Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1501/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək Bakı şəhəri Sabunçu RPİ-nin 13cü PB-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi dövlət qeydiyyatından keçmiş, fəaliyyəti isə nəqliyyat xidmətindən ibarət olmuşdur. Faəliyyəti ilə əlaqədar “Covid-19” pandemiyası zamanı ölkə daxili sərbəst hərəkətə icazəsi olmuş və “e-icazə.gov.az” saytında qeydiyyatdan keçmişdir. xx xxxx 2020-ci il tarixdə kütləvi yüklənmə ilə bağlı “e-icazə.gov.az” saytında problemlər yaranmış, bəzi icazələr öz-özünə ləğv edilmiş və ya bir adamın adına olan VÖEN əsasında avtomatik çoxsaylı adamlara icazələr verilmişdir. Həmin gün səhər o, evdə icazəsini yoxlamış və icazəsi qüvvəsində olduğunu müəyyən etmiş, bu səbəbdən də işləri ilə əlaqədar evdən çıxmışdır. xx.xx.2020-ci il tarixdə saat 15:25-də yolda qurulmuş postda polis əməkdaşları ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl olunub-olunmaması məqsədi ilə saxlamış, yoxlama zamanı ona icazəsinin ləğv edildiyi bildirilərək barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. O, polis əməkdaşlarına, icazəsinin ləğv edilmədiyini, görünməmə səbəbinin “e-icazə.gov.az” saytında yaranmış texniki problemlərlərlə əlaqədar olmasını və bu texniki problemin qısa müddətə aradan qalxacağını bildirmişdir. İki gün sonra “e-icazə.gov.az” saytında yaranmış texniki problemlər aradan qalxan zaman onun icazəsi də avtomatik olaraq bərpa edilmişdir. Lakin təəssüf ki, buna qədər Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən barəsində İXM-nin 211.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin “e-icazə.gov.az” saytında yaranmış texniki problemlərdən polis əməkdaşlarının xəbəri olmuşdur. O, həmin vaxt yerində protokola etiraz etmiş və bu barədə protokolda da öz qeydini etmişdir. Həmin vaxt yerində qərar qəbul edilməmiş, yalnız protokol tərtib edilmiş və surəti də ona təqdim edilmişdir. Bundan sonra barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın surətinin ona təqdim edilməsi üçün bir neçə dəfə Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət etsə də, ona qərar təqdim etməmiş və ona, qanunvericiliyin tələbinə əsasən qərar qəbul edilərək vətəndaşa təqdim edilməli olsa da praktikada bunun tətbiq edilməməsini, əgər barəsində olan cərimə “asanpay.az” saytına yerləşdirilərsə demək protokol üzrə qərarın da qəbul edildiyini, bundan sonra həmin qərardan narazı qalcağı təqdirdə şikayət verə biləcəyi bildirilmişdir. Üç-dörd gün əvvəl “asanpay.az” saytına daxil olaraq barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə axtarış etdikdə ona məlum olmuş ki, artıq həmin protokol əsasında inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş və müvafiq cərimə də sistemə yerləşdirilmişdir. Hesab etmiş ki, onun icazəsi ola-ola, sadəcə dövlət saytında olan texniki problemə görə barəsində cərimənin tətbiq edilməsi qanunsuz və əsassızdır. Halbu ki, onun icazəsi ləğv edilməmiş, sadəcə saytda yaranmış texniki problem səbəbindən həmin gün görsənməmişdir. Həmçinin, həmin gün axşam yenidən icazəsini yoxlamaq istəyən zaman məlum olmuşdur ki, saytda olan texniki problemlərə görə ona məxsus VÖEN əsasında çoxsaylı şəxslərə (təxmini 150 nəfərə yaxın) öz-özünə icazələr verilmiş və ləğv edilmişdir. Nəzərə almaq lazımdır ki, həmin VÖEN əsasında yalnız özü fəaliyyət göstərmiş bu səbəbdən də icazəsinin ləğv edilməsi də mümkünsüzdür. Belə ki, ləğv edilən icazələr adətən bir neçə şəxsi işə götürən şəxslərin işçiləri barədə olmuşdur. Pandemiya ilə əlaqədar çoxsaylı işçiləri olan müəssisələrin əməkdaşlarının bir hissəsinin icazələri o ödvrlərdə ləğv edilmişdir. Bu səbəbdən də hesab etmiş ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığına görə inzibati iş üzrə icraata xitam verilməli və barəsində olan 100 manat məbləğində cərimə silinməlidir. Şikayətçi A.M.İsmayılov şikayətinin hüquqi əsası kimi İXMnin 53.0.1, 129.1.3, 134.1.3, 135-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş material-larını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır; Həmin qərarının 2-ci hissəsində göstərilmişdir ki, müəyyən edilsin ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-sinun inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğdə cərimə edilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-si tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar qəbul olunarkən, ətraflı araşdırma aparılmadan, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına qiymət verilmədən qərar qəbul edilmişdir. Belə ki, X2 xx.xx.2020-ci il tarixdə saat 15:25-də Bakı şəhərinin ərazisində hərəkətdə olduğu zaman hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi dövlət qeydiyyatından keçdiyini və fəaliyyəti ilə əlaqədar olaraq “Covid-19” pandemiyası zamanı ölkə daxilində sərbəst hərəkət etməsinə dair “e-icazə.gov.az” saytında qeydiyyatdan keçməklə müvafiq icazəsinin olduğunu bildirmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PB-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə, QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PB-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1501/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1501/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver