Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-18/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri ilə 10 dekabr 2024-cü il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətində (BOKT) xx.xx.2024 xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama (xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir:
1. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.12-ci maddəsinə görə müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorları, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələblər maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir. "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydaların (MUT Qaydaları) 3.1-ci bəndinə görə bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş məlumatlar müştəri profilinə daxil edilir və müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklər əsasında müştəri profili üzrə risk qrupu müəyyən edilir. ƏL/TMM Qanununun 4.2-ci maddəsinə və MUT Qaydalarının 2.1.1.7-ci yarımbəndinə görə işgüzar münasibətlərin yaradılmasından əvvəl işgüzar münasibətlərin yaradılmasının məqsədi, aparılması nəzərdə tutulan mədaxil əməliyyatlarının ehtimal edilən həcmi, məxaric əməliyyatlarının həcmi və istiqamətləri, son 12 ayda xaricə və xaricdən köçürmələrinə və bu köçürmələrin həcminə dair məlumat, vəsaitlərin mədaxil edilməsinin üsulları, dövrlülüyü, mənbələri, müştəriyə təqdim edilən məhsuldan istifadə ediləcəyi sahələr, platformalar, məhsulun idarə edilməsi üsulu, məhsul üzrə sərəncam vermək hüququna malik olan digər şəxslərin adı, soyadı, atasının adı (olduğu təqdirdə), FİN- i, FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, doğum tarixi, istifadəsi nəzərdə tutulan xidmətlərin siyahısı müştərilərdən əldə edilməlidir. Lakin yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən xx.xx.2024 xx.xx.2024-cü il tarixləri arasında verilmiş 43959 sayda kreditlər üzrə müştərilərin fərdi risk dərəcələri müəyyən edilməmiş, bununla bağlı daxili qayda mövcud olmamış, habelə MUT Qaydalarının 2.1.1.7-ci yarımbəndində göstərilən eyniləşdirmə məlumatları müştərilərdən əldə edilməmişdir (İnspeksiya haqqında hesabat. Səh 34). 1-ci bənddə qeyd edilən 43959 sayda əməliyyatlar üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. 2.1. ƏL/TMM Qanununun 10.5-ci maddəsinə uyğun olaraq qəbul edilmiş "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.1-ci maddəsinə görə monitorinq subyekti tərəfindən aşağıdakı qayda və prosedurlar hazırlanmalıdır: - ƏL/TMM siyasətinin təsdiq edilməsi; - müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurların təsdiq edilməsi; - müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; - məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; - öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi; - şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; - öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurlarının təsdiq edilməsi; -yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi; - daxili auditin (olduğu təqdirdə) öhdəlik daşıyan şəxsin daxili nəzarət proqramını qiymətləndirməsi üzrə standartlarının təsdiq edilməsi. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də yuxarıda qeyd edilən qayda və prosedurlar mövcud olmamışdır (İnspeksiya haqqında hesabat. Səh 29-30). 2.2. 2.2. ƏL/TMM Qanununun 10.1.4-cü maddəsinə görə öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasma və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmiş və ümumiyyətlə təlim planı hazırlanmamışdır (İnspeksiya haqqında hesabat, səh 31). 2.3. 2.3. ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu üə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasmda qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də daxili auditin daxili nəzarət proqramının qiymətləndirilməsi üzrə standartlar təsdiq edilməmiş, habelə yoxlama dövründə ƏL/TMM sahəsinin adekvatlılığım yoxlayan daxili audit həyata keçirilməmişdir (İnspeksiya haqqında hesabat, səh 32). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır.
3. ƏL/TMM Qanununun 8.5-ci maddəsinə görə yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərini istisna etməməlidir. Müştəri uyğunluğu tədbirləri informasiya texnologiyalarından istifadə etməklə tətbiq edildikdə, məlumat və sənədlər elektron qaydada təqdim olunur. Yeni texnologiyaların tətbiqi zamanı bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş verifikasiya tədbirləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. MUT Qaydalarının 7.1 və 7.2-ci bəndlərinə görə müştəri ilə ilk dəfə işgüzar münasibətlər qurulursa, aşağıdakı verifikasiya tədbirlərinin aparılması məcburidir: - müştərinin müraciətinin onun gücləndirilmiş elektron imzası ilə təsdiqləməsini tələb etmək (7.1.1-ci yarımbənd); - müştərinin təqdim etdiyi məlumatları elektron məlumat bazalarından və/və ya müstəqil kənar mənbələrdən yoxlamaq (7.1.2-ci yarımbənd); - gücləndirilmiş müştəri autentifikasiyası aparmaq. Burada gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müraciət edən fiziki şəxsin "bildiyi" (şifrə, pin, suallar toplusu və s.), "sahib olduğu" (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona "məxsus olan" (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur (7.1.3-cü yarımbənd); - real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyasını aparmaq (7.1.7-ci yarımbənd). Yoxlama zamanı müəyyən olunmuşdur ki, BOKT-də ilk dəfə işgüzar münasibət qurulan müştərilər (xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında verilmiş 43959 sayda kreditlər üzrə) ilə gücləndirilmiş elektron imzadan istifadə edilməmiş, müştərinin qeydiyyatda olduğu ünvan etibarlı, müstəqil mənbələrdən verifikasiya olunmamış, mobil nömrənin müştəriyə məxsus olub-olmaması ilə bağlı tədbirlər görülməmiş və ya müştəriyə məxsus üz tanınması, barmaq izi, səs tanınması kimi vasitələrdən istifadə edilməmiş, real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyası aparılmamış, yeni texnologiyaların tətbiq edilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur (İnspeksiya haqqında hesabat. səh 34-35). 3-cü bənddə qeyd edilən 43959 sayda əməliyyatlar üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.6-cı maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da BOKT-nin direktoru X2 əməlində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında xx.xx.2021 xx.xx.2024-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyətinə və Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, lakin Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyətin direktoru X3 07 yanvar 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə yerləşdirərək bildirmişdir ki, hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcək, qeyd olunanları nəzərə alaraq barəsində 3(011)-18/2025 saylı iş üzrə inzibati xəta haqqında işin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyətin direktoru X2 və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarından da görünür ki, yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən xx.xx.2024 xx.xx.2024-cü il tarixləri arasında verilmiş 43959 sayda kreditlər üzrə müştərilərin fərdi risk dərəcələri müəyyən edilməmiş, bununla bağlı daxili qayda mövcud olmamış, habelə MUT Qaydalarının 2.1.1.7-ci yarımbəndində göstərilən eyniləşdirmə məlumatları müştərilərdən əldə edilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də daxili auditin daxili nəzarət proqramının qiymətləndirilməsi üzrə standartlar təsdiq edilməmiş, habelə yoxlama dövründə ƏL/TMM sahəsinin adekvatlılığını yoxlayan daxili audit həyata keçirilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Yoxlama zamanı müəyyən edilmişdir ki, 43959 sayda kreditlər üzrə gücləndirilmiş elektron imzadan istifadə edilməmiş, müştərinin qeydiyyatda olduğu ünvan etibarlı, müstəqil mənbələrdən verifikasiya olunmamış, mobil nömrənin müştəriyə məxsus olubolmaması ilə bağlı tədbirlər görülməmiş və ya müştəriyə məxsus üz tanınması, barmaq izi, səs tanınması kimi vasitələrdən istifadə edilməmiş, real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyası aparılmamış, yeni texnologiyaların tətbiq edilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.6-cı maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 598.1.1-ci maddəsinə əsasən, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.2-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.6-cı maddəsinə əsasən, maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə əzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin "barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qeyd olunan normaların məzmununa uyğun olaraq Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ona 598.1.1-ci maddə üzrə hər bir müştəriyə və əməliyyata görə münasibətdə sanksiyada nəzərdə tutulmuş iki min manat cərimə tədbiq edilməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 50.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələri üzrə təqsirli bilinərək ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunsun və həmin Məcəllənin 34.4 və 25.4-cü maddələri nəzərə alınmaqla, ona 50.000 (əlli min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər.
Sədrlik edən Sülhanə Hacıyeva