Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3333/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndələri X1 və X3 iştirakları ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 09 aprel 2025-ci il tarixli, 00700-00055/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına 77TB503/99ZF280 nömrəli yük nəqliyyat vasitəsilə daxil olmuş «azot gübrəsi» yükü **********9713 sorğu nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirilmiş, lakin idxalatçı tərəfindən 15 fevral 2025-ci il tarixdə, saat 17:03 radələrində Tovuz Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının ərazisinə gətirilməzdən əvvəl həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə iclasında hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, 15 fevral 2025-ci il tarixdə şirkətə məxsus yük ölkə ərazisindən çıxarılmış, lakin Gürcüstan Respublikasının gömrük postuna çatdıqda sənədləşmədə səhvlik olduğu üçün nəqliyyat vasitəsi buraxılmadığından yük yenidən ölkə ərazisinə qayıtmışdır. Qanunvericiliyin müddəalarına əsasən təkrar idxal üçün qısa idxal bəyannaməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 229 nömrəli qərarında, həmçinin “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilərkən gömrük bəyannamələrinin doldurulmasına dair” Metodiki Tövsiyədə qeyd edilmişdir ki, 40-cı qrafada malların Azərbaycanın hüdudlarından kənara aparılması zamanı tərtib edilmiş gömrük bəyannaməsinin nömrəsi və tarixi və malların çıxarılma tarixi göstərilir, həmçinin qrafada əvvəlki bəyannamənin nömrəsi qeyd olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 116.1-ci maddəsindən də göründüyü kimi qısa idxal bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu əvəz edən gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük bəyannaməsinin aid olduğu mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilmir. Bu halda qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsində onun üçün zəruri olan təfərrüatları əks etdirilməlidir. Tərəflərindən **********9713 sorğu nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair qısa idxal bəyannaməsi verilməmişdir, belə ki, gömrük bəyannaməsinin 40-cı qrafasında **********6483 sorğu nömrəli ixrac gömrük bəyannaməsini qeyd etmişlər və həmin bəyannamədə bütün zəruri məlumatlar əks olunmuşdur. Beləliklə o, göstərilənlərə əsasən barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X5 inzibati xəta haqqında protokola etiraz edərək X1 izahatında göstərdiyi xüsusatları təsdiqləyərək barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında təkrar idxal ilə bağlı bütün tələblər qeyd edilmişdir. Ölkə ərazisinə daxil olmuş mallara dair qısa idxal bəyannaməsinin verilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilir və həmin məcəllə Nazirlər Kabinetinin qərarlarına nisbətdə üstün qüvvəyə malikdir. Qısa idxal bəyannaməsinin verilməməsi üçün gətirilən arqumentlər əsassızdır. Belə ki, “Malların sərbəst dövriyyəyə buraxılış qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında da qısa idxal bəyannaməsinin verilməsi göstərilməmişdir, lakin bu o demək deyil ki, həmin mallara dair qısa idxal bəyannaməsi verilməməlidir. “Müvəqqəti idxal haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 saylı qərarında qısa idxal bəyannaməsi ilə bağlı heç bir müddəa yoxdur, lakin Gömrük Məcəlləsində və “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yasıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanında qısa idxal bəyannaməsinin verilməsi göstərildiyindən, bununla bağlı müvafiq praktika mövcud olduğundan, həmin praktikaya əsasən istənilən halda təkrar idxal proseduru üçün qısa idxal bəyannaməsi təqdim edilməlidir. Sahibkarın təqdim etdiyi formada bütün sənədlər təsdiqlənir. Sənədin malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl təqdim edilməsi məsələsi ilə şirkətlərin nəzdində fəaliyyət göstərən ekspertiza şöbələri tərəfindən koordinasiya olunur. Təkrar idxal olunan mallar üçün qısa idxal bəyannaməsi verilməlidir ondan ötrü ki, nəqliyyat vasitəsi qayıtdıqda gömrük əməkdaşı tərəfindən mallar eyniləşdirilə bilmir, belə ki, neytral zonada nəqliyyat vasitəsində olan yükün dəyişdirilib-dəyişdirilmədiyini müəyyən etmək mümkün olmur. Bu səbəbdən qısa idxal bəyannaməsinin verilməsi mütləqdir. Bundan əlavə, Azərbaycan Respublikası Gmöük Məcəlləsinin 116.1-ci maddəsinə müəyyən dəyişikliklər edilmişdir, hazırki redaksiyada qısa idxal bəyannaməsini əvəz edən kimi gömrük bəyannaməsi qeyd edilsə də, dəyişiklikdən əvvəl qısa idxal bəyannaməsini əvəz edən beynəlxalq tranzit bəyannaməsi olmuşdur ki, həmin bəyannamə olduqda qısa idxal bəyannaməsinə zərurət qalmamışdır. Gömrük bəyannaməsinin 40-cı qrafası ilə bağlı qeyd etməlidir ki, bəzən şirkətlər 20-dən çox ölkəyə mal aparırlar və həmin malları bir gömrük bəyannaməsi ilə idxal edirlər. Həmin vaxt onlar 40-cı qrafada mallara aid xususatları qeyd etməklə yanaşı qoşma kimi qısa idxal bəyannaməsini də əlavə edirlər. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini bildirərək barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışdan və **********9713 sorğu nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına gələn mallar ölkə ərazisinə 15 fevral 2025-ci il tarixdə, saat 17:03-də gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi gömrük orqanına verilməmişdir; “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Şəxs tərəfindən Sumqayıt Gömrük İdarəsində təqdim edilən xx.xx.2025-ci il tarixli, **********6483 sorğu nömrəli gömrük bəyannaməsi ilə “azot gübrəsi" yükü ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş, lakin 77TB503/99ZF280 nömrəli yük nəqliyyat vasitəsi Gürcüstan tərəfindən geri qaytarılmışdır. Daha sonra həmin “azot gübrəsi” yükü xx.xx.2025-ci il tarixli **********9713 sorğu nömrəli gömrük bəyannaməsi ilə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmiş və 15 fevral 2025-ci il tarixdə, saat 17:03-də 77TB503/99ZF280 nömrəli yük nəqliyyat vasitəsilə Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir, lakin qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olmamışdan 1 saat əvvəl elektron formada təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixli, **********9713 sorğu nömrəli təkrar idxal gömrük bəyannaməsinin 40-cı qrafasında isə əvvəlki bəyannamə qismində xx.xx.2025-ci il tarixli, **********6483 sorğu nömrəli ixrac gömrük bəyannaməsi göstərilmişdir. Həmin qrafada qısa idxal bəyannaməsi göstərilməli idi; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X6 oğlu tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 09 aprel 2025-ci il tarixli, 00700- 00055/25 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına 77TB503/99ZF280 nömrəli yük nəqliyyat vasitəsilə daxil olmuş «azot gübrəsi» yükü **********9713 sorğu nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirilmiş, lakin idxalatçı tərəfindən 15 fevral 2025-ci il tarixdə, saat 17:03 radələrində Tovuz Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının ərazisinə gətirilməzdən əvvəl həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iş üzrə tərəflərin çıxışlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən gömrük qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X6 oğlu tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 09 aprel 2025-ci il tarixli, 00700- 00055/25 nömrəli protokolda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına 77TB503/99ZF280 nömrəli yük nəqliyyat vasitəsilə daxil olmuş «azot gübrəsi» yükü **********9713 sorğu nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirilmiş, lakin idxalatçı tərəfindən 15 fevral 2025-ci il tarixdə, saat 17:03 radələrində Tovuz Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının ərazisinə gətirilməzdən əvvəl həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. xx.xx.2025-ci il tarixli, **********9713 sorğu nömrəli təkrar idxal gömrük bəyannaməsinin 40-cı qrafasında isə əvvəlki bəyannamə qismində xx.xx.2025-ci il tarixli, **********6483 sorğu nömrəli ixrac gömrük bəyannaməsi göstərilmişdir. Lakin məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, 15 fevral 2025-ci il tarixdə şirkətə məxsus yük ölkə ərazisindən çıxarılmış, lakin Gürcüstan Respublikasının gömrük postuna çatdıqda sənədləşmədə səhvlik olduğu üçün nəqliyyat vasitəsi buraxılmadığından yük yenidən ölkə ərazisinə qayıtmışdır. Qanunvericiliyin müddəalarına əsasən təkrar idxal üçün qısa idxal bəyannaməsi nəzərdə tutulmamışdır. Belə ki, tərəflərindən **********9713 sorğu nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair qısa idxal bəyannaməsi verilməmiş, gömrük bəyannaməsinin 40-cı qrafasında isə **********6483 sorğu nömrəli ixrac gömrük bəyannaməsini qeyd etmişlər və həmin bəyannamədə bütün zəruri məlumatlar əks olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllənin 113.3-cü maddəsində göstərilən qaydalarda müəyyən edilmiş qısa idxal bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu əvəz edən gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük bəyannaməsinin aid olduğu mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilmir. Bu halda qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsində onun üçün zəruri olan təfərrüatları əks etdirilməlidir. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsində nəzərdə tutulan gömrük bəyannaməsi gömrük orqanları tərəfindən təsdiq edilənə qədər qısa idxal bəyannaməsini əvəz edir. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 100/143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilərkən gömrük bəyannamələrinin doldurulmasına dair” Metodiki Tövsiyədən görünür ki, “əvvəlki bəyannamə və sənədin xülasəsi” adlı 40-cı qrafada qeyd edilmişdir ki, malların Azərbaycanın hüdudlarından kənara aparılması zamanı tərtib edilmiş gömrük bəyannaməsinin nömrəsi və tarixi və malların çıxarılma tarixi göstərilir. Həmin sərəncam ilə təsdiq edilmiş “İxrac olunan mallar üçün gömrük bəyannaməsinin doldurulması qaydaları”ndan da görünür ki, “əvvəlki bəyannamə və sənədin xülasəsi” adlı 40cı qrafada qeyd edilmişdir ki, bəyan olunan gömrük prosedurundan əvvəl digər gömrük prosedurunun olduğu (mal mübadiləsi əməliyyatlarında - qarşılıqlı mal göndərişləri) hallarda və ya natamam və dövri bəyannamələrin təqdim olunması zamanı doldurulur. Qrafada əvvəlki bəyannamənin (qısa idxal və ixrac, natamam və dövri və əvvəlki prosedur olduqda onun nömrəsi) nömrəsi göstərilir. Bununla da yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Şəxs tərəfindən Sumqayıt Gömrük İdarəsində təqdim edilən xx.xx.2025-ci il tarixli, **********6483 sorğu nömrəli gömrük bəyannaməsi ilə “azot gübrəsi” yükü ixrac gömrük prosedurunda rəsmiləşdirilsə də, 77TB503/99ZF280 nömrəli yük nəqliyyat vasitəsi Gürcüstan Respublikası tərəfindən geri qaytarıldığından, daha sonra həmin “azot gübrəsi” yükü xx.xx.2025-ci il tarixli **********9713 sorğu nömrəli gömrük bəyannaməsi ilə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilməklə təkrar idxal gömrük bəyannaməsinin 40-cı qrafasında “İxrac olunan mallar üçün gömrük bəyannaməsinin doldurulması qaydaları”nın tələblərinə riayət edilməklə əvvəlki bəyannamə qismində xx.xx.2025-ci il tarixli, **********6483 sorğu nömrəli ixrac gömrük bəyannaməsi qeyd edildiyindən səlahiyyətli orqan tərəfindən hüquqi şəxsin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən ünvanına daxil olan mallara dair qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsinin mallar gömrük ərazisindən keçirilməzdən bir saat əvvəl gömrük orqanına təqdim edilməsinin müəyyən edildiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3333/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3333/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver