifəli şəxsi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min manat) məbləğində cərimə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, Dövlət Turizm Agentliyi tərəfindən “Nine” Hoteldə aparılmış yoxlama zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halı aşkar edilmişdir. Bu səbəbdən də, “Nine” Hotelin vəzifəli şəxsi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X4 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın 9.1-ci bəndinə əsasən mehmanxanada şübhəli COVİD-19 hallarında ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu geyimlərin (qoruyucu forma (kombinezon, üz üçün sipər), baxil, tibbi əlcək, tibbi eynək, saç örtüyü (bone), tibbi maska) olması təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3108/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3108/2020
27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver