Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2323/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, “X8” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən “X8” MMC xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə M.Əliyev küçəsinin kəsişməsində yerləşən körpünün aşırımında reklam lövhəsi yerləşdirməklə yol hərəkəti təhlükəsizlik qaydalarını pozmuşdur. Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidmətinin bölgə rəisi X5 tərəfindən xx.xx.2025-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidmətinin direktoru Səftər İsmayılov məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidməti X7 bölgə rəisi X2 tərəfindən tərtib edilmiş 05 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati araşdırma aparılan zaman Şəxs MMC iştirak etməmiş və protokol onların iştirakı olmadan tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunduqdan sonra müəyyən olunmuşdur ki, “X8” MMC-yə reklam yerləşdirilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq icazə verilmişdir. Qeyd olunanlara əsasən “X8” MMC-nin barəsində Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidməti X7 bölgə rəisi X2 tərəfindən tərtib edilmiş 05 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X4 müraciətin məzmununa uyğun izahat verərək məhkəmədən "X8” MMCnin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X8” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə “X8” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “X8” MMC-nin direktoru Elnur Məmmədova ünvanlanmış 24 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri ərazisində və ətraf rayonlarda reklam lövhələrinin yerləşdirilməsinə süni qurğuların (körpülərin, tunellərin və yeraltı keçidlərin) elementlərinin zədələnməməsi şərtilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən etiraz edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.5-ci maddəsinə əsasən avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “X8” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 354.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X8” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2323/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2323/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver