Məhkəmə qərarları › İş №3(009)-1514/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1514/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1514/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli, 00100-1355/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Böyük Britaniyadan ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC şirkətinin ünvanına 54AAS301/01DPM12 nömrə nişanlı avtomobil nəqliyyat vasitəsi ilə J21-0017 nömrəli 30.03.2021 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********9306 sorğu nömrəli 21.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Gömrük bəyannaməsi üzrə təqdim edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı "Providence Doytch” LLC Azərbaycanın tapşırığı ilə "xxxx" MMC ünvanına göndərilmişdir. Gömrük bəyannaməsinin 2. Göndərən/ ixracatçı grafasına istinad edərək, yüklərin Azərbaycanda geydivvatı olan digər hügugi şəxsin tapşırığı ilə idxal edilməsi halı aşkar edilmişdir. Araşdırma ilə bağlı Şəxs MMC-də logistika və gömrük işləri üzrə koordinatı vəzifəsində fəaliyyət gödtərən, etibarnamə üzrə nümayəndəsi X2 izahatı alınmışdır. O izahatında Şəxs MMC-nin “BP Ekploreyşn” (Kaspian Si) və “Bp Eksploreyşn (Şah Dəniz) şirkətlərinin podratçısı olduğunu, hasilatın pay bölgüsü hagqında sazişlər çərçivəsində üzən gazma gurğularında texniki xidmət və təchizat işlərini təmin etdiyini, Şəxs MMC-nin ünvanına "xxxx" Azərbaycanın tapşırığı ilə Böyük Britaniyanın “AEL Aberdeen LTD” şirkəti tərəfindən göndərilmiş yüklərin Bakı Baş Gömrük İdarəsində **********9306 sorğu nömrəli gömrük bəyannaməsi ilə saxlanc gömrük prosedurunda bəyan edildiyini, həmin yüklərin boşdayanma (Demerec) xərclərinin Qarşısını almag üçün malların nəgliyyat vasitəsindən boşaldılması məqsədilə həmin yüklərin müvəggəti saxlanc xüsusi gömrük proseduru altında bəyan olunduğunu (Dövlət Gömrük Komitəsi tərəfindən Şəxs MMC-yə verilmiş “Azəri-01/29 nömrəli 17.06.2020-17.06.2021 tarixləri üçün güvvədə olan İdxal və ixrac vergilərindən azadolma haggında sertifikata əlavə olunmag üçün malların əlavə siyahısının DGK-ya təgdim olunması və hal-hazırda baxılma prosesində olmasıdır.) **********9306 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal olunan malların idxal edilməmişdən əvvəl sahibinin “AEL Aberdeen” LTD şirkəti olduğunu, həmin malların Şəxs MMC tərəfindən komisyonçu şirkət "xxxx" MMc vasitəsilə satın alındığını, həmin mallar idxal edildikdən sonra həmin yüklər “BP Ekploreyşn” şirkətinin idarə etdiyi layihələr çərçivəsində istifadə olunmaq üçün Şəxs MMC tərəfindən idxal olunsa da, podratçı yəni “BP Eksploreyşn” şirkətinin bilavasitə nəzarəti və geydiyyatı altında istismar olunduğunu, yekun olarag malların təhvil təsliminin “BP Eksploreyşn” şirkəti ilə həyata keçirildiyini, həmin yüklərin “BP Ekploreyşn” (Kaspian Si) və “Bp Eksploreyşn (Şah Dəniz)” şirkətinin “Qərbi Azəri” Platformasında həyata keçirilən əməliyyat işləri üçün istifadə olunacağını, həmin yüklərin Şəxs MMC- nin təchizat şöbəsinin əməkdaşları tərəfindən elektron gaydada "xxxx" MMC-yə sifariş verildiyini, **********9306 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödənişin tam şəkildə Azərbaycan daxilində bank vasitəsilə "xxxx" MMC-nin hesabına ödənildiyini, daha sonra şirkətin sorğusuna əsasən "xxxx" MMC-nin nümayəndələri tərəfindən elektron poçt vasitəsilə bilavasitə Böyük Britaniyadakı təchizatçı “AEL Aberdeen” LTD şirkətinə köçürüldüyünü, “AEL Aberdeen” LTD şirkəti tərəfindən təgdim edilmiş invoys sənədində komisyonçunun komissiya haqqının da öz əksini tapdığını, "xxxx" MMC-ni satıcı gismində gəbul etmədiklərini, komisyonçu hesab etdiklərini, “AEL Aberdeen” LTD şirkətindən heç kimi tanımadıglarını, Şəxs MMC “AEL Aberdeen” LTD arasında hər hansı müqavilə olmasa da lakin Şəxs MMC-nin adından "xxxx" MMC ilə “AEL Aberdeen” LTD arasında bağlanmış satınalma sifarişi olduğunu, eyni zamanda üçtərəfli müqavilə də olmadığını bildirmişdir. Həmçinin Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və bəyannaməçisi X1 izahat verərək, "xxxx" MMC-nin işçisi olduğunu, şirkətin müqavilə-xidmət tapşırığı əsasında Şəxs MMC-nin gömrük işlərini həyata keçirdiyini, Şəxs MMC-nin adına J21-0017 nömrəli 30.03.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə gətirilən mallara dair **********9306 nömrəli 21,05.2021-ci il tarixli Gömrük bəyannaməsinin onun tərəfindən tərtib edildiyini, Şəxs MMC ilə "xxxx" MMC arasında gömrük işlərinin həyata keçirilməsi məqsədilə 28.04.2021-ci il tarixli, ********** nömrəli xidmət müqaviləsi mövcud olduğunu bildirmiş və işin mahiyyəti ilə bağlı Qulam Ələkbərli ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına və Şəxs MMC-nin nümayəndəsi və bəyannaməçisinin izahatlarına əsasən müəyyən olunur ki, Şəxs MMC ilə “AEL Aberdeen” LTD arasında heç bir birbaşa əlaqə və müqavilə mövcud deyildir, həmçinin üçtərəfli müqavilədə mövcud deyildir. Malların sifarişi "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə verilir və ödəniş də həmin şirkətə həyata keçirilir. Göründüyü kimi bu halda "AEL Aberdeen” LTD şirkətindən alınan mallara dair al.c, qismində -Providence DoytCh LLC" şirkəti gxis edir. Lakin **********930« sorğu nömrəli saxlac qomruk proseduruna dair təpdim edilmiş gömrük bevannameslnde -Toran PrİllİnQ and Ençjinəərinci Compəny MMC ilə AEL Aberdeen” LTD arasında heç bir birbaşa əlaqə VƏ müqavilə mövcud olmadığı halda alıcı qismində "xxxx" MMC gevd edilərək mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan XÜSUSİ gömrük proseduru altında yerləşdirilməsi ile əlaqedar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X5 izahatında inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs MMC-nin “BP Ekploreyşn” (Kaspian Si) və “Bp Eksploreyşn (Şah Dəniz) şirkətlərinin podratçısı olduğunu, hasilatın pay bölgüsü hagqında sazişlər çərçivəsində üzən gazma gurğularında texniki xidmət və təchizat işlərini təmin etdiyini, Şəxs MMC-nin ünvanına "xxxx" Azərbaycanın tapşırığı ilə Böyük Britaniyanın “AEL Aberdeen LTD” şirkəti tərəfindən göndərilmiş yüklərin Bakı Baş Gömrük İdarəsində **********9306 sorğu nömrəli gömrük bəyannaməsi ilə saxlanc gömrük prosedurunda bəyan edildiyini, həmin yüklərin boşdayanma (Demerec) xərclərinin Qarşısını almag üçün malların nəgliyyat vasitəsindən boşaldılması məqsədilə həmin yüklərin müvəggəti saxlanc xüsusi gömrük proseduru altında bəyan olunduğunu (Dövlət Gömrük Komitəsi tərəfindən Şəxs MMC-yə verilmiş “Azəri-01/29 nömrəli 17.06.2020-17.06.2021 tarixləri üçün güvvədə olan İdxal və ixrac vergilərindən azadolma haggında sertifikata əlavə olunmag üçün malların əlavə siyahısının DGK-ya təgdim olunması və hal-hazırda baxılma prosesində olmasıdır.) **********9306 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal olunan malların idxal edilməmişdən əvvəl sahibinin “AEL Aberdeen” LTD şirkəti olduğunu, həmin malların Şəxs MMC tərəfindən komisyonçu şirkət "xxxx" MMc vasitəsilə satın alındığını, həmin mallar idxal edildikdən sonra həmin yüklər “BP Ekploreyşn” şirkətinin idarə etdiyi layihələr çərçivəsində istifadə olunmaq üçün Şəxs MMC tərəfindən idxal olunsa da, podratçı yəni “BP Eksploreyşn” şirkətinin bilavasitə nəzarəti və geydiyyatı altında istismar olunduğunu, yekun olarag malların təhvil təsliminin “BP Eksploreyşn” şirkəti ilə həyata keçirildiyini, həmin yüklərin “BP Ekploreyşn” (Kaspian Si) və “Bp Eksploreyşn (Şah Dəniz)” şirkətinin “Qərbi Azəri” Platformasında həyata keçirilən əməliyyat işləri üçün istifadə olunacağını, həmin yüklərin Şəxs MMC- nin təchizat şöbəsinin əməkdaşları tərəfindən elektron gaydada "xxxx" MMC-yə sifariş verildiyini, **********9306 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödənişin tam şəkildə Azərbaycan daxilində bank vasitəsilə "xxxx" MMC-nin hesabına ödənildiyini, daha sonra şirkətin sorğusuna əsasən "xxxx" MMC-nin nümayəndələri tərəfindən elektron poçt vasitəsilə bilavasitə Böyük Britaniyadakı təchizatçı “AEL Aberdeen” LTD şirkətinə köçürüldüyünü, “AEL Aberdeen” LTD şirkəti tərəfindən təgdim edilmiş invoys sənədində komisyonçunun komissiya haqqının da öz əksini tapdığını, "xxxx" MMC-ni satıcı gismində gəbul etmədiklərini, komisyonçu hesab etdiklərini, “AEL Aberdeen” LTD şirkətindən heç kimi tanımadıglarını, Şəxs MMC “AEL Aberdeen” LTD arasında hər hansı müqavilə olmasa da lakin Şəxs MMC-nin adından "xxxx" MMC ilə “AEL Aberdeen” LTD arasında bağlanmış satınalma sifarişi olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X1 izahat verərək, bildirmişdir ki, "xxxx" MMC-nin işçisi olduğunu, şirkətin müqavilə-xidmət tapşırığı əsasında Şəxs MMC-nin gömrük işlərini həyata keçirdiyini, Şəxs MMC-nin adına J21-0017 nömrəli 30.03.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə gətirilən mallara dair **********9306 nömrəli 21,05.2021-ci il tarixli Gömrük bəyannaməsinin onun tərəfindən tərtib edildiyini, Şəxs MMC ilə "xxxx" MMC arasında gömrük işlərinin həyata keçirilməsi məqsədilə 28.04.2021-ci il tarixli, ********** nömrəli xidmət müqaviləsi mövcud olduğunu bildirmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Böyük Britaniyadan Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanına 54AAS301/01DPM12 nömrə nişanlı avtomobil nəqliyyat vasitəsi ilə J21-0017 nömrəli 30.03.2021 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********9306 sorğu nömrəli 21.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Gömrük bəyannaməsi üzrə təqdim edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı "Providence Doytch” LLC Azərbaycanın tapşırığı ilə "xxxx" MMC ünvanına göndərilmişdir. Gömrük bəyannaməsinin 2. Göndərən/ ixracatçı qrafasına istinad edərək, yüklərin Azərbaycanda qeydiyyatı olan digər hüquqi şəxsin tapşırığı ilə idxal edilməsi halı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş BiPi Eksploreyşn (Kaspian Si) Ltd-nin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 24.05.2021-ci il tarixli məktublarından görünür ki, "BİPi Eksploreyşn (Kaspian Si) Ltd" adından təsdiq edirəm ki, 81EY323/81AAR308 nömrəli avtonəqliyyat vasitəsi ilə idxal edilmiş yüklər "Turan Drilling & Engineering Company LLC" şirkəti ilə bağlanmış ********** nömrəli müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün gətirilmişdir. İş materiallarına əlavə edilmiş BiPi Eksploreyşn (Kaspian Si) Ltd-nin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış məktublarından görünür ki, TURAN Drilling & Engineering Company LLC şirkəti BıPı Eksploreyşn (Kaspian Si) Ltd ilə bağlanmış müqaviləyə əsasən Karbohidrogen Fəaliyyəti ilə əlaqədar onun Subpodratçısıdır və Komissiya üzvləri və Podratçı Tərəflər arasında imzalanmış Azərbaycan İdxal-İxrac rüsumları haqqında Protokol ona şamil olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində qeyd olunmuşdur ki, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Xüsusi gömrük prosedurlar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə tranzit (beynəlxalq və daxili tranzit); saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); sərbəst zona; xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); emal (daxildə və xaricdə emal) prosedurları xüsusi gömrük prosedurları kimi sadalansa da, sərbəst dövriyyə üçün gətirilən malların bu prosedurlara aid olması qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən gömrük bəyannaməsində düzgün məlumatların verməməsi sübuta yetirilsə də, həmin bəyannamə ilə mallar "BİPi Eksploreyşn (Kaspian Si) Ltd" ilə "Turan Drilling & Engineering Company LLC" şirkəti arasında bağlanmış ********** nömrəli müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün gətirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin əməlində inzibati xəta mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Turan Drilling and Engineering Company” MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar