Məhkəmə qərarları › İş №3(009)-1228/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1228/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1228/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 27 may 2021-ci il tarixli 00100-0989/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) X2 Pay Bölgüsü sazişinə əsasən “Azəri-Çıraq” layihəsi çərçivəsində Azərbaycan Respublikasına imtiyazlı qaydada idxal etdiyi, Sazişin tələblərinə görə gömrük ödənişlərindən azad hesab edilən 17100 kq çəkidə hər plastik qabda 950 kq olmaqla 18 plasmas qabda Böyük Britaniya istehsalı (istehsalçı: Guat-Chem Ltd) “BAC 70 WLF” ticarət adlı korroziyaya qarşı inhibitor yükünü 14 aprel 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində son istifadə xüsusi gömrük proseduru altında yerləşdirmək məqsədi ilə bəyan edərkən qabaqcadan gömrük orqanına imtiyaz əldə etmək üçün təqdim etdiyi müraciəti əsasında verilən Azəri-01/14 nömrəli azadolma sertifikatında malın 1 kq vahidi üçün dəyəri 3,55 ABŞ dolları qeyd olunduğu, yəni 17100 kq çəkisi 60705 ABŞ dollarına uyğun olduğu halda, **********3988 nömrəli Gömrük bəyannaməsi ilə malın ümumi invoys dəyərini ABŞ dollarına münasibətdə 76707,24 USD təşkil edən 54207 İngilis Funt sterlinqi məbləğində bəyan etməklə, 15 aprel 2021-ci il tarixdə rəsmiləşdirmənin aparılması üçün ayrılmış idxalatçının yerləşdiyi ərazi üzrə gömrük orqanının fəaliyyət zonasında-Bakı Baş Gömrük idarəsinin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14-cü km ünvanda yerləşən inzibati binasında malların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilmişdir. Nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “xxxx” MMC şirkətinin (VÖEN **********) ünvanına 13.04.2021-ci il tarixində LL648LC/OO268K nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********3988 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “BAC 70 WLF” adlı yükərin dəyəri AZƏRİ-01/14 saylı azadolma sertifikatında 1 kq üçün 3.55 USD olduğu halda invoys üzrə 1 kq üçün 4.36 USD qeyd olunmuşdur (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin etibarnamə ilə nümayəndəsi X3 izahatından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (VÖEN **********) X2 Pay Bölgüsü sazişinə əsasən “Azəri-Çıraq” layihəsi çərçivəsində Azərbaycan Respublikasına imtiyazlı qaydada idxal edilən, Sazişin tələblərinə görə gömrük ödənişlərindən azad hesab edilən 17100 kq çəkidə hər plastik qabda 950 kq olmaqla 18 plasmas qabda Böyük Britaniya istehsalı (istehsalçı: Guat- Chem Ltd) “BAC 70 WLF” ticarət adlı korroziyaya qarşı inhibitor yükünü 14 aprel 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3988 nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmişdir. DGK-ya ünvanladıqları müraciətləri əsasında Azəri-01/14 nömrəli azadolma sertifikatında malın 1 kq vahidi üçün dəyəri 3,55 ABŞ dolları qeyd olunmuşdur. Gətirilən mallar isə 76707,24 USD təşkil edən 54207 İngilis Funt sterlinqi məbləğində bəyan edilmişdir. Bazarda qiymətlər dəyişdiyinə görə ilkin müraciətdə olan qiymət fərqli ola bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli 9/2866 nömrəli Ekspert rəyindən görünür ki, internet saytlarında və Bakı şəhər ticarət şəbəkələrində təqdim edilmiş Böyük Britaniya istehsalı olan, “BAC 70 WLF” markalanma göstəricili, korroziyaya qarşı inhibitor kimyəvi məhlulun qiymətinə dair məlumat olmadığından həmin məhlulun qiymətini müəyyən etmək mümkün olmadı. Ekspetiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. İş materiallarına əlavə edilmiş Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “Sahil” gömrük postunda 34/026/010344 nömrəli 19.04.2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, “xxxx” MMC şirkətinin (VÖEN **********) ünvanına 13.04.2021-ci il tarixində LL648LC/OO268K nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********3988 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “BAC 70 WLF” adlı yükərin dəyəri AZƏRl-01/14 saylı azadolma sertifikatında 1 kq üçün 3.55 USD olduğu halda invoys üzrə 1 kq üçün 4.36 USD qeyd olunmuşdur. Araşdırma zamanı **********3988 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş malların gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq 1 kq vahidinin rəsmiləşdirilməli olduğu dəyər ilə bağlı Təhqiqat şöbəsinə məlumat verilməsi üçün “Sahil” gömrük postuna 34/013/010586 nömrəli 21.04.2021-ci il tarixli raportla sorğu verilmişdir. Sorğuya “Sahil” gömrük postundan 34/026/010775 nömrəli 23.04.2021-ci il tarixli cavab raportuna əsasən **********3988 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş malların gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq 1 kq vahidinin rəsmiləşdirilməli olduğu dəyər sözügedən şirkətin Dövlət Gömrük Komitəsinə gətiriləcək mallara dair təqdim etdiyi sənədlərə əsasən DGK tərəfindən verilmiş AZƏRl-01/14 saylı azadolma sertifikatına uyğun olaraq 1 kq üçün 3.55 USD olmalıdır. Araşdırma zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Baş Gömrük İdarəsində **********3988 sorğu nömrəli 14.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 17100 kq çəkidə hər plastik qabda 950 kq olmaqla 18 plasmas qabda Böyük Britaniya istehsalı (istehsalçı: Guat-Chem Ltd) “BAC 70 WLF” ticarət adlı korroziyaya qarşı inhibitorun ayrıayrılıqda və ümumilikdə 13 aprel 2021-ci il tarixə orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək tədqiqatların aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Tədqiqatların nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 9/2866 nömrəli 21.05.2021-ci tarixli ekspert arayışına əsasən internet saytlarında və Bakı şəhər ticarət şəbəkələrdə təqdim edilmiş Böyük Britaniya istehsalı olan, “BAC 70 WLF” markalanma götəricili, korroziya qarşı inhibitor kimyəvi məhlulun qiymətinə dair məlumat olmadığından həmin məhlulun qiymətini müəyyən etmək mümkün olmadı. Materiala əlavə edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.12.2020-ci il tarixli 01 nömrəli müraciət məktubuna əsasən həmin Cəmiyyət “Korroziya qarşı inhubator BAC 70” malını 80033 kq çəkisi 284 512,56 ABŞ dolları məbləğində ifadə edilməklə 2020-ci ilin dekabr ayından başlayaraq 12 ay ərzində bu malları idxal edəcəkdir. Materiala əlavə edilmiş valyuta konvertasiyasına dair çıxarışına əsasən 54207 İngilis Funt sterlinqi ABŞ dollarına münasibətdə 76707,24 USD təşkil edir. Gömrük Xidmətinin VAİS informasiya resursundan “idxal/ixrac sertifikatının qeydə alınması” bölməsindən çıxarışa əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azəri-01/14” sertifikarı üzrə bu mala görə azadolma tətbiq edilir. Beləliklə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs ‘xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) X2 Pay Bölgüsü sazişinə əsasən “Azəri-Çıraq” layihəsi çərçivəsində Azərbaycan Respublikasına imtiyazlı qaydada idxal etdiyi, Sazişin tələblərinə görə gömrük ödənişlərindən azad hesab edilən 17100 kq çəkidə hər plastik qabda 950 kq olmaqla 18 plasmas qabda Böyük Britaniya istehsalı (istehsalçı: Guat-Chem Ltd) “BAC 70 WLF” ticarət adlı korroziyaya qarşı inhibitor yükünü 14 aprel 2021 -ci il tarixdə Bakı Baş Gömrük İdarəsində son istifadə xüsusi gömrük proseduru altında yerləşdirmək məqsədi ilə bəyan edərkən qabaqcadan gömrük orqanına imtiyaz əldə etmək üçün təqdim etdiyi müraciəti əsasında verilən Azəri-01/14 nömrəli azadolma sertifikatında malın 1 kq vahidi üçün dəyəri 3,55 ABŞ dolları qeyd olunduğu, yəni 17100 kq çəkisi 60705 ABŞ dollarına uyğun olduğu halda, **********3988 nömrəli Gömrük bəyannaməsi ilə malın ümumi invoys dəyərini ABŞ dollarına münasibətdə 76707,24 USD təşkil edən 54207 İngilis Funt sterlinqi məbləğində bəyan etməklə, mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış məktubundan görünür ki, "xxxx" MMC şirkəti BP Exploreyşn (Kaspian Si) Limited ilə arasında imzalanmış kimyəvi maddələrin və digər malların təchizatını və idarə edilməsi CW173731 (CW2049353) müqaviləsi çərçivəsində, mövcud karbohidrogen fəaliyyəti haqqında qanunvericiliyin tələblərinə əsasən idxal-ixrac rüsumlarından azadolma sertifikatı əldə edir. Belə ki, həmin Müqaviləyə əsasən 2019-2020-ci illərdə İdxal və İxrac vergilərindən X4 almışdır. (X4 nömrəsi: AZƏRİ-01/41). Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ““xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış “xxxx” MMC-nin nümayəndəsinin izahatı ilə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti “xxxx” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar