Məhkəmə qərarları › İş №3(006)-3692/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3692/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3692/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 64; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 266.322,51 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, MMC ilə İsveçrədə fəaliyyət göstərən “Thermoplan AG” şirkəti ilə “Malların alqı-satqısı haqqında” xx.xx.2022-ci il tarixli, 2305/2022 saylı müqavilə bağlanılmış və ona görə satıcı tərəf kimi “Thermoplan AG” təchiz edilmiş bütün malları İncoterms 2020-ci il nəşrinə uyğun olaraq EXW şərti altında çatdırmalıdır. Eyni zamanda, Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkəti arasında malların çatdırılmasına dair xx.xx.2022-ci il tarixli, 133169 saylı müqavilə imzalanmış və bu sənədə görə malların çatdırılması İncoterms 2010 EXW Veggis İsveçrə şərti əsasında müəyyən edilir, mallar təchizatçının (“Thermoplan AG”, İsveçrə) anbarından çıxarılaraq Moskvaya aparılır. Bundan əlavə, hər 3 şirkət arasında xx.xx.2022-ci il tarixdə 133169 saylı “Beynəlxalq üçtərəfli satış və komissiya” müqaviləsi bağlanılmış və burada ООО "xxxx" şirkəti müştəri qismində, Şəxs MMC komissiya agenti qismində və “Thermoplan AG” şirkəti təchizatçı qismində çıxış edir. Bu müqaviləyə əsasən komissiya agenti öz xidmətləri vasitəsilə müştərini təchizatçıdan sifariş verdiyi mallarla təmin olunacağını vəd edir və xidmətlərinə görə əvəzində hər iki tərəfin komissiyası ilə mükafatlandırılır. Müştəri də Əlavədə müəyyən edilmiş qiymətin 100%-ni onun imzalandığı 10 təqvim günü müddətində təqdim edilmiş hesab-faktura əsasında komissiya agentinin bank hesabına ödəyir, sonuncu da bu ödənişin aldığı 10 təqvim günü ərzində onun 95%-ni təchizatçının bank hesabına köçürür. Mallar təchizatçı tərəfindən FCA, Veggis, İsveçrə, İncoterms, 2010 nəşrinə uyğun şərtilə çatdırılır. Qeyd olunanlarla bağlı ООО "xxxx" şirkəti xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin "xxxx" QSC-də olan hesabına 279.638,64 Avro pul göndərmiş, MMC də bu vəsaitdən 266.322,51 Avro məbləğində pulu xx.xx.2022-ci il tarixdə “Thermoplan AG” şirkətinin hesabına köçürmüşdür. Yuxarıda qeyd olunmuş üçtərəfli müqavilə əsasında “Thermoplan AG” şirkəti tərəfindən həmin vəsaitlə bağlı mallar ООО "xxxx" şirkətinə göndərilmiş və bununla bağlı yük gömrük bəyannamələri də mövcuddur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan: - "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda Şəxs MMC-nin xx.xx.2022-ci il tarixdə 266.322,51 Avro dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; - Köçürmə sənədinə görə Şəxs MMC tərəfindən İsveçrədə fəaliyyət göstərən “Thermoplan AG” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli, 2305/2022 saylı müqavilə ilə bağlı xx.xx.2022-ci il tarixli, 133139 saylı və xx.xx.2022-ci il tarixli 133178 və 133169 saylı proforma-invoys üzrə xx.xx.2022-ci il tarixdə 266.322,51 Avro pul göndərilmişdir; - Şəxs MMC ilə İsveçrədə fəaliyyət göstərən “Thermoplan AG” şirkəti ilə bağlanılmış “Malların alqı-satqısı haqqında” xx.xx.2022-ci il tarixli, 2305/2022 saylı müqaviləyə görə satıcı tərəf kimi “Thermoplan AG” təchiz edilmiş bütün malları İncoterms 2020-ci il nəşrinə uyğun olaraq EXW şərti altında çatdırmalıdır; - Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkəti arasında imzalanmış malların çatdırılmasına dair xx.xx.2022-ci il tarixli, 133169 saylı müqaviləyə əsasən malların çatdırılması İncoterms 2010 EXW Veggis İsveçrə şərti əsasında müəyyən edilir. Mallar təchizatçının (“Thermoplan AG”, İsveçrə) anbarından çıxarılaraq Moskvaya aparılır; - xx.xx.2022-ci il tarixli, 133169 saylı “Beynəlxalq üçtərəfli satış və komissiya” müqaviləsinə əsasən ООО "xxxx" şirkəti müştəri qismində, Şəxs MMC komissiya agenti qismində və “Thermoplan AG” şirkəti təchizatçı qismində çıxış edir. Bu müqaviləyə görə komissiya agenti öz xidmətləri vasitəsilə müştərini təchizatçıdan sifariş verdiyi mallarla təmin olunacağını vəd edir və xidmətlərinə görə əvəzində hər iki tərəfin komissiyası ilə mükafatlandırılır. Müştəri də Əlavədə müəyyən edilmiş qiymətin 100%-ni onun imzalandığı 10 təqvim günü müddətində təqdim edilmiş hesab-faktura əsasında komissiya agentinin bank hesabına ödəyir, sonuncu da bu ödənişin aldığı 10 təqvim günü ərzində onun 95%-ni təchizatçının bank hesabına köçürür. Mallar təchizatçı tərəfindən FCA, Veggis, İsveçrə, İncoterms, 2010 nəşrinə uyğun şərtilə çatdırılır; - Şəxs MMC-nin "xxxx" QSC-dən olan hesabındakı çıxarışa görə ООО "xxxx" şirkəti tərəfindən MMC-yə xx.xx.2022-ci il tarixli, 133169 saylı müqavilə ilə bağlı xx.xx.2022-ci il tarixdə 279.638,64 Avro pul göndərilir; - Rusiya Federasiyasının gömrük orqanı tərəfindən tərtib edilmiş mallara dair xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bəyannamələrə əsasən “Thermoplan AG” (İsveçrə) şirkəti tərəfindən ООО "xxxx" şirkətinə xx.xx.2022-ci il tarixli, 133169 saylı müqavilə üzrə ümumilikdə 279.638,64 Avro dəyərində göndərilmiş mallar idxal olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Şəxs MMC ilə İsveçrədə fəaliyyət göstərən “Thermoplan AG” şirkəti ilə “Malların alqı-satqısı haqqında” xx.xx.2022-ci il tarixli, 2305/2022 saylı müqavilə bağlanılmış və ona görə satıcı tərəf kimi “Thermoplan AG” təchiz edilmiş bütün malları İncoterms 2020-ci il nəşrinə uyğun olaraq EXW şərti altında çatdırmalıdır. Eyni zamanda, Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkəti arasında malların çatdırılmasına dair xx.xx.2022-ci il tarixli, 133169 saylı müqavilə imzalanmış və bu sənədə görə malların çatdırılması İncoterms 2010 EXW Veggis İsveçrə şərti əsasında müəyyən edilir, mallar təchizatçının (“Thermoplan AG”, İsveçrə) anbarından çıxarılaraq Moskvaya aparılır. Bundan əlavə, hər 3 şirkət arasında xx.xx.2022-ci il tarixdə 133169 saylı “Beynəlxalq üçtərəfli satış və komissiya” müqaviləsi bağlanılmış və burada ООО "xxxx" şirkəti müştəri qismində, Şəxs MMC komissiya agenti qismində və “Thermoplan AG” şirkəti təchizatçı qismində çıxış edir. Bu müqaviləyə əsasən komissiya agenti öz xidmətləri vasitəsilə müştərini təchizatçıdan sifariş verdiyi mallarla təmin olunacağını vəd edir və xidmətlərinə görə əvəzində hər iki tərəfin komissiyası ilə mükafatlandırılır. Müştəri də Əlavədə müəyyən edilmiş qiymətin 100%-ni onun imzalandığı 10 təqvim günü müddətində təqdim edilmiş hesab-faktura əsasında komissiya agentinin bank hesabına ödəyir, sonuncu da bu ödənişin aldığı 10 təqvim günü ərzində onun 95%-ni təchizatçının bank hesabına köçürür. Mallar təchizatçı tərəfindən FCA, Veggis, İsveçrə, İncoterms, 2010 nəşrinə uyğun şərtilə çatdırılır. Bununla bağlı ООО "xxxx" şirkəti xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin "xxxx" QSC-də olan hesabına 279.638,64 Avro pul göndərmiş, MMC də bu vəsaitdən 266.322,51 Avro məbləğində pulu xx.xx.2022-ci il tarixdə “Thermoplan AG” şirkətinin hesabına köçürmüşdür. Qeyd olunmuş üçtərəfli müqavilə əsasında “Thermoplan AG” şirkəti tərəfindən həmin vəsaitlə bağlı mallar ООО "xxxx" şirkətinə göndərilmiş və onlar da Rusiya Federasiyasına idxal olunur. Göründüyü kimi, "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin sifarişi əsasında icra edilmiş ödəniş avans ödənişi deyil, vasitəçilik xidməti ilə bağlı olmuşdur. Belə ki, MMC-nin hesabına Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkətindən qabaqcadan göndərilən 279.638,64 Avro məbləğində pul daxil olmuş və Şəxs MMC də məhz bu vəsaitdən 266.322,51 Avronu İsveçrədə fəaliyyət göstərən “Thermoplan AG” şirkətinin hesabına köçürmüş, nəticədə də sonuncu şirkət sifariş verilmiş məhsulları alıcı olan ООО "xxxx" şirkətinə göndərmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar