Məhkəmə qərarları › İş №3(009)-2220/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2220/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2220/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səlahiyyətli nümayəndəsi Vəkil və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən ”TURAN DRİLLİNG ENGİNEERİNG COMPANY” MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 19 noyabr 2021-ci il tarixli 00100/2277 nömrəli qərardaddan görünür ki, "xxxx" MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyatı üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2351/21 saylı, 19 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Vöen **********) Böyük Britaniyadan ünvan 1 ünvanında qeydiyyatda olan ”TURAN DRİLLİNG ENGİNEERİNG COMPANY” MMC-nin ünvanına GY381YG/BS360B nömrəli avtomaşına daxil olmuş yüklər **********7509 sorğu nömrəli GB əsasında müvəqqəti salanc gömrük proseduru altında rəsmiləşdirilmişdir. Daha sonra **********887 sorğu nömrəli GB ilə son istifadə xüsusi gömrük proseduru altında bəyan olunarkən GB məlumatlarının və yük müşayiət sənədlərinin əvvəlki GB məlumatları və sənədlər ilə eynilik təşkil etmədiyi aşkar olunmuşdur. Araşdırma ilə bağlı ”TURAN DRİLLİNG ENGİNEERİNG COMPANY” MMC-nin etibarnamə üzrə nümayəndəsi və bəyannaməçi Zeynalov Zeynalabdin Vagif oğlu izahat verərək, "xxxx" MMC-nin işçisi olduğunu, şirkətin mügaviləxidmət tapşırığı əsasında Şəxs MMC-nin gömrük işlərini həyata keçirdiyini, Şəxs MMC-nin adma J21-0017 nömrəli 30.03.2021-ci il tarixli invovs sənədinin müşayiəti ilə gətirilən mallara dair **********9306 nömrəli 21.05.2021-ci il tarixli Gömrük bəyannaməsinin onun tərəfindən tərtib edildiyini, Şəxs MMC ilə "xxxx" MMC arasında gömrük işlərinin həyata keçirilməsi məgsədilə 28.04.2021-ci il tarixli, ********** nömrəli xidmət mügaviləsinin mövcud olduğunu, Şəxs MMC-nin adına ********** nömrəli 30.03.2021-ci il tarixli invovs sənədinin müşayiəti ilə gətirilən malların Bakı Bas Gömrük idarəsində **********2887 nömrəli 23.07.2021-ci il tarixli Gömrük bəyannaməsi ilə saxlanc gömrük proseduru altında rəsmiləşdirildiyini, rəsmiləşdirmədən sonra yüklərin şirkətə məxsus müvəggəti saxlanc anbarına təhvil verilərkən mallara dair invos sənədinin düzgün olmadığının şirkətin anbarının əməkdaşları tərəfindən aşkar edildiyini, daha sonra bu məsələni araşdırarkən invovs sənədinin daşıyıcı şirkət tərəfindən toplanış anbarında səhv salındığının müəyyən edildiyini, ********* nömrəli gömrük kodu altında yerləşdirilən sənədlərlə eyniyyət təşkil etmədiyini, göndərən şirkətə müraciət edərək düzgün invovs sənədini əldə etdiklərini, daha sonra düzgün invovs sənədi əsasında malları son istifadə xüsusi gömrük proseduru altında bəyan etdiklərini, bu barədə gömrük əməkdaşına məlumat verdiklərini, səhv əlavə edilmiş invovsda göstərilmiş malların Azərbaycan Respublikası ərazisinə 1 aydan daha çox müddət əvvəl hava nəqliyyatı vasitəsilə ölkəyə gətirildiyini, **********9853 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyini, həmin şirkətdən sifarişlərin mütəmadi səkildə olduğunu, bu səbəbdən də yükləri saxlanc gömrük proseduru atında bəyan edərkən bu halları eyniləşdirmək imkanı olmadıqlarını, müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş yüklərə görə ödənişin mav avında həyata keçirildiyini, göndərən şirkətin təqdim etdiyi düzgün sənədlər komplektinin isə Dövlət Gömrük Komitəsinin elektron sistemində daha əvvəl 07.04.2021-ci il tarixdə ******* 52 nömrəli kod altında qeydiyyata alındığını, daha sonra nəqliyyat şirkətinin eyni göndərən tərəfindən malların çoxluğu ilə əlaqədar olaraq invovs sənədini qarışdırdığını, halbuki düzgün invoys sənədinin daha əvvəl DGK-nin sistemində qeydiyyata alındığını bildirmişdir.Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı səhəri, Səbail rayonu, ünvan 3 ünvanına “MhWirth AS" Norveç şirkətinin Azərbaycandakı nümayəndəliyinin tapşırığı ilə “MhWirth GMBH” şirkəti tərəfindən GY381YG/BS360B nömrəli nəqliyyat vasitəsilə AZ********** nömrəli, 17.02.2021-ci il tarixli invovs sənədi əsasında gətirilmiş yüksək təzyiqlə işləyən iki membranlı qazma nasosu üçün klapan yuvaları yükü Bakı Bas Gömrük”idarəsində düzgün olmayan invoys əsasında **********7509 nömrəli GB ilə vulkanlasdırılmış rezindən fitinqsiz şlanqlar yükü olaraq saxlanc gömrük proseduru altında bəyan edilməklə yükə dair yükün adı da daxil olmaqla çəkisi, invovs dəyəri və digər məlumatlarını düzgün bəyan etməməklə, gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 Azərbaycan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMCnin nümayəndəsi Vəkil məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, Cəmiyyət tərəfindən mallar müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilərkən təqdim edilən məlumatlar və sənədlərlə onun mallar son istifadə gömrük proseduru altında yerləşdirilərkən təqdim etdiyi məlumatlar və sənədlər arasında uyğunsuzluq olmuşdur. Belə ki, Cəmiyyət tərəfindən yüklər müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilərkən faktiki olaraq ölkəyə gətirilən malların deyil, fərqli malların sənədləri təqdim edilmişdir. Malların müşayiət sənədlərini Cəmiyyət malgöndərəndən (daşıyıcıdan) əldə etmişdir. Cəmiyyət eyni bir malgöndərəndən (daşıyıcıdan) bir neçə sifariş üzrə fərqli mallar aldığından hansı malların daha əvvəl göndərilməsi ilə bağlı malgöndərən (daşıyıcı) tərəfindən göndərilən sənədlərə əsasən məlumat almışdır və həmin sənədlər əsasında qısa idxal bəyannaməsini təqdim etmişdir. Mallar müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilən zaman müvafiq gömrük bəyannaməsi verilərkən Cəmiyyət mallara baxış keçirə bilmir. Belə ki, müvafiq gömrük sahəsində (terminalında) nəqliyyat vasitələrindəki yüklərin boşaldılmasına və mallara baxış keçirilməsinə gömrük orqanı tərəfindən icazə verilmir. Odur ki, malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün verilən gömrük bəyannaməsi də malgöndərən (daşıyıcı) tərəfindən göndərilmiş sənədlər əsasında doldurulub təqdim edilmişdir. Cəmiyyət nəqliyyat vasitəsində hansı malın gəldiyini bilməmiş və bəyannaməni ona təqdim edilmiş sənədlər əsasında təqdim etmişdir. Gömrük orqanı gömrük sahəsində malların boşaldılmasına icazə vermədiyi üçün Cəmiyyət malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı gömrük bəyannaməsinidə malgöndərəndən (daşıyıcıdan) aldığı sənədlər əsasında doldurub təqdim etmişdir. Cəmiyyət malları yaınız öz anbarında boşaltdıqdan sonra mallarla gömrük orqanına təqdim edilmiş sənədlərin uyğun olmadığını müəyyən edə bilmişdir. Odur ki, mallar son istifadə gömrük proseduru altında yerləşdirilərkən təqdim edilən gömrük bəyannaməsində gömrük orqanına faktiki mallar üzrə məlumatlar verilmişdir. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasına etiraz etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. Nəticədə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tərkibi var və onun 1000 (min) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tədbiri təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar