Məhkəmə qərarları › İş №3(011)-3110/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3110/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3110/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələri X3 və X4 iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, vətəndaş X7 xx.xx.2024-cü il tarixindən, X8 xx.xx.2024-cü il tarixindən və X5 xx.xx.2024-cü il tarixindən bugünədək Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC-yə inzibati xətanın törədilməsi faktının olub-olmamasının müəyyənləşdirilməsi üçün 15 iyul 2024-cü il tarixdə, saat 10:00-da nümayəndəsinin X6 Xidmətinin Bakı şəhər idarəsində iştirakının təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli məktub göndərildiyini, lakin nümayəndənin inzibati icraatın aparılmasında iştirak etmədiyini və inzibati icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları ilə tam təsdiq edildiyini bildirərək hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X10 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs 2022-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmişdir, müvafiq lisenziyalar və icazələr əsasında təmir tikinti fəaliyyəti göstərir, şirkət olaraq daim sosial məsuliyyətə böyük həssaslıqla yanaşılır. Hal-hazırda şirkətin 420 nəfər işçisi var. Hazırda şirkət əsas fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, bərpa və yenidənqurma işlərinə yönəltmişdir. Bu məqsədlə tərəflərindən Laçın, Kəlbəcər, Füzuli rayonlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, "xxxx" MMC-nin əsas supodratçısı olaraq müxtəlif yol və tunel tikintilərini həyata keçirirlər. İşə qəbul edilmiş bütün şəxslərlə əmək qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsi bağlamaqla, eyni zamanda əsas sifarişçiləri "xxxx" MMC vasitəsi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işə cəlb olunması (işğaldan azad edilmiş ərazilərə giriş) üçün müvafiq qaydada icazələr alınmışdır. Şirkət barəsində X6 Xidmətinin Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN 193335 nömrəli inzibati protokolu qanunsuz və əsassız olmuşdur. Belə ki, inzibati protokoldan məlum olur ki, guya Şəxs MMC tərəfindən X7 xx.xx.2024-cü ildən, X8 xx.xx.2024-cü ildən, X5 isə xx.xx.2024-cü ildən bugünədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Halbuki, X7 xx.xx.2023-cü ildə işə qəbul edilmiş xx.xx.2024-cü ildə öz xahişi əsasında, X8 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2024-cü ildə öz xahişi əsasında, X5 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2024-cü ildə öz xahişi əsasında işdən azad edilmişdirlər. Qeyd olunan şəxslərin əmək müqaviləsinə qanunvericiliklə müyyən edilmiş qaydada xitam verilmişdir, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Xitam tarixindən etibarən sözügedən şəxslər iş ərazisini tərk etmişdrilər, hər hansı xidmətlərin, işlərin icrasına cəlb edilməmişdilər. Eyni zamanda həmin şəxslərin icazələrinin (portalın) ləğvi ilə bağlı "xxxx" MMC-nə məlumat verilmişdir. "xxxx" MMC tərəfindən isə xx.xx.2024-cü il tarixli rəsmi məktubla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilərək bir çox şəxslərin, o cümlədən inzibati protokolda adları qeyd olunan şəxslərin (siyahı üzrə 55, 79 və 85) əmək müqaviləsinə xitam verildiyi üçün tikinti ərazisinə buraxılışlarının ləğv edilməsi xahiş olunmuşdur. Digər tərəfdən inzibati protokolun fakt hissəsində yalnız DİN-nİn məlumatı göstərilmişdir. Lakin bu məlumatların nədən ibarət olunduğu o cümlədən həmin şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra qanunsuz olaraq iş və xidmətin icrasına cəlb olunmasının aşkarlanması ilə bağlı hər hansı bir fakt, sübut göstərilməmişdir. Göründüyü kimi, şirkətin əməlində hər hansı bır inzibati xətanın tərkibi yoxdur. İnzibati pozuntu qəsdən və ya bilməyərəkdən digər subyektin hüquqlarının məhdudlaşdırılması və ya pozulmasıdır. Qeyd olunan faktlarla şirkətləri tərəfindən heç bir qayda pozuntusu törədilmədiyi sübut olunur. Bundan başqa inzibati xəta haqqında protokol İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir, inzibati xəta haqqında protokol tərtib edilərkən onun nümayəndəsi dəvət edilsədə və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. Beləliklə göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmiş, vətəndaşlar X7, X8 və X1 izahatları alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşlarla Şəxs MMC arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni Şəxs MMC tərəfindən icazəsi istənilən məlumatda adı qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedibgetməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Belə ki, həmin şəxslər üçün icazənin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilmələri anlamına gəlmir. Çünki, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda isə hüquqi şəxs Şəxs MMC tərəfindən protokolda adı qeyd edilən şəxslərin əməyə cəlb edilmələri göstərilsə də, araşdırma natamam şəkildə aparıldığından və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından, iş materiallarında bu barədə hər hansı sübut mövcud deyildir. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar