Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-287/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüslü Nəqliyyat Agentliyinin Bakı şəhəri, Xətai rayonu, Yeryemenko küçəsində, natamam formada təşkil etdiyi parklanma məntəqəsində qeyri-qanuni olaraq inzibati tənbeh tətbiq edilirdi. AYNA-nin ərazi üzrə monitorinq işləri aparan əməkdaşlarına, 141 qaynar xəttinə və Elektron ünvan mail ünvanına müraciətlər etsə də uyğunsuzluq yalnız xx.xx.2024-cü il tarixində aradan qaldırıldı və xətlənmə işləri aparıldı. Lakin bu tarixədək şikayətçiyə bir neçə cərimə yazıldı. Barəsində tərtib edilmiş cərimələrdən biri, yəni (AYN0862089) saylı xx.xx.2024 tarixli, qərar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əsassızdır. Belə ki, qərarda 346-1.1 maddəsinin pozduğu iddia edilir, parklanma yerindən istifadə üçün ödəniş edilməməsi. "X8" (Y.H.Q.) Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin, İV bəndində qeyd edilib ki; "Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir". 10191 və 10200 saylı parklanma məntəqəsində heç bir xətlənmə, parklanma yerinin başlanğıcı və sonu yox idi. (xx.xx.2024-cü il tarixinədək). Nişan və yerdəki işarələnmə arasında ziddiyyət və uyğunsuzluq var idi. Eyni yol sahəsində tətbiq edilmiş daimi nişanlanma xətlərinin tələbləri ilə digər texniki vasitələrin tələbləri (məs: daimi yol nişanları) arasında ziddiyyət və ya uyğunsuzluq yol verilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır ("Y.H.Q" maddə 69). Yəni 346-1.1 maddəsi müvafiq nişanlanma olduğu təqdirdə tətbiq edilə bilər. Həmçinin müvafiq nişanlanma və xətlənmələr “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyasında öz əksini tapmışdır. AYNA-nın nizamnanəsinə əsasən, fəaliyyətini bundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutaraq həyata keçirməlidir (AYNA, Nizamnamə, bənd 1.2). Hesab edir ki, inzibati qurumun hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranan, zidiyyət və ya uyğunsuzluqlar, vətəndaşların cərimələnməsi və ya əlavə ödənişlər etməsi ilə nəticələnməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə yazılı etiraz təqdim edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 29 noyabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, şikayət qanunvericiliyin tələbləri baxımından əsassız olduğundan təmin edilməməli və həmin qərar qüvvədə saxlanmalıdır. Belə ki, X6 Məhəmməd inzibati xəta haqqında parklanma qərarının əsassız olduğunu qeyd etmişdir. X7 idarə etdiyi "LADA GRANTA MİNİK" markalı, 77- BD-114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 29 noyabr 2024-cü il tarixdə, saat 15:09:21-də Yermenko 10191 nömrəli parklanma yerində saxlanması inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. Bundan başqa sonuncu şikayətində parklanma yerində yol nişanının olmadığını qeyd edir. Nişan və yerlərdəki nişanlama tam qanuna uyğundur. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanın 1.11-ci bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin rəhbərləri, onların müavinləri (bu Siyahıda nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla), həmin orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin yerli bölmələrinin rəhbərləri, onların müavinləri baxmağa səlahiyyətli şəxslərdir. X7 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 29 noyabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar X5 sədr müavini tərəfindən qəbul edilmişdir. “X8" Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin XV hissəsinə əsasən ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin Xİ hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir. Qanunvericilikdə parklanmaya görə ödəniş üsulu yalnız parkomatlarla məhdudlaşdırılmır. Çünki "X8" Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin Xİ hissəsinə əsasən, parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür. Həmin maddənin XXİ hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün həmin maddənin XVİ hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. Qeyd edilməlidir ki, həmin ərazidə parklanmanın ödəniş qaydası barədə məlumat lövhəsi var, orada ödəmənin üsulları aydın izah olunmuşdur. Eyni zamanda parklanma ödənişinin həyata keçirilməsi mobil tətbiqlə də həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 09 iyul 2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin" 3.1.2.-ci maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əlaməti aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Palatası hesab edir ki, "inzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürülmüşdür. Bildiririk ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq, bütün ödənişli parklanma yerlərində Agentlik tərəfindən istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə məlumat lövhələri yerləşdirilmişdir. Həmin lövhələrdə parklanma məntəqəsinin nömrəsi, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları; həmçinin parklanma yerlərindən istifadə qaydalarına dair məlumatlar yerləşdirilmişdir. Hər bir sürücü ödənişli parklanma məntəqəsinə daxil olarkən həmin məlumatlarla tanış olmalı və özünə uyğun ödəniş vasitəsini seçməlidir. Belə ki, sürücülərin rahatlığını təmin etmək məqsədilə həm sms, həm mobil tətbiq vasitəsi ilə, həm də ödəmə terminalı vasitəsi ilə (balansın artırılması) ödəniş üsulları mövcuddur. Qanunvericilikdə parklanmaya görə ödəniş üsulu yalnız parkomatlarla məhdudlaşdırılmır. Çünki "X8" Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin Xİ hissəsinə əsasən, parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Həmin maddənin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin Xİ hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq həmin maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir. Şikayətçi parklanmadan qeydiyyatdan keçdikdən sonra vaxt hesablanır və ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Həmin maddənin XXİ hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün həmin maddənin XVİ hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 29 noyabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə 29 noyabr 2024-cü il tarixində 15:09:21-də Xətai rayonu, Yeryemenko-10191 ünvanında “Lada Granta minik” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir. “X8” Azərbaycan Respublikasının Qanunu: 53-cü maddəsinin İV bəndinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu nişanlama xətləri və ya 7.6.1- 7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, şikayətçinin avtomobilini park etdiyi sözügedən ərazidə ödənişli parklanma nişanı qoyulsa da iş materiallarında olan fotoşəkillərdən həmin ərazinin qanunvericiliyə uyğun olaraq nişanlama xətləri ilə işarələnməməsi aşkar edilir. Bu səbəbdən şikayətçinin şikayəti əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X3 verdiyi şikayəti təmin edilməli, barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 29 noyabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-287/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-287/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver