Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-603/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, “X4 B.V” Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X4 B.V” Şirkətinin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli 00100-0414/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Qərb Ərazi Bas Gömrük İdarəsindən daxil olmuş xx/xx/005781 nömrəli xx.xx.2021-ci il tarixli materialda, xx.xx.2021-ci il tarixində Qərb Ərazi Baş gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikası vətəndaşı Bozdağ Emrullahın idarə etdiyi “Renault" markalı, 54AAS301/01ACG799 nömrə nişanlı yük nəqliyyat vasitəsinə HCVG markalı stasionar tipli rentgen qurğusunda baxış keçirilən zaman nəqliyyat vasitəsində daşınan yüklərə dair təqdim olunmuş mal müşaiyət sənədlərində göstərilməyən, gömrük orqanına əvvəlcədən bəyan edilməyən 1 (bir) ədəd olmaqla üzərində “Carboline part B” yazısı olan (0.9LT) qablaşdırmada boyaya bənzər, 1 (bir) ədəd olmaqla üzərində “Carboline part A” yazısı olan (3.1LT) qablaşdırmada boyaya bənzər, 184 (bir yüz səksən dörd) ədəd olmaqla üzərində “Wirelock” yazısı olan (3000CC) qablaşdırmada yapışqan mayeyə bənzər predmetlər aşkar edilmişdir. Nəqliyyat vasitəsində daşınan yükün Şəxsna göndərildiyi və təyinat gömrük orqanın Bakı Baş Gömrük İdarəsi olduğunu nəzərə alarag material müvafiq tədbir görülməsi üçün göndərildiyi qeyd edilmişdir. "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındaki filialının etibarnamə ilə nümayəndəsi X7 izahatına əlavə etdiyi eyni tarixli eyni nömrəli invoys sənədində malların dəyəri 30210 avro olduğu, bununla da təqdim edilmiş invoys sənədləri müqaisə edilərkən qısa idxal bəyannaməsi və digər sənədlərdə göstərilməyən malların invoys dəyərinin 4531,5 avro təşkil etdiyi müəyyən edilmişdir. "Şəxs" Şirkətinin Azərbaycan Respublikasindaki filialı tərəfindən təhqiqat oraqanına təqdim edilən, qısa idxal bəyannaməsində və digər sənədlərdə göstərilməyən 1 (bir) ədəd olmaqla üzərində “Carboline part B” yazısı olan (0.9LT) qablaşdırmada boyaya bənzər, 1 (bir) ədəd olmaqla üzərində “Carboline part A" yazısı olan (3.1 LT) qablaşdırmada boyaya bənzər, 184 (bir yüz səksən dörd) ədəd olmaqla üzərində “Wirelock” yazısı olan (3000CC) qablaşdırmada yapışqan mayeyə bənzər predmetlərin invoys dəyəri 4531,5 avro olduğu halda, İdxal və ixrac vergilərindən Azad olma haqqında sertifkat nəzərə alınmaqla adı qeyd olunan filial tərəfindən mallar bəyan edildiyi təqdirdə qeyd olunan halın gömrük ödənişlərinə təsir edib-etməyəcəyi barədə qısa müddət ərzində Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinə məlumat verilməsi üçün “Sahil” gömrük postuna 34/013/006277 saylı xx.xx.2021-ci il tarixli raportla müraciət edilmiş, adı qeyd olunan gömrük postundan daxil olmuş 34/026/006324 saylı xx.xx.2021-ci il tarixli raportda qeyd qısa idxal bəyannaməsində bəyan edilməyən mallar, bəyan edildiyi təqdirdə belə İdxal və İxrac vergilərindən Azad olma haqqında sertifkat nəzərə alındığı üçün əlavə gömrük ödənişləri yaratmadığı qeyd edilmişdir. Bununla da, “Şəxs" Şirkətinin Azərbaycan Respublikasindaki filialı tərəfindən Böyük Britaniyadan 54AAS301/01ACG799 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə idxal etdiyi malların ədəd sayı, çeşidi və digər xüsusiyyətləri barədə mal- müşayiət sənədlərində və **********6094 sorğu nömrəli xx.xx.2021-ci il tarixli qısa idxal bəyannaməsində gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən məlumatlar verdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Nəticədə "Şəxs” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx/xx/005781 nömrəli xx.xx.2021-ci il tarixli məktub, xx.xx.2021-ci il tarixli yoxlama protokolu, 34/022/001977 nömrəli 26.02.21-ci il tarixli raport,REX821 -9706-194565 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədi, İdxal və İxrac vergilərindən Azad olma haqqında sertifkat, xx.xx.2021-ci il tarixli ABS-EPS-CC-21-00033 nömrəli xxxx. şirkətinin məktubu, 34/013/006277 saylı xx.xx.2021-ci il tarixli raport, 34/026/006324 saylı xx.xx.2021-ci il tarixli raport, **********6094 sorğu nömrəli xx.xx.2021-ci il tarixli qısa idxal bəyannaməsi, 02,04.2020-ci il tarixli gömrük bəyannaməsi və digər mal-müşayiət sənədləri ilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X4 B.V” Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X4 B.V” Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X4 B.V” Şirkətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “X4 B.V” Şirkətinin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:45-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” Gömrük Postunda ölkəyə girişi qeyd alınan, “İKRA LOJİSTİK” şirkəti ünvanından Azərbaycan Respublikasına (BAKİ AZƏRABAYCAN ) göndərilmiş, təyinatı “Bakı Baş Gömrük İdarəsi, X14 postu” olan, yükü gətirən Türkiyə Cümhuriyyəti vətəndaşı Bozdağ Emrullah (Pasport Kü U********) idarə etdiyi “Renault ” markalı, 54AAS301/01ACG799 dövlət nömrə nişanlı, nəqliyyat vasitəsinə Skanlaşdırma və X5 tətbiqi şöbəsinin böyük inspektoru, gömrük xidməti baş leytenantı X6 tərəfindən HCVG stasionar tipli rentgen baxış texnikasında ətraflı yoxlama keçirilərkən HCVG aparatının təsvirində mal-müşayiət sənədləri ilə uyğunsuzluq aşkar edilməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü Qərb Ərazi BGİ-nin “Qırmızı körpü” gömrük postunun baş müfəttişi X3 Ərazi BGİ-nin “Qırmızı körpü” gömrük postunun böyük inspektoru X2 iştirakı ilə sürücü Bozdağ Emrullah idarə etdiyi “Renault ” markalı, 54AAS301/01ACG799 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük yoxlaması aparılmışdır. Nəqliyyat vasitəsinin yoxlanması zamanı Bozdağ Emrullah idarə etdiyi “Renault” markalı, 54AAS301/01ACG799 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindəki mallarla tərtib olunmuş invoys və CMR arasında eyniləşdirmə aparılmış və eyniləşdirmə nəticəsində invoys CMR də göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən 1 (bir) ədəd olmaqla üzərində “Caıboline part B” yazısı olan(0.9LT) qablaşdırmada boyaya bənzər, 1 (bir) ədəd olmaqla üzərində “Carboline part A” yazısı olan (3.1 ET) qablaşdırmada boyaya bənzər, 184 (bir yüz səksən dörd) ədəd olmaqla üzərində “Wirelock” yazısı olan (3000CC) qablaşdırmada yapışqan mayeyə bənzər predmetlər aşkar edilmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş Şəxsnın etibarnamə ilə nümayəndəsi X7 izahatından görünür ki, mallar Böyük Britaniyadan avtomaşına yüklənmiş lakin səhvən invoys sənədində qeyd edilməmişdir, invoys sənədində geyd edilmədiyindən mallar qısa idxal bəyannaməsində bəyan edilməmişdir. Mallar “Qırmızı Körpü” gömrük postunda aşkar edildikdən sonra Böyük Britaniya ilə əlaqə saxladıqlarını, oradan yeni invoys sənədi göndərildiyini, mallar Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filalı BP Azərbaycanla əməkdaşlıq əsasında Abşeron - 28/02 yatağı çərçivəsində işlərin davam etdirilməsi üçün idxal etdildiyini, suppodratçı olaraq filial İdxal və İxrac vergilərindən Azad olma haqqında sertifakata əsasən bütün gömrük ödənişlərindən azad olduğunu, malları bəyan etməmə kimi bir niyyətlərinin olmadığını, invoys sənədində qeyd edilmədiyindən malların bəyan edilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 54AAS301/01ACG799 nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikası vətəndaşı Bozdağ Emrullahın izahatından görünür ki, 01ACG799 nömrə nişanlı yük nəqliyyat vasitəsini (qoşqunu) plomblu şəkildə İstanbulun Pendik limanından götürdüyünü, avtomaşında hansı yüklərin olmasından xəbərsiz olduğunu, “Qırmızı Körpü” gömrük postunda avtomaşına baxış keçirilərkən sənədlərdə qeyd olunmayan malların aşkar edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” şirkətinin filialının Bakı Baş Gömrük İdarəsinə ünvanladığı məktubundan görünür ki, “xxxx” (TERAB) Şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə (Abşeron HPBS) podratçı qismində çıxış edir, TEPAB 54AAS301/01ACG799 REX821- 9706-194565 (EUR 30210) ilə idxal edilmiş malın "Şəxs" Şirkətinin Azərbaycan Respublikasindaki filialına məxsus olduğunu və bağlanmış 17-07-05 nömrəli müqaviləninn şərtlərinin yerinə yetirilməsi məqsədləri üçün və Neft qaz əməliyyatları ilə bağlı gətirildiyini təsdiq edir və malların “son istifadə” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsinə icazə verilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs şirkəti Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış “X4 B.V” Şirkətinin nümayəndəsinin izahatı ilə “X4 B.V” Şirkəti tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.3cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X4 B.V” Şirkəti Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4 B.V” Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-603/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-603/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver