Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3257/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş 21 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallarda verilən yazılı göstərişləri icra etməmiş, sənədləri təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininin 04.10.2021-ci il tarixli qərarına əsasən Şəxs MMC adlı nəzarət subyektində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə növbədənkənar səyyar yoxlama həyata keçirilmişdir. Səyyar yoxlamanın aparılması üçün “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” Tələbnamə təqdim edilmiş və müəyyən sənədlərin yoxlamaya təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisinin rəhbəri qeyd olunan fəaliyyət növü ilə məşğul olmadığını və faktiki işləmədiyini əsas gətirərək tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Baş vermiş qanun pozuntusuna görə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinini 598.1.4-cü maddəsinə əsasən 21 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 izahatında bildirmişdir ki, tərtib olunmuş protokolla razı deyillər. Əvvəla “Səyyar vergi yoxlamasının keçirilməsi qaydaları”nda belə bir tələbnamə forması nəzərdə tutulmamışdır. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarda yoxlamanın keçirilməsi əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi göstərilmişdir. Həmin maddədə göstərilmişdir ki, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə səyyar vergi yoxlaması keçirilə bilər. Lakin vergi orqanı həmin məlumatın nədən ibarət olmasını bildirmir və bununla bağlı heç bir sənəd təqdim etmir. 05 oktyabrda yoxlama başlanır, 21 oktyabrda başa çatır. Pozuntu nə vaxt aşkar olunub, necə müəyyən edilib, yazılı göstəriş nə vaxt verilib, bütün bunlarla bağlı heç bir məlumat yoxdur. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahişdir. İş materiallarına əlavə edilmiş Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********150301 nömrəli 04.10.2021-ci il tarixli qərardan görünür ki, Şəxs üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 05.10.2021-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən görünür ki, Şəxsndə 05.10.2021-ci il tarixdən 17.11.2021-ci il tarixədək dövrdə Vergi qanunvericiliyinə əməl olunması məqsədi ilə növbədən kənar səyyar vergi yoxlanılmanın aparılması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” 21.10.2021-ci il tarixli **********726800 nömrəli aktdan görünür ki, Şəxs MMC “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallarda verilən yazılı göstərişləri vaxtında icra etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 598.1.4-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa görə: - monitorinqdə iştirak edən digər şəxslər - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər, lotereya və idman mərc oyunları təşkilatçıları, vəkillər, notariuslar, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslərdir (1.0.8-ci maddə); - daxili nəzarət sistemi - monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən həyata keçirilən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan kompleks daxili nəzarət tədbirləridir (1.0.10cu maddə); - monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər (5.4-cü maddə); - Monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır: cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların hazırlanması (12.1.1-ci maddə); cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu risklərin idarə olunması və azaldılması üçün tədbirlərin görülməsi (12.1.1-1-ci maddə); müştərilərin, onların adından çıxış edən səlahiyyətli nümayəndələrin, benefisiar mülkiyyətçilərin, əməliyyatların eyniləşdirilməsinə və verifikasiyasına, müştərinin və benefisiar mülkiyyətçinin xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə imkan verən daxili, mərkəzləşdirilmiş arxivin yaradılması (12.1.2-ci maddə); məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydaların hazırlanması (12.1.3-cü maddə); cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi (12.1.4-cü maddə); monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsi (12.1.5-ci maddə); bu Qanunla tələb olunan qaydaların monitorinq iştirakçıları tərəfindən tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizmi (12.1.7-ci maddə); monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi (12.1.8-ci maddə); fəaliyyət xüsusiyyətindən asılı olaraq, işə qəbul və işçilərin yoxlanması mexanizmlərinin, habelə xarakteri şübhə doğuran hər hansı əməliyyatın aşkarlanması, qarşısının alınması və lazımi məlumatların bu Qanunun 11-ci maddəsinə əsasən maliyyə monitorinqi orqanına təqdim olunması üzrə digər mexanizm və qaydaların hazırlanması (12.1.9-cu maddə); Beləliklə tədqiq edilmiş materiallar əsasında aydın olur ki, Şəxs MMC “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallarda verilən yazılı göstərişləri vaxtında icra etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3257/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3257/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver