Məhkəmə qərarları › İş №3(010)-163/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-163/2021

21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-163/2021 21.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 əriz təqdim edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Göründüyü kimi, müvafiq məzmunlu müraciət ərizə formasında deyil, şikayət formasında tərtib olunmalıdır. Bununla yanaşı, şikayət protokolla bağlı deyil, qərarla bağlı verilməlidir. Həmçinin qeyd olunur ki, məhkəməyə yalnız ərizə təqdim olunmuş, ona istər inzibati xəta haqqında protokol, istərsə də qərar əlavə edilməmişdir. Ərizənin mətnində də qərar barədə kifayətedici məlumat (məsələn, qərarın tarixi, nömrəsi və s.) yoxdur. Belə olan halda hansı konkret qərarla bağlı ərizə verildiyi müəyyən olunmur. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X1 ərizəsi geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar