Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-237/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 28, mənzil 20; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (13000- 02025/24) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resurslarında Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti kapitanı X3 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə 13000-02025/24 nömrəli, 29 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resusrları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzinin 2-ci şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33-3200/012/005513 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına göndərilən “emalın spesifik prosesləri üçün maye yanacaq" adlı yük xx.xx.2022-ci il tarixli **********8675, xx.xx.2022-ci il tarixli **********1237 və xx.xx.2022-ci il tarixli **********4252 sorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında bəyan olunmuşdur. Gömrük orqanı tərəfindən verilən icazədə göstərilir ki, **********8675, **********1237 və **********4252 sorğu nömrəli gömrük bəyannamələri ilə götürülmüş öhdəlik müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin öhdəlik müddətinin başa çatmasına baxmayarag Şəxs MMC tərəfindən müddətin uzadılması ilə bağlı gömrük orqanına müraciət olunmamış və qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd edilən raportun araşdırılması ilə bağlı sözügedən Şirkətin nümayəndəsinin izahatının alınması vacibliyini əsas götürərək şirkətin ünvanına xx.xx.2024-cü il tarixli 3-33-3200/2-002147/2024 və xx.xx.2024-cü il tarixli 3-33-3200/2- 002222/2024 nömrəli məktublar göndərilmişdir. Daha sonra Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin rəisi X3 +99***-***-**-** mobil nömrəsi ilə Dövlət Gömrük Komitəsi X1 Sistemində (bundan sonra VAİS) Şəxs MMC üçün qeyd olunan +99***-***-**-** mobil nömrəsi ilə əlaqə yaradılmışdır. Əlaqə yaradılan zaman özünü şirkətin direktoru kimi özünü təqdim edən Vüsal Həsənov səhhəti ilə əlaqədar olaraq izahat vermək üçün Təhqiqat şöbəsinə gələ bilmədiyini qeyd etmişdir. V.Həsənov şifahi şəkildə bildirmişdir ki, xx.xx.2022-ci il tarixli **********8675, xx.xx.2022-ci il tarixli **********1237 və xx.xx.2022-ci il tarixli **********4252 sorğu nömrəli gömrük bəyannamələri əsasında daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici malın öhdəlik müddəti ərzində ixrac edilməməsi zavodda yerləşən avadanlığlarda texniki problem yaranması səbəbindən emal əməliyyatlarının başa çatdırılmaması olmuşdur. Eyni zamanda izahat vermək üçün Təhqiqat şöbəsinə gələcəyini bildirmiş və onların iştirakı olmadan materialın məhkəməyə göndərilməməsini xahiş etmişdir. xx.xx.2024-cü iİ tarixdə V.T.Həsənov izahat vermək üçün Təhqiqat şöbəsinə gələrək əlaqə yaradılan zaman şifahi şəkildə qeyd etdiklərini təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, şirkət tərəfindən xx.xx.2024-cü il tarixdə BPİGT 24-03/31 nömrəli məktubla Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsinə müraciət olunaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici malın emal müddətinin 1 il müddətinə artırılması barədə xahiş edilmişdir. Lakin, emal müddəti uzadılmadığı və əvvəlki məktuba cavab verilmədiyi üçün yenidən Baş idarəyə xx.xx.2024cü il tarixdə BPİGT 24-11/05 nömrəli məktubla müraciət olunmuşdur. Həmin məktuba əsasən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsi tərəfindən Dövlət Gömrük Komitəsinə müraciət edilmişdir. Vüsal Həsənov tərəfindən müraciət məktubları Təhqiqat şöbəsinə təqdim edilmişdir. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, İraq Respublikasında fəaliyyət göstərən "inter oil gas refinery" şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən ümumilikdə netto çəkisi 70618 kq, gömrük dəyəri 80205.45 manat olan “emalın spesifik prosesləri üçün maye yanacaq” adlı yük **********8675, **********1237 və **********4252 sorğu nömrəli gömrük bəyannamələri ilə Dəniz Nəgliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli BPİGT23-04-03/15 nömrəli məktubla Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə müraciət olunaraq yuxarıda qeyd olunan bəyannamələr üzrə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici malın emal prosesləri üçün emal müddətinin xx.xx.2024-cü il tarixədək uzadılması xahiş edilmişdir. Gömrük orqanı tərəfindən malın daxildə emal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılmasına icazə verilmişdir. Ətraflı araşdırma üçün xx.xx.2024-cü il tarixdə 3-33-3200/012/005513 qeydiyyat nömrəli raportun icraçısı olan X5 şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. X4 izahatında bildirmişdir ki, “Baft and partners innovative green technology" MMC-nin ünvanına göndərilən “maye yanacaq” adlı mallar xx.xx.2022-ci il tarixli **********675, xx.xx.2022-ci tarixli **********1237 və xx.xx.2022-ci il tarixli **********4252 sorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında bəyan olunmuşdur. Şəxs MMC tərəfindən gömrük orqanına ünvanlanan xx.xx.2023-cü il tarixli xx/xx/001855 nömrəli müraciət məktubuna əsasən geyd edilən malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Dövlət Gömrük Komitəsinin VAİS informasiya resursuna baxış keçirilən zamanı müəyyən edilmişdir ki, yuxarda geyd edilmiş gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici malın qalıqları müddətin bitməsinə baxmayaraq müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. Araşdırmaya əsasən DGK VAİS-dən çıxarılmış ixrac gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş “emalın spesifik prosesləri üçün maye yanacaq" adlı xarici mal emal üzrə yerinə yetirilən əməliyyatların hasilat normasından sonra xx.xx.2024-cü il tarixli **********6810 sorğu nömrəli gömrük bəyannaməsi ilə 24257.32 kq, xx.xx.2022-ci il tarixli **********2771 və **********2695 sorğu nömrəli gömrük bəyannamələri ilə ümumilikdə 48020.00 kq və xx.xx.2023-cü il tarixli **********9160 sorğu nömrəli gömrük bəyannaməsi ilə 22360 kq “L01-62 dizel yanacaq” adlı mal İraq Respublikasında fəlaiyyət göstərən “Nowrozi Energy co" LTD-nin ünvanına ixrac edilmişdir. Həmin gömrük bəyannamələrinin qoşma vərəqlərində əvvəlki gömrük bəyannamələrinin sorğu nömrələri qeyd edilmişdir. Araşdırma zamanı xx.xx.2022-ci il tarixli **********8675, xx.xx.2022-ci il tarixli **********1237 və xx.xx.2022-ci il tarixli **********4252 sorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altındada yerləşdirilmiş malın qalığını və gömrük dəyərini müəyyənləşdirmək zərurəti yarandığı üçün Baş İdarənin Təhqiqat şöbəsindən Rəsmiləşdirmə mərkəzinə xx.xx.2024-cü il tarixli 3-33-3200/013/005920 nömrəli xidməti qeydlə müraciət olunmuşdur. Rəsmiləşdirmə mərkəzinin xx.xx.2024-cü il tarixli 3-33-3200/012/005942 nömrəli xidməti qeydinə əsasən Şəxs MMC tərəfindən daxildə emal xüsusi gömrük proseduru altındada yerləşdirilmiş ümumilikdə 70618 kq olan “emalın spesifik prosesləri üçün maye yanacaq" adlı malın 30968.37 kq-ı ölkə ərazisində qalıq qismində qalmışdır və qalıq kimi qalmış malın gömrük dəyəri 36708 AZN hesablanmışdır. İş materialında olan xx.xx.2022-ci il tarixli **********6810, xx.xx.2022-ci il tarixli **********2771 və **********2695, xx.xx.2023-cü il tarixli **********9160 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici mal üzərində emal əməliyyatları aparıldıqdan sonra ümumilikdə 94637.32 kq “L01-62 dizel yanacaq” adlı mal İraq Respublikasında fəlaiyyət göstərən Nowrozi Energy co" LTD-nin ünvanına ixrac edilmişdir. İş materialında olan Şəxs MMC-nin direktoru tərəfindən Təhqiqat şöbəsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli BPİGT 04- 03/31 nömrəli məktubdan görünür ki, daxildə emal xüsusi gömrük prosedurunun uzadılması üçün hüquqi şəxs gömrük orqanına müraciət etmişdir. Təqdim olunan "xxxx" MMC-nin 171331 nömrəli qaiməsindən görünür ki, müraciət məktubu xx.xx.2024-cü il tarixdə “Express Courier Services" MMC-yə təqdim edilmişdir. Lakin, həmin müraciət məktubu Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə daxil olmamışdır. Şirkət tərəfindən 21.11 2024-cü il tarixli BPİGT 24-11/05 nömrəli müraciət məktubu ilə yenidən Baş idarəyə müraciət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3-33-3200/2- 002309/2024-cü il nömrəli məktubdan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsi Şirkətin məktubuna əsasən xarici malların daxildə emal xüsusi gömrük prosedurunun uzadılması üçün Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli 3-33-3200/1-006499/2024 nömrəli məktuba əsasən Şəxs MMC tərəfindən daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətinin uzadılması barədə gömrük orqanına müəyyən olunmuş qanunvericilikdə müəyyən olunmuş müddətdə müraciət edilmədiyindən göstərilən müddətin uzadılması məqsədəmüvafiq hesab edilməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 497-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında protokol tərtib edən orqanın nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: İxrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar (83.2-ci maddə); Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir (200.1-ci maddə). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın bilavasitə obyekti olan malın dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malın dəyəri olmuş 36708 manat məbləğinin 30 faizi – 11012,4 manat (on bir min on iki manat, qırx qəpik) məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-237/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-237/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver