Məhkəmə qərarları › İş №3(006)-7379/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-7379/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-7379/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən 16 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 329.3 və 333.1-ci maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, Şəxs bаrəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1ci maddələri ilə tərtib оlunmuş material məhkəməyə natamam şəkildə təqdim olunduğundan onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarını araşdırarkən müəyyən etdim ki, Şəxs Rusiya Federasiyasının vətəndaşı olduğu halda inzibati icraat aparılarkən şəxs tərcüməçi ilə təmin edilməmiş, bununla da onun tərcüməçinin xidmətindən istifadə etmək hüququ pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Beləliklə, hesab edirəm ki, Şəxs tərcüməçi təyin edilməklə izahatı alınmalı, xəbərdarlıq elan edilməli, tərcüməçinin iştirakı ilə inzibati xəta haqqında protokolun məzmunu ona izah edilməklə onun tərəfindən imzalanmalıdır. Şəxs tərcüməçi xidmətindən imtina etdiyi halda isə bunu öz əl yazması ilə qeyd etməklə imzalamalıdır. Əks yanaşma onun müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraata başlandığı andan şəxsin tərcüməçi xidmətindən istifadə etmək hüququ təmin edilməlidir. Həmin andan bu hüququn səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təmin edilməməsi şəxsin qeyd edilən hüququnun pozulması ilə nəticələnir. Şəxsin bu hüququnun pozulması ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxılması zamanı məhkəmə tərəfindən onun bu hüququ təmin edilsə də, şəxsin məhkəməyə qədərki qeyd edilən hüququ pozulmuş şəkildə qalır və bu pozuntu ilə tərtib edilmiş protokol prosessual pozuntulara yol verilməklə düzgün tərtib olunmamış hesab edilir. Beləliklə, belə qənaətə gəlirəm ki, qeyd olunan hallar təqdim edilmiş materialların natamam olmasına dəlalət edir ki, bu hal da inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar