Məhkəmə qərarları › İş №3(009)-1772/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1772/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1772/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Səbail Rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi X7 və Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş 2(103)-1859/2013 saylı, 09.04.2013-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən ünvan 1 ünvanında qeydiyyatda olan X10 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavədən görünür ki, X10 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1859/2013 saylı, 09.04.2013-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2013-cü il tarixli 2(103)-1859/2013 saylı 09.04.2013-cü il tarixli icra sənədinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 381 nömrəli 05 sentyabr 2012-ci il tarixli Sərəncamı Zərərçəkmiş şəxs aid hissədə, habelə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 138 saylı 07 sentyabr 2012-ci il tarixli əmri ilə ləğv edilməli, Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayonu 335 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edillməli, Zərərçəkmiş şəxs işləmədiyi dövr üçün əmək haqqı ödənilməli, Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Zərərçəkmiş şəxs xeyrinə nümayəndəyə göstərdiyi yardıma görə ödənilmiş 200 manat tutulmalıdır. İş üzrə keçirilmiş ekspertizaya görə Zərərçəkmiş şəxs 150 manat tutulmalıdır. İcra sənədi 18.10.2013-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi icra olunması üçün 18.10.2013-cü il tarixdə X7 ünvanına göndərilmiş lakin bu günədək icra olunmamışdır. Həmən məhkəmə qərarının qanunla müəyyən edilmiş müdətdə üzürlü səbəb olmadan icra edilməsinə görə Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi vəzifəsini icra edən vəzifəli şəxs Eldar Yunusov barəsində inzibati xəta haqqında protokol tərtib edilib Səbail Rayon Məhkəməsinə verilmişdir. Eldar Yunusov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə (köhnə redaksiyada) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib Səbail Rayon Məhkəməsinin 08.01.2016-cı il tarixli qərarı ilə 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs qanuni güvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1859/2013 saylı 09.04.2013-cü il tarixli qətnaməsi üzrə verilən icra sənədinin icra edilməməsindən şikayət etməkdə davam edir. 24.06.2020-ci il tarixli 10-490/010 saylı məktubunun icra sənədinin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilmiş, lakin hazırki vaxta qədər icra təmin edilməmişdir. Nəticədə, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru X3 borclu X10 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi X5 Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi üzərinə qoyulmuş öhdəliklərin icrasının X10 tərəfindən uzun müddət həyata keçirilməsi davam etdirildiyindən, əvvəllər ona təyin olunmuş inzibati tənbehlərdən nəticə çıxarmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən sərt inzibati tənbehin tətbiq olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs sərəncama əsasən işdən azad olunmuşdur, odur ki, əmrin ləğv olunması üçün sərəncam ləğv olunmalıdır. Rəhbərliklə məsləhətləşib işi həll etməyə çalışacağını bildərərək, barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin nümayəndəsi X4 Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsibarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə şəxsin əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. İşin materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə, aşağıdakı əsaslara görə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsiəməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, onun nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Eldar Yunusov məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəliyinin lazımi qaydada yerinə yetirilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Eldar Yunusov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi X7 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar