Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2224/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X2 və onun müdafiəçisi Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi Kia Forte, 20EK873 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəh, Azərbaycan pr ilə hərəkətdə olarkən, küçə başında 3.1 "Giriş qadağandır” nişanı ilə birlikdə "avtobus piktogramı + "istisna” yazılı əlavə lövhəcik quraşdırılmış sahədən keçmiş, beləliklə xx.xx.2025-ci il tarixində barəsində 3.1 "Giriş Qadağandır" yol nişanının tələblərinin pozulmasına görə İXP7363312 nömrəli protokol tərtib edilmiş və bu protokola əsasən xx.xx.2025-ci il tarixində qərar qəbul edilmişdir. Lakin bu qərar qanunsuz və ya standartdan kənar nişanlanmanın birbaşa nəticəsində olmuşdur və tətbiq olunmuş inzibati qərar əsassızdır və ləğv edilməlidir. Qeyd edir ki, Nişanın qarşısında Formula 1 yarışı ilə əlaqəli metal baryer və digər fiziki maneələr mövcud olduğundan nişanı vaxtında və aydın görmək mümkün olmayıb. Həmçinin həmin yolda nişanlama xətti ilə yol nişanlarının tələbi ziddiyyət təşkil edirdi (fotolarda görünür). Eyni anda mənim qabağımda iki minik avtomobili mübahisəli yol ayrıcından ard-arda keçmiş, mən isə həmin iki avtomobilin ardınca eyni trayektoriya ilə hərəkət etmişəm. Yüksək nəqliyyat intensivliyi, nişanlama xətti ilə yol nişanı arasındakı ziddiyyət və alt lövhədəki yazının xırda olması səbəbindən hər üç sürücüdə eyni anlaşılmazlıq yaranmış, nəticədə hamımız eyni istiqamətdə həmin sahədən keçmişik. Bu fakt, nişan/nişanlama uyğunsuzluğunun sistemli problem olduğunu göstərir. Bakı Şəhəri DYPİ əməkdaşlarına yerində irad bildirsə də, nəticə əldə olunmamışdır. Nəticədə barəsində cərimə balı limiti (20 bal) aşılmış, 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır ki, bu, iş və ailə həyatı üçün ağır nəticələr doğurur X4 Qanun və "Yol nişanları və siqnalları haqqında" Konvensiyada əlavə məlumat nişanları siyahısında "avtobus istisna” yazılı lövhə yoxdur. Rəsmi təsnifata görə yalnız 7.4.4 "Avtobus" lövhəciyi mövcuddur və nişanın qüvvəsini avtobuslara şamil edir; yazılı "istisna" anlayışı normativdə nəzərdə tutulmayıb. Buna görə 3.1 nişanı + 7.4.4 əlavə məlumat nişanı kombinasiyasının standart mənası: "avtobuslara giriş qadağandır". Bu heç vaxt "digərlərinə qadağa, avtobuslara istisna (icazə)" kimi yozula bilməz. Alt lövhəyə əlavə edilmiş "istisna" sözlü yazı qanunda nəzərdə tutulmadığı üçün standarta ziddir və hüquqi qüvvə kəsb etmir. Qanunda olmayan nişanın tətbiqi hüquqi qüvvə kəsb etmir. Belə nişanın tələbinin pozulması İXM 327.2 üzrə məsuliyyət tərkibi yaratmır. Nəticə olaraq qərar qanunsuz əsas üzərində qurulub – ləğv olunmalıdır. “X4" Qanunun 61-ci maddəsinin Vİ-İ. Bəndində qeyd olunur ki, Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Mübahisəli yerdə asfalt üzərində istiqamət oxları/zolaqlar nişanın tələbini faktiki inkar edir. Bu uyğunsuzluq hüquqi aşkarlıq və müəyyənlik prinsipini pozur, sürücünü çaşdırır, sürücünün qərar verməsinə təsir edir və sürücünün cəzalandırılmasına deyil, infrastrukturun düzəldilməsinə səbəb olmalıdır. "X4" Qanuna görə nişanlar aydın görünən yerdə olmalı, onların üzünü bağlamaq/qapatmaq qadağandır. Baryer və işıqlandırmanın natamamlığı objektiv görünməzlik yaradır. Bu halda sürücünün nişanıarın tələbini bilməməsi üzrlü haldır. Yuxarıda göstərilən bütün halların (qanunda nəzərdə tutulmayan “avtobus istisna" yazılı lövhənin tətbiqi, nişanlama xətti ilə yol nişanı arasındakı ziddiyyət, nişanların qarşısını kəsən maneələr və alt lövhədə yazının xırda olması səbəbindən oxunaqlılığın olmaması) hamısı foto və video görüntülərdə açıqaşkar görünür. Eyni şəraitdə qabağında hərəkət edən iki avtomobil də həmin sahəni ardarda keçmiş, yəni anlaşılmazlıq sistemli şəkildə bütün sürücülər üçün eyni nəticəni doğurmuşdur. Məhz bu uyğunsuz və qeyri-standart nişanlanma səbəbindən barəsində inzibati qərar çıxarılmış, nəticədə cərimə balı 20-ni keçmiş və 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. Bu məhdudiyyət iş və gündəlik məişət fəaliyyətində ciddi problemlər yaratmış, hərəkət azadlığını məhdudlaşdırmış, əlavə vaxt itkisinə və nəqliyyat xərclərinin artmasına səbəb olmuşdur. Qeyd edilən nəticələr hüquqi müəyyənlik və proporsionallıq prinsiplərinə zidd olmaqla, qanunsuz və ya standartdan kənar nişanlanmanın birbaşa nəticəsi kimi meydana çıxmışdır. Beləliklə, tətbiq olunmuş inzibati qərar əsassızdır və ləğv edilməli, hüquqları bərpa olunmalı, yol sahəsindəki uyğunsuzluqlar isə normativ tələblərə uyğun şəkildə aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və bu qərar əsasında mənə qarşı tətbiq edilmiş 100 manat məbləğində cərimənin və 3 cərimə balının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X3 izahatında bildirmişdir ki, idarə etdiyi Kia Forte, 20EK873 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəh, Azərbaycan prospekti ilə hərəkətdə olarkən, küçə başında 3.1 "Giriş qadağandır” nişanı ilə birlikdə "avtobus piktogramı + "istisna” yazılı əlavə lövhəcik quraşdırılmış sahədən keçmişdir. Beləliklə xx.xx.2025-ci il tarixində barəmdə 3.1 "Giriş Qadağandır" yol nişanının tələblərinin pozulmasına görə İXP7363312 nömrəli protokol tərtib edilmiş və bu protokola əsasən xx.xx.2025-ci il tarixində qərar qəbul edilmişdir. Lakin bu qərar qanunsuz və ya standartdan kənar nişanlanmanın birbaşa nəticəsində olmuşdur və tətbiq olunmuş inzibati qərar əsassızdır və ləğv edilməlidir. Nişanın qarşısında Formula 1 yarışı ilə əlaqəli metal baryer və digər fiziki maneələr mövcud olduğundan nişanı vaxtında və aydın görmək mümkün olmayıb. Həmçinin həmin yolda nişanlama xətti ilə yol nişanlarının tələbi ziddiyyət təşkil edirdi. Eyni anda onun qabağında iki minik avtomobili mübahisəli yol ayrıcından ard-arda keçmiş, o isə həmin iki avtomobilin ardınca eyni trayektoriya ilə hərəkət etmişdir. Yüksək nəqliyyat intensivliyi, nişanlama xətti ilə yol nişanı arasındakı ziddiyyət və alt lövhədəki yazının xırda olması səbəbindən hər üç sürücüdə eyni anlaşılmazlıq yaranmış, nəticədə eyni istiqamətdə həmin sahədən keçmişlər. Bu fakt, nişan/nişanlama uyğunsuzluğunun sistemli problem olduğunu göstərir. Buna görə 3.1 nişanı + 7.4.4 əlavə məlumat nişanı kombinasiyasının standart mənası: "avtobuslara giriş qadağandır". Bu heç vaxt "digərlərinə qadağa, avtobuslara istisna (icazə)" kimi yozula bilməz. Alt lövhəyə əlavə edilmiş "istisna" sözlü yazı qanunda nəzərdə tutulmadığı üçün standarta ziddir və hüquqi qüvvə kəsb etmir. Qanunda olmayan nişanın tətbiqi hüquqi qüvvə kəsb etmir. Belə nişanın tələbinin pozulması İXM 327.2 üzrə məsuliyyət tərkibi yaratmır. Odur ki, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, qəbul olunmuş qərar qanunsuz və ya standartdan kənar nişanlanmanın birbaşa nəticəsində olmuşdur və tətbiq olunmuş inzibati qərar əsassızdır və ləğv edilməlidir. Nişanın qarşısında Formula 1 yarışı ilə əlaqəli metal baryer və digər fiziki maneələr mövcud olduğundan nişanı vaxtında və aydın görmək mümkün olmamışdır. Həmçinin həmin yolda nişanlama xətti ilə yol nişanlarının tələbi ziddiyyət təşkil edir. Buna görə 3.1 nişanı + 7.4.4 əlavə məlumat nişanı kombinasiyasının standart mənası: "avtobuslara giriş qadağandır". Bu heç vaxt "digərlərinə qadağa, avtobuslara istisna (icazə)" kimi yozula bilməz. Alt lövhəyə əlavə edilmiş "istisna" sözlü yazı qanunda nəzərdə tutulmadığı üçün standarta ziddir və hüquqi qüvvə kəsb etmir. Odur ki, şikayətin təmin olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti ərazisində “Kia Forte” markalı 20EK873 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki məhkəmə iclasında şikayət vermiş şəxsin səsləndirdiyi fikirlər əsasında toplanmış sübutlarla müəyyən edilir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan qayda pozuntusunu törətməsi aşkar surətdə görünmür. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, inzibati xətanın törədilməsi qeyd olunan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti ərazisində olan avtomobil yolunda məcburi hərəkət istiqamət nişanı kimi “düzunə və ya sola hərəkət” nişanı ilə birlikdə yol kənarında isə qadağan nişanı kimi “giriş qadağandır” nişanı və altında əlavə məlumat nişanı qeyd edilmişdir ki buda iki nişan arasında ziddiyyət yaradır. X4 Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır. Həmin qanunun 61-ci maddəsinin 2-ci hissəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin qanunun 61-ci maddəsinin 5-ci hisəsinə əsasən yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 metrdən az olmayan məsafədən görünməsi təmin edilərsə, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir. Həmin qanunun 61-ci maddəsinin 7-ci hisəsinə əsasən yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar. Həmin qanunun 64-cü maddəsinin 1-ci hisəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Həmin qanunun 68-ci maddəsinin 1-ci hisəsinə əsasən əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar. Həmin qanunun 68-ci maddəsinin 2-ci hisəsinə əsasən lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2—7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan başqa iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, şəxsin təqsirli olmasına dair müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən natamam araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.
Məhkəmə qərarları › İş №3(009)-2224/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2224/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver