Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2382/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 30 iyun 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və mülki hüquqi müqavilə olmadan X6 iş və xidmətlərə cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək inzibati xətanın Azərbaycan Respublikasının Prezidenti X14 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi tərəfindən aparılmış yoxlama zamanı aşkar edildiyini, icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları, hüquqi şəxsin nümayəndəsinin etirafedici izahatı və protokola əlavə edilmiş videogörüntü ilə tam təsdiq edildiyini bildirərək hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X15 hüquqi şəxsi İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, protokolda adı qeyd edilən X11 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı deyildir, X16 isə yoxlama gələn zaman müəssisəyə qonaq kimi gələrək yoldaşları ilə görüşmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti X14 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi “tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 aprel 2017-ci il tarixli fərmanına əsasən tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində nəzarət üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünü idarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi, bir və ya bir neçə insanın ölümü təhlükəsi ilə plandankənar (növbədənkənar) yoxlama təyin edilmişdir; Azərbaycan Respublikasının Prezidenti X14 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi haqqında qərarın surətindən aydın olur ki, Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin olmasına dair dövlət orqanlarından daxil olan hesabatların və zəruri olan digər materialların araşdırılması və aparılmış müqayisəli analitik təhlillər əsasında aşkar edilmiş şübhə hallarının yerində araşdırılması məqsədi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli, 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən, “Tikinti sənəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli, 1349 nömrəli Fərmanının 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə və insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair şübhələrə əsaslanaraq tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X29 X2 tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilməsi, plandankənar yoxlama (monitorinq) Dövlət Agentliyinin sədrinin “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında” 11 sentyabr 2017-ci il tarixli, **********00674 nömrəli əmri ilə təsdiq edilmiş və reyestrdə qeydiyyata alınmış yoxlama suallarına uyğun olaraq aparılması, plandankənar yoxlamada X29 X1 X4nin təşkili sektorunun müdiri X25, baş məsləhətçiləri X22, X17, böyük məsləhətçilər X18, X30, X23, aparıcı məsləhətçilər X12, X31, X26, məsləhətçilər X19, X24, X20, X27, X7 iştirakları təmin olunması qərara alınmış, əsas isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında” 11 sentyabr 2017-ci il tarixli, **********00674 nömrəli əmri və Əmək X1 27 may 2022-ci il tarixli, MİHO/4.1-3-2022-752 nömrəli məktubu ilə təqdim edilən 22009 nömrəli tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi zərurətinə dair Əsaslandırma göstərilmişdir; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 08 iyun 2022-ci il tarixli yoxlama aktından görünür ki, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan yoxlamada iştirak edən yoxlayıcı (yoxlayıcılar) X29 X1 Əmək münsibətlərinin monitoriqlərinin təşkili sektorunun baş məsləhətçisiləri X22, X21, böyük məsləhətçi X23, aparıcı məsləhətçilər X31, X12, məsləhətçilər X24, X20 və X27 olmuş, yoxlama aparılması haqqında qərar və sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat sahibkarın səlahiyyətli nümayəndəsinə yoxlamanın keçirilməsinə dair qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, yoxlama suallarının siyahısı, video və foto avadanlıqlardan çəkiliş aparılmasına dair bildiriş və CD (qanunvericilik aktları və digər sənədlər) təqdim olunmuş və ona yoxlamanın aparılması ilə bağlı hüquq və vəzifələri elan edilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş səyyar monitorinqin nəticələrinə dair arayışdan görünür ki, “Tikinti sahəsində qeyri-formal əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli, 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X29 X2 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 31 may 2022-ci il tarixli, MİHO/4.1—3.2-2022-26 nömrəli qərarına əsasən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 08 iyun 2022-ci il tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı 24 nəfər şəxs yoxlanıldı. Tikinti obyektinin podratçısı "QİSMƏT FİRMASİ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə cəlb edilmiş 22 nəfər şəxslə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir; tikinti obyektində "QİSMƏT FİRMASİ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə cəlb edilmiş bir nəfər şəxslə əmək müqaviləsi bağlanmadığı müəyyən edilmiş və yoxlama zamanı bir nəfər şəxsin (X9) monitorinq həyata keçirilən şirkətlə heç bir bağlılığının olmadığı aşkar olunaraq kənar şəxs kimi qeydiyyata alınmışdır; X9 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Ç.Əkbərov həmin izahatında xx.xx.2022-ci il tarixdə tikintiyə gəldiyini, "QİSMƏT FİRMASİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqəsinin olmadığını və həmin obyektə qonaq kimi gəldiyini bildirmişdir; tikinti obyektində yoxlanılan şəxslərin siyahısından görünür ki, X16 əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin yerinə yetirilməsi cəlb edilmişdir; 30 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və mülki hüquqi müqavilə olmadan X16 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir; məhkəmə tərəfindən işdə iştirak edən şəxsin iştirakı ilə iş materiallarına əlavə edilmiş diskə baxış keçirilmiş, baxış zamanı X11 Azərbaycan Respublikasının Prezidenti X14 və Sosial İnnovasiyalar Üzrə X29daşları tərəfindən verilən suallara cavab olaraq onu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə cəlb olunduğunu, lakin onunla əmək müqaviləsinin bağlanmadığını bildirmiş, həmçinin video görüntüdə X6 üst geyiminin toza batmış şəkildə olması aydın görünmüş, iş icraçısı X11 ilə əmək müqaviləsinin nə üçün gec bağlandığını bildirmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 izahatından görünür ki, Asan xidmətin yoxlama keçirdiyi gün onların şirkətində bir nəfər qeydiyyatsız işçi olmuş, müəssisə nümayəndəsi həmin bir nəfərin müqaviləsiz çalışacağını və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfində X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iştirakı ilə iş materiallarına əlavə edilmiş diskə baxış keçirilmiş, baxış zamanı X11 Azərbaycan Respublikasının Prezidenti X14 və Sosial İnnovasiyalar Üzrə X29daşları tərəfindən verilən suallara cavab olaraq onların "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiklərini, onlarla əmək müqaviləsinin bağlanmadığını bildirmişlər. Yoxlama xx.xx.2022-ci il tarixdə saat 11:05-də başlamış, həmin vaxt X11 ilə əmək müqaviləsi bağlanmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X10 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2382/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2382/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver