Məhkəmə qərarları › İş №3(009)-2531/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2531/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2531/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 07 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəməyə daxil olmuş Şəxs barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələbləri pozulmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə daxil olmuş etirazda inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmaması və bununla da İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi müəyyən edilmişdir. AR İXM-nin 464-cü maddəsinə əsasən, "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Nəzərənizə çatdırırıq ki, "xxxx" Şirkəti tərəfindən tərtib edilmiş audit rəyindən görünür ki, Retail Group Azərbaycan MMC və onun afillə olunmuş şirkətlərin (Best Retail Azərbaycan MMC daxil olmaqla) 2023-cü il üzrə maliyyə hesabatlarının auditi aparılmışdır. Retail Group Azərbaycan MMC, X2 MMC, Best Retail Azərbaycan MМС, Master Retail Azərbaycan MMC, Mega Store Azərbaycan MMC, Pro Retail Azərbaycan MMC, Spanish Retail Azərbaycan MMC, Global Apparel Azərbaycan MMC və Fashion Retail Azərbaycan MMC eyni təsisçilər tərəfindən təsis edilmiş geyim mallarının satışı ilə məşğul olan şirkətlər qrupudur. Bu səbəbdən də, şirkətlər qrupuna aid hesabatlar və audit rəyləri konsolidə olunmuş formada tərtib edilir. Konsolidasiya edilmiş maliyyə hesabatları bütövlükdə nəzərə alınan əlaqəli təşkilatlar qrupunun maliyyə hesabatlarıdır. Qrupun konsolidə edilmiş hesabatının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, hüquqi şəxslərin aktivləri, öhdəlikləri, gəlirləri və xərcləri ayrıca maliyyə hesabatları sisteminə birləşdirilir. "BakerTilly” Şirkəti tərəfindən tərtib edilmiş audit rəyinin 8-ci səhfəsində yuxarıda göstərilən bütün şirkətlərin siyahısı verilmiş və rəydə olan bütün maliyyə göstəriciləri konsolidə edilərək, bütün şirkətlərə birlikdə aiddir. Həm İXM-nə, həm də Maliyyə Nazirliyi tərəfindən tətib edilmiş protokoluna əsasən, 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi auditin aparılmamasından ibarətdir. Hazırki halda isə, təqdim edilən audit rəyi ilə "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilərək, məcburi auditin aparılması sübuta yetirilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş sənədlərdən məlum olur ki, Şəxs MMC-nin maliyyə hesabatlarının auditini aparmışlar. Belə ki, «X1” tərəfindən 03 aprel 2024-ci il tarixdə Şəxs MMC-nin müstəqil auditi aparılmışdır. Yəni bu sənəd Şəxs MMC-nin 2023-cü il üzrə xüsusi təyinatlı maliyyə hesabatlarının düzgünlüyünü təsdiqləyən auditor rəyidir. İnzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsinin tərkibi olmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan «X1” tərəfindən 03 aprel 2024-ci il tarixli rəydən görünür ki, Şəxs MMC-də 2023-cü il üzrə audit yoxlaması aparılmış və müvafiq audit rəyləri verilmişdir. Beləliklə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamasına görə protokol tərtib edilsə də, məhkəmə iclasında müvafiq dövr üzrə audit yoxlamasının aparılması və müvafiq audit rəyinin verilməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 105, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar