Məhkəmə qərarları › İş №3(009)-1441/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1441/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1441/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 09 sentyabr 2022-ci il tarixli, 00100-1937/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Almaniyanın “İRONMAXX NUTRİTİON GMBH” şirkətindən 38ZL696/38AEG727 nömrə nişanlı yük avtomaşınında ********* nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar **********0633 sorğu nömrəli xx.xx.2022-ci il il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş malların rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün gömrük orqanına gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan gida təhlükəsizliyi sertifikatı sənədinin gömrük orqanına təqdim edilməsinə da/ öhdəliyin müddəti bitmiş, lakin, həmin sənəd Şəxs MMC tərəfindən müəyyən edilmiş müddət ərzində gömrük orqanına verilməmişdir. İş üzrə **********0633 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin elektron çıxarışından görünür ki, həmin gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə tələb olunan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən icazə sənədinin verilməsi üçün bəyannaməçiyə geri gaytarılmış, lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.5-ci maddəsinə əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən tələb olunan icazə sənədi gömrük orqanına 45 (qırx beş) gün ərzində təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən 24 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı 39ak/10 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Qol Güləsi Federasiyasının prezidenti Nümayəndə1 14 ildir ki, ölkəmizdə idmanın inkişafı yönümündə məhsuldar fəaliyyət göstərir, bu illər ərzində keçirilən dünya və Avropa çempionatlarında Qol Güləşi Federasiyasının idmançıları 95 qızıl, 75 gümüş və 63 bürünc medal olmaqla ümumilikdə 231 medal qazanmışlar, 2008-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü olan Nümayəndə1 2011-ci ildə “Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb, 2014-cü ildə ilin yükunu mərasimində Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti onu idmanın inkişafında göstərdiyi xidmətlərə görə “X1” ilə təltif etmişdi, artıq 6 ildir ki, Nümayəndə1 idmançıların keyfiyyətli sağlam qidalanmaları üçün ölkəyə Almaniyadan “İronmaxx” şirkətinin istehsal etdiyi idman qida əlavələrinin gətirilməsini həyata keçirir, “İronmaxx” idman gida əlavələri həm ölkə daxili yarışlarda, həm də dünya və Avropa çempionatlarına uğurla çıxış edən idmançılara bövük dəstək olur, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi yuxarıda göstərilənləri nəzərə alaräg Qol Güləsi Federasiyasının prezidenti Nümayəndə1 Almaniyadan onun adına göndərilmiş “İronmaxx” şirkətinin istehsal etdiyi idman gida əlavələrinin gömrükdən keçirilməsinə köməklik etməyinizi xahiş edir. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMCnin ünvanına Almaniyanın “İRONMAXX NUTRİTİON GMBH” şirkətindən 38ZL696/38AEG727 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********0633 sorğu nömrəli xx.xx.2022-ci il il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair gömrük bəyannaməsi ilə birgə təgdim edilməli olan gida təhlükəsizliyi sertifikatı sənədi müəyyən edilmiş müddət ərzində gömrük orqanına təqdim edilməmiş və bununla da, Şəxs MMC tərəfindən müvafiq sənədlərin təqdim edilməsi müddəti pozulmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC -nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC -nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına Almaniyadan 38ZL696/38AEG727 nömrə nişanlı avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük idarəsinə **********0633 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi rəsmiləşdirilmək üçün göndərilmişdir. Lakin üç aydan çox vaxt keçməyinə baxmayaraq tələb olunan icazə sənədləri təqdim olunmadığı üçün rəsmiləşdirilmə başa çatmayıb (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur). İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC–nin nümayəndəsi Nümayəndə1 iştirakı təmin edilmiş və o, izahatında bildirmişdir ki, mallar Şəxs MMC və “İRONMAXX NUTRİTİON GMBH” şirkəti arasında bağlanmış nömrəsiz xx.xx.2018-ci il tarixli müqavilə əsasında sifariş edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən sözügedən sertifikatları almışlar və tezliklə gömrük orqanına təqdim edəcəklər. Gömrük qaydalarının pozulduğunu etiraf edirlər və qanunla nəzərdə tutulmuş cəriməni ödəməyə hazırdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.5-ci maddəsinə əsasən ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təgdim edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı, o cümlədən elektron formada öhdəlik təqdim edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş və nəticədə Şəxs MMC tərəfindən İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu, 493-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar