Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2716/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, X1 və nümayəndəsi 5 saylı Vəkil Bürosunun vəkili X6, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə X12 və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri X7 iştirakı ilə, X5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN1388822,xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN1388822,xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəisi X8 xx.xx.2023-cü il tarixli, MN ******* saylı Qərarı ilə vəzifəli şəxs olaraq mənim barəmdə inzibati qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 manat cərimələnmişdir.Qərar qəbul edilərkən inzibati orqan guya rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə aparılmış yoxlama nəticəsində AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 saylı Fərmanının 3-cü bəndinin pozulması aşkarlanmış və bu səbəbdən də X3 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 manat cərimələnmişdir. Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəisi X8 xx.xx.2023-cü il tarixli, MN ******* saylı Qərarı ilə razı deyil. Hesab edir ki, inzibati orqan tərəfindən Qərar qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur. Ona görə də, aşağıda göstərilən səbəblərə görə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir.İnzibati xətanın mahiyyəti barədə qısa olaraq məlumat verir ki, direktoru olduğum cəmiyyətdə diş kabineti olduğu üçün fəaliyyətdə rentgendən istifadə olunur və qeyd edilen rentgen aparatının istifadəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Nüve ve X2 üzrə Dövlət Agentliyindən xüsusi icazə alınmalıdır. Əks halda, bu AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 saylı Fərmanının 3-cü bəndinin pozulması kimi qiymətləndirilərək inzibati qaydada cərimə olunur.Məhz qeyd etdiyi hallardan irəli gələrək Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi bu qənaətə gəlmişdir ki, AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 saylı Fərmanının 3-cü bəndinin pozulub və bu əməl göre X4 268.0.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzası tətbiq edilməlidir.Belə ki, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 saylı Fərmanının 3-cü bəndinə əsasən "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir: ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübikonstruktor işləri; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması; həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması; radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər. Agentliyin qərarından belə müəyyən etmək olur ki, rəhbərlik etdiyi Cəmiyyət belə bir icazə olmadan fəaliyyət göstərir və buna görə də, cərimələnməlidir.Lakin Şikyətə əlavə etdiyi Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2021-ci il tarixli Xüsusi İcazəyə əsasən "xxxx" MMC-yə 3 illik müddətinə (xx.xx.2024-cü il tarixinədək) "lonlaşdırıcı süa mənbələri hesab edilən qurğuların istismarına" icazə verilib.Digər tərəfdən inzibati məsuliyyət İXM-də nəzərdə tutulan normaların pozulması ilə yaranır. Fərmanın normaları əsasında İnzibati məsuliyyətin yaranması absurddur. Həmçinin, Xususi İcazədən başqa obyektdə radiasiya təhlükəsizliyini təmin etməklə bağlı digər aşağıdakı tədbirlərə də görülüb; Qəza aradan qaldırma Planı mövcuddur. Bu barədə Təlimat mövcuddur. Radiasiya təhlükəsizliyinə nəzarət üzrə məsul şəxs müəyyən edilib. Tibbi Lisenziyada bu barədə fəaliyyətə icazə verilib. (təbii ki, tələblər yoxlanılıb,standartlara uyğu olduğu üçün)FHN Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən verilən Xüsusi İcazəsi var. Bu icazə veriləndə də standartlar yoxlanılıb, radiasiya təhlükəsizliyinə əməl olunması istiqamətində obyektin bütün şərtlərə cavab verib- verməməsi müəyyən edilib.Bütün bunlar fəaliyyət zamanı obyektdə radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş tədbirlərdəndir. Bütün bunlara rəğmən, bu qədər təminat tədbirlərinin olmasına baxmayaraq cərimə yazılması ədalətsizlikdir.Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Əgər hər hansı xırda pozuntu aşkarlanmış olsaydı belə, bütün bu sadalanan tədbirlərin mövcudluğu halında cərimə yox, xəbərdarlıq da tətbiq edilməli idi.AR İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.Qeyd edilən səbəbdən Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə X10 əsassızdır.Həmin məcəllənin 8-ci maddəsinə əsasən: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. AR İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.Digər tərəfdən Agentlik işin baxılması müddətini də pozmuşdur. Belə ki, İXMnin 111.1-ci maddəsinin tələbinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Qərarın məzmunundan göründüyü kimi inzibati protokol xx.xx.2023-cü ildə tərtib olunmasına baxmayaraq, Qərar xx.xx.2023-cü ildə, 23 gün sonra verilmişdir.Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi ünvan 1 ünvanında yerləşir. "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 3 faktiki olaraq ünvan 4 ünvanında fəaliyyət göstərir. İnzibati Xəta haqqında protokol məhz faǝliyyət göstərdiyimiz ünvanda tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyində onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın xitam olunması xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs və onun vəkili şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümyəndəsi izahat verərərək bildirmişdir ki, protokolda qeyd olunan nüansla qərarda olan ziddiyətlər texniki olaraq qeyd edilmişdir. İnzibati tənbeh tədbiq edilməsi barədə xx.xx.2023-cü tarixli, MN1388822 saylı qərarda Azərbaycan Respublikası Proezidentinin 758 № fərmanın 3-cü bəndi xüsusi icazə ilə Məhkəmə şikayət verən şəxsin və nümayəndənin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 iyun 2023-cü il tarixli, MN1749804 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC-də yoxlama zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydasının” təsdiq edilməsi barədə xx.xx.21999cu il tarixli, 134 nömrəli qərarın 3-cü bəndinin tələbi pozulmuşdur.(radioloji-gigiyenik pasport yoxdur) Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi müəyyən edilmişdir. 22 iyun 2023-cü il tarixli, QN-23/165 №-li qərardan görünür ki, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-də aşkarlanmış pozuntular və onlara aid normativ hüquqi aktların konkret struktur elementləri qeyd edilmişdir:
1. Müəssisənin radioloji-gigiyenik pasportu yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydasının” təsdiq edilməsi barədə xx.xx.21999-cu il tarixli, 134 nömrəli qərarın 3-cü bəndinin tələbi pozulmuşdur.
2. Radioloji şəraitin istehsalat nəzarəti daimi olaraq aparılmır. AR “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli qanun, maddə 11
12 iyul 2023-cü il tarixli, MN1388796 saylı qərardan görünür ki, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-də RTM zamanı AR Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli fərmanın 3-cü bəndi pozulmuş və nəticədə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 17 fevral 2021-cü il tarixli, ******* nömrəli xüsusi icazəsindən görünür ki, Realdental” MMC-yə ionlaşdırıcı şüa məbələri hesab edilən qurğuların istismarını 03 il müddətinə icazə verilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 268.0.1-ci maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli fərmanın 3-cü bəndində qeyd edilmişdir ki, müəyyən edilsin ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir: ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübikonstruktor işləri; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması; həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması; radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN1388822 saylı inzibati tənbeh tərtib etmə haqqında qərarda Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli fərmanın 3cü bəndin pozulması qeyd edilsə də, lakin 17 fevral 2021-cü il tarixli, ******* nömrəli xüsusi icazəsindən görünür ki, Realdental” MMC-yə ionlaşdırıcı şüa məbələri hesab edilən qurğuların istismarını 03 il müddətinə icazə verilib. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət qismən təmin olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X11 barəsində xx.xx.2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 268.0.1-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN1388822sayılı, xx.xx.2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏRARAALDİ:
X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN1388822,xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.
Sədrlik edən: Sülhanə Hacıyeva