Məhkəmə qərarları › İş №3(009)-1764/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1764/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1764/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmədov Cahan Arif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Bakı Şəhər Səbail Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli Ədliyyə qulluqçusu X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Yaqub Məmmədov tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1318/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1318/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1318/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanının qonşuluğunda hər hansı təmir-tikinti işlərinin aparılması cavabdeh «xxxxxxxxxxxxxxxxxxx» MTK-ya və digər şəxslərə qadağan edilmişdir. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. İcra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün borcluya xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir. İcra sənədi üzrə tələb təmin edilmədiyindən «xxxxxxxxxxxxxxxxxxx» MTK-nın icraçı direktoru Şəxs xx.xx.2020-ci il tarixdə şöbəyə dəvət olunmuş və o, verdiyi izahatında məhkəmənin iddianı təmin etmə tədbiri barədə qərardadına aydınlıq gətirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə «xxxxxxxxxxxxxxxxxxx» MTK tərəfindən izah verildiyini, bu səbəbdən də, həmin qərardada izah verilənədək tikinti işlərinin davam etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Yaqub Məmmədov borclu «xxxxxxxxxxxxxxxxxxx» MTK-nın icraçı direktoru Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu «xxxxxxxxxxxxxxxxxxx» MTK-nın icraçı direktoru Şəxs tikinti işlərinin davam etdirildiyini etiraf etmişdir. Eyni zamanda bildirir ki, məhkəmənin qərardadında müəyyən anlaşılmazlıq olduğunu, bu səbəbdən Bakı şəhəri Səbail rayon Məhkəməsinə bununla bağlı izah verilməsi üçün müraciət edildiyindən hesab etmişdir ki, tikinti işləri davam etdirilməlidir. Odur ki, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X2 öz izahatında bildirdi ki, o tikinti gedən binanın qonşuluğunda yaşayır. Belə ki, həqiqətən də, binada hal-hazıradək tikinti işləri aparılır. Dəfələrlə icra məmuru tikintini dayandırmaq üçün tikinti meydançasına gəlmişdir. Lakin icra məmuru oradan uzaqlaşdıqdan sonra tikinti davam etdirilmişdir. Hətta tikinti meydançasına davamlı olaraq, nəqliyyat vasitələrilə tikinti materialları gətirilir. O, bu halları öz mobil telefonu vasitəsilə də çəkmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs vəzifəli şəxs kimi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar