Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4720/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs rəhbəri X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokola əsasən Şəxs rəhbəri X3 tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)-753/2024 saylı icra sənədinin icrasına maneə yaradılmış, avadanlıqların üzərindən möhürlər sökülmüşdür. Məhkəmə iclasında icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)-753/2024 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixli “Sabit girov Müqavilə”sinə Əlavə sayılan (sabit girova dair) “girov aktı” N-01 əsasən cəmi 58 adda avadanlığın - ( 1) Altıntaş Makina-Xəmir açma aparatı; 2) Damak doner konveksiyonlu fırın elektrikli maya odalı; 3) Damak DMO90 elektrikli 3 katlı maya odalı mini katlı fırın; 4) Damak DMPM40 mikser; 5) Damak DSPM80 spiral hamur yoğurma; 6) Electrolux air-o-steam; 7) Food Mixer B10B; 8) X9; 9) Ozti fri maşını; 10) Ozti soyuducu; 11) Rational bişirmə peçi; 12) Spiral Mixer HS40; 13) Sveba Dahlin bişirmə peçi; 14) Turhan bişirmə maşını; 15) Zucehelli Formi bişirmə peçi; 16) BİLKAR soyuducu 4 gozlü; 17) Damak DMPM60 planet mikser 3 hızlı 60 İt; 18) Salva Modular bişirmə peçi; 19) X4 Fırın 3,5 m2 pişirme alanı 3 gözlü; 20) X5 Fırın 3,5 m2 pişirme alanı; 21) Bogazici 20 X10; 22) Damak DSPM80 spiral hamur yoğurma; 23) Okupos Kassa aparatı; 24) Luxury electric pover buxar aparatı; 25) Soyuducu vitrin 1 gozlü (pasta dolabı); 26) Soyuducu vitrin 3 gozlü (pasta dolabı); 27) Soyuducu vitrin 3 gozlü vitraj (kənarları dairəvi) (pasta dolabı); 28) Soyuducu vitrin 2 gozlü vitraj (pasta dolabı); 29) Soyuducu vitrin 3 gozlü vitraj (pasta dolabı); 30) İstici vitrin 1 gozlü vitraj (pasta dolabı); 31) Vidipos kassa aparatı; 32) Sadə vitrin qızdırıcı; 33) Soyuducu 4 gozlü; 34) Lainox şoklama; 35) Sgs Trio pizza peçi; 36) Proexpert pizza peçi; 37) Asrin Sogutma soyuducu vitrin; 38) edesa soyuducu; 39) edesa qabyuyan; 40) arisca fri aparatı; 41) Edesa soyutma və saxlama; 42) Sevel soyuducu dondurma kabini; 43) arisca qaz peçi 2 gözlü; 44) Atalay isitmə peçi; 45) Tescom (UPS kəsilməz cərəyan); 46) Lacinbali kofe aparatı; 47) X11 buz aparatı; 48) arisca soyuducu; 49) Maksan konveksiyon fırın; 50) Bogazici ətçəkən; 51) Ulu soyuducu 2 gözlü; 52) Qaz peçi 1 gözlü; 53) Electrolux konveksiyon peçi; 54) Azvural mikser; 55) Frenox soyuducu -2°/+8°C; 56) Sevel soyuducu vitrin; 57) Soyuducu vitrin uzun; 58) Soyuducu kabin 16 ədəd (13 soyuducu/3 şoklama)) (girov predmetlərinin)) üzərinə həbs qoyulması qərara alınmışdır. İcra sənədi 04 noyabr 2024-cü il tarixdə icraata qəbul olunduqdan sonra qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. Bundan sonra 06 noyabr 2024-cü il tarixdə Şəxs fəaliyyət göstərdiyi ünvanda icra sənədində qeyd olunan əşyalar üzərinə həbs qoyularaq möhürlənmiş və bu barədə akt tərtib olunmuşdur. Lakin həmin gün qeyd edilən əşyaların möhürləri Şəxs rəhbəri X1 göstərişi əsasında sökülmüşdür. Bundan sonra, yenidən qeyd edlən ünvana daxil olduqda icra sənədinin icrasına maneə yaradıldığı, avadanlıqların üzərindən möhürlərin söküldüyü müəyyən olunmuş və bu barədə akt tərtib olunmuşdur. İzahatının sonunda protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 16(113)-753/2024 saylı icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixli “Sabit girov Müqavilə”sinə Əlavə sayılan (sabit girova dair) “girov aktı” N-01 əsasən cəmi 58 adda avadanlığın - ( 1) Altıntaş Makina-Xəmir açma aparatı; 2) Damak doner konveksiyonlu fırın elektrikli maya odalı; 3) Damak DMO90 elektrikli 3 katlı maya odalı mini katlı fırın; 4) Damak DMPM40 mikser; 5) Damak DSPM80 spiral hamur yoğurma; 6) Electrolux air-osteam; 7) Food Mixer B10B; 8) X9; 9) Ozti fri maşını; 10) Ozti soyuducu; 11) Rational bişirmə peçi; 12) Spiral Mixer HS40; 13) Sveba Dahlin bişirmə peçi; 14) Turhan bişirmə maşını; 15) Zucehelli Formi bişirmə peçi; 16) BİLKAR soyuducu 4 gozlü; 17) Damak DMPM60 planet mikser 3 hızlı 60 İt; 18) Salva Modular bişirmə peçi; 19) X4 Fırın 3,5 m2 pişirme alanı 3 gözlü; 20) X5 Fırın 3,5 m2 pişirme alanı; 21) Bogazici 20 X10; 22) Damak DSPM80 spiral hamur yoğurma; 23) Okupos Kassa aparatı; 24) Luxury electric pover buxar aparatı; 25) Soyuducu vitrin 1 gozlü (pasta dolabı); 26) Soyuducu vitrin 3 gozlü (pasta dolabı); 27) Soyuducu vitrin 3 gozlü vitraj (kənarları dairəvi) (pasta dolabı); 28) Soyuducu vitrin 2 gozlü vitraj (pasta dolabı); 29) Soyuducu vitrin 3 gozlü vitraj (pasta dolabı); 30) İstici vitrin 1 gozlü vitraj (pasta dolabı); 31) Vidipos kassa aparatı; 32) Sadə vitrin qızdırıcı; 33) Soyuducu 4 gozlü; 34) Lainox şoklama; 35) Sgs Trio pizza peçi; 36) Proexpert pizza peçi; 37) Asrin Sogutma soyuducu vitrin; 38) edesa soyuducu; 39) edesa qabyuyan; 40) arisca fri aparatı; 41) Edesa soyutma və saxlama; 42) Sevel soyuducu dondurma kabini; 43) arisca qaz peçi 2 gözlü; 44) Atalay isitmə peçi; 45) Tescom (UPS kəsilməz cərəyan); 46) Lacinbali kofe aparatı; 47) X11 buz aparatı; 48) arisca soyuducu; 49) Maksan konveksiyon fırın; 50) Bogazici ətçəkən; 51) Ulu soyuducu 2 gözlü; 52) Qaz peçi 1 gözlü; 53) Electrolux konveksiyon peçi; 54) Azvural mikser; 55) Frenox soyuducu - 2°/+8°C; 56) Sevel soyuducu vitrin; 57) Soyuducu vitrin uzun; 58) Soyuducu kabin 16 ədəd (13 soyuducu/3 şoklama)) (girov predmetlərinin)) üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli aktlardan görünür ki, 06 noyabr 2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)- 753/2024 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq icra sənədində qeyd edilən avadanlıqlar üzərinə həbs qoyularaq möhürlənmiş, lakin həmin gün X1 göstərişi ilə avadanlıqlar üzərinə qoyulmuş möhürlər sökülmüşdür. Məhkəmə icra məmurunu dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs rəhbəri X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs rəhbəri X3 Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs rəhbəri X1 təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. X3 tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs rəhbəri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4720/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4720/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver