Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2865/2020 29.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə olmağa görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-cı maddəsi ilə barəsində Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 00:15 radələrində ölkədə elan olunmuş komendant saatını nəzərə almayaraq Xətai rayon ərazisində hərəkət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Kanal1 TV İnternet televiziyasının xüsusi müxbiri işləyir. Azərbaycan Respublikasının ordusu Qarabağda Cəbrayıl rayonunu işğaldan azad etdiyi gün axşam vətəndaşlar qələbə sevincini küçədə qeyd etmişlər. Həmin qələbəni müxbir kimi işıqlandırmaqdan ötrü oda axşam saat 22:00 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhəri Xətai rayonu ərazisinə qədər bütün stasionar postlardan jurnalist vəsiqəsini təqdim edərək keçmişdir. Axşam saat 00:00 radələrində Xətai rayon ərazisində küçədə olmuş və əhalinin qələbə sevinci ilə əlaqədar video sujet hazırlamış və işlədiyi kanalda təqdim etmişdir. Azərbaycan Respublikası ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində X1 əməkdaşlarına icazə verilməsinə baxmayaraq xx xxxxxxx 2020-ci il tarixdə saat 00:15 radələrində ölkədə elan olunmuş komendant saatında müxbir kimi fəaliyyəti zamanı polis əməkdaşları tərəfindən əsassız olaraq saxlanılmışdır. Polis əməkdaşlarına kütləvi informasiya vasitəsi əməkdaşı olmasını bildirməsinə baxmayaraq mülki avtomobillə polis əməkdaşları tərəfindən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparılmış və orada qanunsuz olaraq saxlanılmış, daha sonra isə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş olan Fatimə Mövlamlıya məxsus iş vəsiqəsindən görünür ki, o, Kanal1 TV İnternet televiziyasında (X2) xüsusi müxbiri vəzifəsində işləyir. Azərbaycan Respublikası ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin Siyahının 3 nömrəli əlavəsinin 7-ci bəndinə əsasən X1 əməkdaşlarına komendant saatı müddətində fəaliyyətlərinə icazə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarını araşdırararaq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinin tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxxxx 2020-ci il tarixli 358 nömrəli qərarının 7-ci bəndində Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısında kütləvi informasiya vasitələridə göstərilmişdir. Göründüyü ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X1 əməkdaşı olduğundan xidməti fəaliyyəti ilə əlaqədar komendant saatında sərbəst fəaliyyət göstərə bilər. Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsinə əsasən Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 517-2.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-2865/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2865/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver