Məhkəmə qərarları › İş №3(010)-200/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-200/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-200/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 və icra sənədləri üzrə tələbkarlar X5 və X2 iştirakları ilə, Şəxs, xx xxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-730/2021 saylı, 24 fevral 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2030 manat məbləğində pul X8 ödənilməlidir. Bundan başqa Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2015/2021 saylı, 28 iyul 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3530 manat məbləğində pul X2 xeyrinə tutulmalıdır. Həmin icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmiş və nəticədə Şəxs icra sənədləri üzrə cəmi 5.360 manat ödənilməmiş borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü qismən təqsirli bilərək, göstərdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 24 fevral 2021-ci il tarixli icra sənədinə əsasən ondan 2030 manat məbləğində pul X8 ödənilməsi, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli icra sənədinə əsasən ondan 3530 manat məbləğində pul X2 xeyrinə tutulması qət edilmişdir. O, X4 olan borcumu ödəmişdir və onun sonuncuya heç bir borcu yoxdur. X8 isə 1800 manat məbləğində borcu qalmışdır. Belə ki, 2030 manat borcundan tələbkara 200 manat məbləğində ödəniş etmişdir. Maddi imkanı zəif olduğu üçün tələbkar X8 olan borcunu tam ödəyə bilmir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-730/2021 saylı, 24 fevral 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2030 manat məbləğində pul X8 ödənilməlidir. Bundan başqa Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2015/2021 saylı, 28 iyul 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3530 manat məbləğində pul X2 xeyrinə tutulmalıdır. İcra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu cağırışlara gəlir lakin borcu bir dəfəyə ödəmək iqtidarında olmadığını bildirir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədləri üzrə yaranmış borcunu ödəməmişdir. Tələbkarlar borclarının tam olaraq ödənilməsini tələb etdirlər. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-730/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X9 məhkəmədə bildirdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 24 fevral 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2030 manat məbləğində pul ona ödənilməlidir. Borclu borcundan ona 200 manat məbləğində ödəniş etmişdir. O, borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. Borclu Şəxs şikayətçidir. X3, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2015/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X7 məhkəmədə bildirdi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3530 manat məbləğində pul onun xeyrinə tutulmalıdır. Borclu ona olan borcunu qəbul etmir və heç bir ödəniş etməmişdir. O, borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir və Şəxs şikayətçidir. X3, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədləri üzrə tələbkarları dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-730/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 2030 manat məbləğində pul tutularaq X8 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 17 iyun 2021-ci il tarixli qərardan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-730/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2015/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 3530 manat məbləğində pul tutularaq X4 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2015/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materialarına əlavə edilmiş icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında 27 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-730/2021 saylı, 24 fevral 2021-ci il tarixli və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2015/2021 saylı, 28 iyul 2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar