Məhkəmə qərarları › İş №3(011)-11645/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11645/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11645/2025 05.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 01 dekabr 2025-ci il tarixli, 13000-01634/2025 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi "Liman” gömrük postundan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/021/005998 saylı raporta əsasən, xx.xx.2025-ci il tarixində Türkmənistan Respublikasının "Türkmənbaşı” limanından Azərbaycan Respublikasının “X4” Limanına daxil olan "Teymur Əhmədov” adlı yük gəmisinin “Heyət üzvlərinin şəxsi əşyaları bəyannaməsi”ndə gəminin elektrik mexaniki Azərbaycan Respublikası vətəndaşı Şəxs 200 ədəd siqaretinin olduğunu qeyd etmişdir. Gömrük əməkdaşları tərəfindən gəmiyə baxış keçirilən zaman, Şəxs gəmidə olan siqaretləri təqdim etməsi istənilmiş, sonuncu bəyannamədə qeyd etdiyi 200 ədəd (1 blok) "X1" markalı siqareti və əvvəlcədən gömrük orqanına bəyan edilməmiş Azərbaycan Respublikası aksiz markası ilə markalanmayan İran İR-nın aksiz markası ilə markalanmış 10 qutu (1 blok) “X2" markalı və 10 qutu (1 blok) "X1" markalı siqaretləri kayutdakı otağında olan mebelin siyirməsindən götürüb təqdim etmişdir. Aşkar olunan siqaretlər fakt üzrə araşdırma ilə əlaqədar qablaşdırılaraq, protokol əsasında götürülmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 13 noyabr 2025-ci il tarixində, saat 10 radələrində Türkmənistan Respublikasının Türkmənbaşı limanından X4 Limanına gələn "Teymur Əhmədov" quru yük gəmisinin elektrik mexaniki Şəxs məxsus kayuta baxış keçirilərkən, kayutun əşyaları qoymaq üçün yerindən gömrük orqanlarına bəyan edilməyən Azərbaycan Respublikası aksiz markası ilə markalanmayan ümumi 3 blok olmaqla 1 blok (10 qutu) "QARA BAHMAN", 2 blok (20 qutu) "Winston Silver" markalı siqaret aşkar edildi. Aşkar olunan əşyalar fakt üzrə araşdırma ilə əlaqədar qablaşdırılaraq, protokol əsasında götürülmüşdür; Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azəreskpertiza” Birliyinin 24 noyabr 2025-ci il tarixli, 306 №-li mütəxəssis rəyindən görünür ki, xx.xx.2025-ci il tarixli qərardada əsasən hüquqpozma predmeti olan 10 qutu (6 blok) "X2" markalı və 10 qutu (2 blok) "X1" markalı siqaretlərin xx.xx.2025-ci il tarixə olan ayrı-ayrılıqda və ümumilikdə respublikadaxili orta bazar qiyməti müəyyən edildi: aşağıda göstərilən kimi müəyyən edilmişdir: 1. X3- 10 qutu, cəmi 15 manat. 2. X1 10 qutu, cəmi 18 manat. Cəmi 33 manat. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, aşkar olunaraq götürülmüş 10 qutu “X2" markalı siqaret və 10 qutu "X1" markalı siqaret müsadirə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar