Məhkəmə qərarları › İş №3(011)-3316/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3316/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3316/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və mülki hüquqi müqavilə olmadan X21 və digər bir şəxsi iş və xidmətlərə cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin etibarnamə nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək inzibati xətanın Azərbaycan Respublikasının Prezidenti X15 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi tərəfindən aparılmış yoxlama zamanı aşkar edildiyini, icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları, hüquqi şəxsin nümayəndəsinin etirafedici izahatı və protokola əlavə edilmiş videogörüntü ilə tam təsdiq edildiyini bildirərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti X15 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi “tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 aprel 2017-ci il tarixli fərmanına əsasən tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində nəzarət üzrə Şəxsndə insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünü idarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi, bir və ya bir neçə insanın ölümü təhlükəsi ilə plandankənar (növbədənkənar) yoxlama təyin edilmişdir; Azərbaycan Respublikasının Prezidenti X15 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi haqqında qərarın surətindən aydın olur ki, Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin olmasına dair dövlət orqanlarından daxil olan hesabatların və zəruri olan digər materialların araşdırılması və aparılmış müqayisəli analitik təhlillər əsasında aşkar edilmiş şübhə hallarının yerində araşdırılması məqsədi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli, 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən, “Tikinti sənəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli, 1349 nömrəli Fərmanının 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə və insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair şübhələrə əsaslanaraq tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı Şəxsndə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X24 X4 tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilməsi, plandankənar yoxlama (monitorinq) Dövlət Agentliyinin sədrinin “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında” 11 sentyabr 2017-ci il tarixli, **********00674 nömrəli əmri ilə təsdiq edilmiş və reyestrdə qeydiyyata alınmış yoxlama suallarına uyğun olaraq aparılması, plandankənar yoxlamada X24 X1 Əmək münsibətlərinin monitoriqlərinin təşkili sektorunun müdiri vəzifəsini icra edən X11, baş məsləhətçi X17, böyük məsləhətçi X19, aparıcı məsləhətçi X13, məsləhətçilər X22, Rzazadə Zöhrab Vəkil oğlu, X12 iştirakları təmin olunması qərara alınmış, əsas isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında” 11 sentyabr 2017-ci il tarixli, **********00674 nömrəli əmri və Əmək X1 12 iyun 2020-ci il tarixli, **********91 nömrəli məktubu ilə təqdim edilən 19115 nömrəli tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi zərurətinə dair Əsaslandırma göstərilmişdir; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 14 iyul 2021-ci il tarixli yoxlama aktından görünür ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2942A-da yerləşən Şəxsndə aparılan yoxlamada iştirak edən yoxlayıcı (yoxlayıcılar) X24 X1 Əmək münsibətlərinin monitoriqlərinin təşkili sektorunun müdiri vəzifəsini icra edən X11, baş məsləhətçi X17, böyük məsləhətçi X19, aparıcı məsləhətçi X13, məsləhətçilər X22, Rzazadə Zöhrab Vəkil oğlu, X18 olmuş, yoxlama aparılması haqqında qərar və sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat sahibkarın səlahiyyətli nümayəndəsinə yoxlamanın keçirilməsinə dair qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, yoxlama suallarının siyahısı, video və foto avadanlıqlardan çəkiliş aparılmasına dair bildiriş və CD (qanunvericilik aktları və digər sənədlər) təqdim olunmuş və ona yoxlamanın aparılması ilə bağlı hüquq və vəzifələri elan edilmişdir; Şəxs tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, “Tikinti sahəsində qeyri-formal əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli, 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X24 X4 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin qərarına əsasən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2942A-da yerləşən Şəxsndə qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 14 iyul 2021-ci il tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı tikinti obyektində Şəxs tərəfindən tikinti işlərinə cəlb edilən 19 nəfər şəxslə əmək müqaviləsinin bağlanıldığı, 2 nəfər şəxslə əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə bağlanılmadığı müəyyən edilmişdir; tikinti obyektində yoxlanılan şəxslərin siyahısından görünür ki, X26 və X6 əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin yerinə yetirilməsi cəlb edilmişdir; 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və mülki hüquqi müqavilə olmadan X26 və digər bir nəfər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir; məhkəmə tərəfindən işdə iştirak edən şəxsin iştirakı ilə iş materiallarına əlavə edilmiş diskə baxış keçirilmiş, baxış zamanı X26 və X6 Azərbaycan Respublikasının Prezidenti X15 və Sosial İnnovasiyalar Üzrə X24daşları tərəfindən verilən suallara cavab olaraq onların iki göndür Şəxs tərəfindən işə cəlb olunduğunu, lakin onlarla əmək müqaviləsinin bağlanmadığını bildirmişlər. Şəxs direktoru X7 izahatından görünür ki, Asan xidmətin yoxlama keçirdiyi gün onların şirkətində bir nəfər qeydiyyatsız işçi olmuş, X26 ilə həmin gün əmək müqaviləsi bağlanılıb və qeydiyyata qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfində X26 və X2 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iştirakı ilə iş materiallarına əlavə edilmiş “DVD-R 4.7GB/120MİN 16X” formatlı diskə baxış keçirilmiş, baxış zamanı X26 və X6 Azərbaycan Respublikasının Prezidenti X15 və Sosial İnnovasiyalar Üzrə X24daşları tərəfindən verilən suallara cavab olaraq onların Şəxs tərəfindən işə cəlb olunduğunu, Şəxsndə işlədiklərini, onlarla əmək müqaviləsinin bağlanmadığını bildirmişlər. Yoxlama 14 iyul 2021-ci il tarixdə saat 10:50-də başlamış, həmin vaxt X26 və və X6 ilə əmək müqaviləsi bağlanmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X26 və X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar