Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-342/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 vəkili Nümayəndə1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində (15 yanvar 2024-cü il tarixli MN №1933717 saylı inzibati xəta haqqında protokol əsasında) AR İXM-nin 192.4-cü maddəsinə əsasən 700 manat cərimə olunmasına dair 25 yanvar 2024-cü il tarixli MN №1612378 saylı inzibati tənbeh tətbiq edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti şəhər idarəsinin məsləhətçi əmək müfəttişi X5 tərtib etdiyi 15 yanvar 2024-cü il tarixli, MN №1933717 saylı inzibati xəta haqqında protokola əsasən onun AR İXM-nin 192.4-cü və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Protokola əsasən:
1. Əmək haqları bu məcəllənin 164-cü maddəsinin tələblərinə uyğun olaraq hesablanıb ödənilməmişdir.
2. X1 xx.xx.2023-cü il tarixli yazılı əmək müqaviləsində nəzərdə tutulmuş istirahət günü razılığı olmadan AR ƏM-nin 107-ci maddəsinin tələbini pozaraq işlərə cəlb edilmişdir.
3. Həmin məcəllənin 108-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq istirahət günündən öncə artıq iş saatında işə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixində ona göndərilmiş SMS-də AR İXM-nin 192.4-cü maddəsinə əsasən 700 manat cərimə olunduğu qeyd olunmuşdur. Beləliklə o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilmişdir. Yəni onun əmək haqqını AR ƏM-nin 164-cü maddəsinin tələblərinə uyğun olaraq hesablayıb ödəmədiyi əsas tutularaq AR İXM-nin 192.4-cü maddəsinə əsasən (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) inzibati tənbeh tətbiq edilmişdir. Aşağıda qeyd etdiyi səbəblərdən qərar ilə razı deyil və hesab edir ki, qərar ləğv edilməlidir.
1. Protokol və qərara əsasən Səfərov İlhamın əmək haqları bu məcəllənin 164-cü maddəsinin tələblərinə uyğun olaraq hesablanıb ödənilməmişdir. Halbuki, işçinin əmək haqqı bank kartına ödənilən məbləğin çıxarışı protokolu tərtib edən müfəttişin e-mail poçtuna təqdim edilmişdir. Səfərov İlhamın əmək haqqı 370 manat olduğu halda 2 gün (bir günü istirahət günü olmaqla 7 saat, bir gün də 1 saat əlavə işə cəlb edilməklə) üçün 94.14 manat əmək haqqı hesablanıb ödənilmişdir. Yəni sentyabr ayında iş günü 26, Səfərov İlhamın ay üzrə faktiki iş günü 2, 2 iş günündə işə sərf olunan iş saatı 14, 2 iş günü üçün 1 əmsalla hesablanan əmək haqqı 26.90 manat, bir gün istirahət günü 7 saat olmaqla və bir gün də iş vaxtından artıq iş 1 saat olmaqla toplamda 8 saat iki əmsalla əlavə olaraq 15.38 manat, işlədiyi 2 günün cəmi 14 saat iş saatının 6 saatı 1 əmsalla, 8 saatı 2 əmsalla hesablanmaqla (26.90+15.38) 42.28 manat olduğu halda 94.14 manat əmək haqqı hesablanıb işçinin kartına yatırılmışdır. Bu da rəhbərliyin qərarı olmuşdur ki, əlavə iş saatına, istirahət vaxtı işə cəlb edilməsinə razılıq vermiş işçinin əlavə saatlarına görə maaşı ikiqat deyil çox daha artıq hesablansın və ödənilsin. Anlaşılan deyil ki, ƏM-nin 164cü maddəsinin tələbləri necə pozulub. Artıq əmək haqqı hesablamaq və ödəmək əmək haqqı tələblərinin pozulması necə ola bilər anlamır. Həmçinin bildirməlidir ki, X13 şikayət ərizəsində ödənilmiş əmək haqqını da mübahisələndirməmişdir.
2. Protokola və qərara əsasən X7 xx.xx.2023-cü il tarixli yazılı əmək müqaviləsində nəzərdə tutulmuş istirahət günü razılığı olmadan AR ƏM-nin 107-ci maddəsinin tələbini pozaraq işlərə cəlb edilmişdir. Bununla əlaqədar bildirir ki, Əmək Məcəlləsinin 14-cü fəsli (ƏM maddə 95-102) iş vaxtı rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydalarını, 15-ci fəsli (ƏM maddə 103-109) istirahət vaxtı qaydalarını müəyyən edib. İş vaxtından artıq iş, bunun son həddi, iş vaxtından artıq işlərə yol verilən hallar ƏM-nin 99- 101-ci maddələrində, istirahət günü işə cəlb edilmə və haqqının ödənişi qaydaları ƏM-nin 107 və 109-cu maddələrində düzənlənib. Yəni iş vaxtından artıq işə cəlb edilmə və istirahət günü işə cəlb edilmə fərqli fəsillərdə düzənlənib. Çünki iş vaxtından artıq işə cəlb edilmə ilə iştirahət günü işə cəlb edilmə fərqli durumlardır. İlkində işçi iş günündə həmin günün iş saatlarını işlədikdən sonra əlavə iş vaxtına cəlb edilir, ikincisində iş günü sayılmayan gündə işçi işə cəlb edilir. Əmək Məcəllənin 99-cu maddəsində qeyd edildiyi kimi iş vaxtından artıq işə işçinin razılığı ilə cəlb edilə bilər və əmək şəraiti ağır olan sahələrdə iş vaxtından artıq iş 2 saatdan artıq ola bilməz. Beləliklə iş vaxtından artıq işə cəlb olunarkən işçinin razılığı tələb olunur. Maddənin tələbi 1. iş vaxtından artıq işə cəlb edilərkən 2. işçinin razılığıdır. Beləliklə qanunverici Əmək Müfəttişliyindən fərqli olaraq hansı hallarda razılıq, hansı hallarda yazılı razılıq alınmalı olduğunu müəyyən edə bilib. Həmçinin qanunverici işçinin razılığının iş vaxtından artıq işlərə cəlb edilərkən alınmasını müəyyən edib. İşçi imtina edə biləcəyi halda rəhbərliyin təklifi ilə şifahi olaraq və ya iş vaxtından artıq işə davam etməklə və buna görə hesablanmış 2 qat əmək haqqını almaqla iş vaxtından artıq işə cəlb olunmağa razılığını bildirmiş olur. Yazılı razılıq tələb olunmur. İstirahət günü işçinin işə cəlb edilməsi zamanı razılığına gəldikdə, qanunvericilikdə (15-ci fəsil) işçinin razılığının alınması nəzərdə tutulmasa da, bildirməlidir ki, işçi imtina edə biləcəyi halda rəhbərliyinin təklifi ilə istirahət günü evindən gələrək işə çıxırsa, buna görə ona 2 qat deyil 4 qat əmək haqqı hesablanırsa, işçi həmin əmək haqqını alıbsa bu onun istirahət günü işə çıxmasına razılığı deməkdir. Qanunun tələbində iş vaxtından artıq işlərə cəlb edilərkən işçinin razılığı tələb olunduğu halda, protokola baxdıqları zaman işçinin istirahət günü razılığı olmadan AR ƏM-nin 107-ci maddəsinin tələbini pozaraq işlərə cəlb edilməsi əmək qanunvericiliyinin pozuntusu kimi qeyd edilib. X14 Xidməti müəyyən etdiyi 1 pozuntuda 2 xətaya düşüb. İstirahət günündə işə cəlb edilməni, iş vaxtından artıq işlərə cəlb edilməylə qarışdırıb, işçinin razılığını yazılı razılıq kimi düşünüb. İşçinin imtina edə biləcəyi halda, bazar günü işə çıxması işçinin razılığı kimi qiymətləndirilməmiş, yazılı razılığı tələb olunmuşdur. Həmçinin bildirməlidir ki, X13 şikayət ərizəsində istirahət vaxtı işə cəlb olunmasını mübahisələndirməyib. Yəni işçi belə bazar günü işə çıxmasının iradəsi ziddinə olduğunu qeyd etməyib.
3. Protokol və qərara əsasən məcəllənin 108-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq işçinin istirahət günündən öncəki iş günü artıq iş saatında işə cəlb edildiyi qeyd edilib. Yəni istirahət günündən əvvəlki gün olan xx.xx.2023-cü il tarixində işçi 6 saatdan çox işə cəlb edilə bilmədiyi halda 7 saat işə cəlb olunub. 1 saat artıq işə cəlb olunub. Bu halda AR İXM-nin 198.1.5-ci maddəsinin yəni normal əmək və istirahət rejiminə riayət edilməməsi kimi tələblərin pozulması olaraq müəyyən edilib. Bununla əlaqədar olaraq bildirir ki, normal əmək və istirahət rejiminə əməl edilməsi əməyin mühafizəsi qaydalarının ümumi prinsiplərindəndir. Əmək Məcəlləsinin 101-ci maddəsi isə iş vaxtından artıq işlərə yol verilməsi hallarını müəyyən edib. Daha da dəqiqləşdirsə işçinin həftəlik 40 saatdan artıq işə cəlb edilməməsi, gündəlik 8 saatdan artıq işə cəlb edilməməsi, 6 günlük iş həftəsində istirahətdən öncəki günün 6 saatdan artıq işə cəlb edilməməsi əmək qanunvericiliyinin ümumi prinsipidir, qaydalarıdır. İstisnası da Əmək Məcəlləsinin 101-ci maddəsi ilə müəyyən edilib. Yəni haqqı qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi şərti ilə və ƏM-nin 101-ci maddəsində müəyyən edilən hallarda iş vaxtından artıq işlərə cəlb olunma yolveriləndir. ƏM-nin 101-ci maddəsində iş vaxtından artıq işlərə cəlb edilməsi qadağan edilmiş həftənin hər hansı bir gününə dair göndəriş yoxdur. Yəni ƏM-nin 101-ci maddəsində 6 günlük iş həftəsində istirahət günündən öncəki gün iş vaxtından artıq işlərə cəlb edilməsinin qadağan edilməsi müəyyən edilmir. Qanunda nəzərdə tutulmuş müstəsna hal istənilən vaxt baş verə bilər. Əmək Müfəttişliyinin düşdüyü xəta ondan ibarətdir ki, qanunun ümümi göstərişlərinə baxır, amma istisnai qaydanı əsassız olaraq gözardı edir. Misal: Əmək Məcəlləsinin 89-cu maddəsinə görə gündəlik iş saatı 8 saatdan, həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən idilə bilməz. Məcəllənin 90-cı maddəsinə əsasən altıgünlük iş həftəsində həftəlik norma 40 saatdan, gündəlik 7 saatdan artıq ola bilməz. Qanunun ümumi prinsipi və qəti göstərişi. Amma ƏMnin 101-ci maddəsi istisnai durumu müəyyən edib. Eyni qaydada Məcəllənin 108.2-ci maddəsinə əsasən 6 günlük iş həftəsində istirahətdən öncəki son günün iş saatı 6 saatdan artıq ola bilməz. Qanunun ümumi prinsipi və qəti göstərişi. Amma ƏM-nin 101-ci maddəsi ilə istisnai hallar müəyyən edilib. Və bu istisna hallarda da, heç bir gün, həmçinin altıgünlük iş həftəsinin son iş günü də kənar tutulmayıb. Həmin gün də zərurət ola bilər və işçi haqqı ödənilməklə əlavə iş saatına cəlb edilə bilər. Əmək Müfəttişliyinin ƏM-nin 108.2ci maddəsini anlama məntiqi ilə yola davam etsələr, altıgünlük iş həftəsində istirahət günündən öncəki günün iş saatı 6 saatdan artıq ola bilməzsə, ƏM-nin 89.2-ci maddəsinə görə də gündəlik iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Hər ikisi qəti qaydadır. Həmin məntiqlə həftənin heç bir günü işçi əlavə iş vaxtından artıq işə cəlb edilə bilməz. Eyni məntiqi davam etdirsələr demək ki, işçi heç bir halda əlavə iş vaxtından artıq işə cəlb edilə bilməz. Əmək Müfəttişliyi necə müəyyən etdi ki, bu iki qaydalardan birində haqqı ödənilməklə iş vaxtından əlavə işə cəlb etmək olar, digərində isə olmaz. Son olaraq protokolun digər zəruri məlumatlar hissəsindəki “Nöqsanların müzakirəsində vəzifəli şəxsin nümayəndəsi Nümayəndə1 iştirak etdi, lakin təqdim edilmiş etibarnamə notariusda təsdiq edilmədiyi üçün tərtib edilmiş protokolu əlbəəl təqdim etmək mümkün olmadı” cümləsinə toxunmaq istəyir. Bildirməlidir ki, nöqsanların müzakirəsi olan 15 yanvar 2024-cü il tarixində vəzifəli şəxsin nümayəndəsi kimi deyil, hüquqi şəxsin nümayəndəsi kimi iştirak etmişdir. Bundan başqa nöqsanların müzakirəsi yekunlaşan zaman protokol tərtib edilməmişdir. O, Əmək Müfəttişliyi Xidmətindən ayrılarkən səlahiyyətli şəxsə e-mail vasitəsi ilə əmək haqqı ödənişi hesabından çıxarışı göndərəcəyini demişdir. Həmin şəxs öz e-mail poçtunu ona təqdim etmiş həmin poçta göndərməyini demişdir. 15 yanvar 2024cü il saat 12:56-da ofisindən hesabdan çıxarışı həmin e-mailə göndərmişdir. Yəni o, Əmək Müfəttişliyi Xidmətini tərk edərkən tərtib olunmuş protokol yox idi, protokolun ona əlbəəl təqdim edilməsi tərtib olunmadığı üçün mümkün deyildi. Bu səbəbdən də hesab edir ki, 15 yanvar 2024-cü il tarixli MN №1933717 sayılı inzibati xəta haqqında protokolda qeyd olunan və inzibati xəta hesab edilən hər üç hal əksini tapmır, Əmək Müfəttişliyi işə bəzi halda qərəzli (əmək haqları bu məcəllənin 164-cü maddəsinin tələblərinə uyğun olaraq hesablanıb ödənilməmişdir hissədə), bəzi halda əsassız və qanunsuz (əmək müqaviləsində nəzərdə tutulmuş istirahət günü razılığı olmadan AR ƏM-nin 107-ci maddəsinin tələbini pozulması və məcəllənin 108-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq işçi istirahət günündən öncəki iş günü artıq iş saatında işə cəlb edilməsi hissəsində) yanaşmışdır. Beləliklə o, barəsində (15 yanvar 2024-cü il tarixli MN №1933717 saylı inzibati xəta haqqında protokol əsasında) AR İXM-nin 192.4-cü maddəsinə əsasən 700 manat cərimə olunmasına dair 25 yanvar 2024-cü il tarixli MN №1612378 saylı inzibati tənbeh tətbiq edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 şikayəti əsassız hesab edərək bildirdi ki, X1nun xx.xx.2023-cü il tarixində yazılı əmək müqaviləsində nəzərdə tutulmuş istirahət günü razılığı Azərbaycan Respublikası ƏM-nin 107-ci maddəsinin tələbləri pozularaq işlərə cəlb edilməsi, həmin Məcəllənin 108-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq istirahət günündən öncə artıq iş saatında işə cəlb edilməsi və əmək haqlarının bu Məcəllənin 164-cü maddəsinin tələblərinə uyğun olaraq hesablanıb ödənilməməsi faktı aşkar edilmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 700 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən X9 tərəfindən verilmiş şikayəti əsassız hesab edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati tənbeh vermə haqqında MN №1612378 saylı, 25 yanvar 2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 vəkili Nümayəndə1 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, işçi 2 gün, yəni 23 və 24 sentyabr 2023-cü il tarixlərində işdə olsa da və 24 sentyabr günü bazar gününə, yəni işçinin istirahət gününə düşsə də, onun hüquqları pozulmadan xx.xx.2023-cü il tarixində 94.14 manat əmək haqqı hesablanıb işçiyə ödənilmişdir. Yəni işçiyə əmək haqqı artıqlaması ilə bir neçə dəfə artıq olmaqla ödənilmiş və bu barədə çıxarış səlahiyyətli orqanın e-mail adresinə tərəflərindən göndərilmişdir. Bundan əlavə, işçi bazar günü rəhbərliyin təklifi ilə işə çıxırsa, buna görə ona 2 qat deyil 4 qat əmək haqqı hesablanırsa və işçi həmin əmək haqqını alıbsa bu onun istirahət günü işləməsinə razılığı deməkdir. İşçinin yazılı razılığı olmadan iş vaxtından artıq işə cəlb olunması və ya istirahət vaxtı işə cəlb olunması əmək qanunvericiliyinin pozulması halı deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatınlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin məsləhətçi əmək müfəttişi X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 tərəfindən X3 xx.xx.2023-cü il tarixində yazılı əmək müqaviləsində nəzərdə tutulmuş istirahət günü razılığı Azərbaycan Respublikası ƏM-nin 107-ci maddəsinin tələbləri pozularaq işlərə cəlb edilməsi, həmin Məcəllənin 108-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq istirahət günündən öncə artıq iş saatında işə cəlb edilməsi və əmək haqlarının bu Məcəllənin 164-cü maddəsinin tələblərinə uyğun olaraq hesablanıb ödənilməməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 15 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, X1nun müraciətinin araşdırılması zamanı qanun pozuntularına yol verildiyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü ve 198.1.5-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 15 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda "xxxx" MMC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə (Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107 Əlaqə: *** *** ** **, daxili 6064) çağırılırmışdır. "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməkləri və iş üzrə onlarda olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlməmələri və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədikləri halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə iştirakları olmadan baxılacaqdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 tərəfindən X3 xx.xx.2023-cü il tarixində yazılı əmək müqaviləsində nəzərdə tutulmuş istirahət günü razılığı Azərbaycan Respublikası ƏM-nin 107-ci maddəsinin tələbləri pozularaq işlərə cəlb edilməsi, həmin Məcəllənin 108-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq istirahət günündən öncə artıq iş saatında işə cəlb edilməsi və əmək haqlarının bu Məcəllənin 164-cü maddəsinin tələblərinə uyğun olaraq hesablanıb ödənilməməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 700 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. əmək haqqı köçürməsi haqqında çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən ümumilikdə 94.14 manat məbləğində əmək haqqı sentyabr ayı üçün X3 hesabına ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, X4 vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, işçi 2 gün, yəni 23 və 24 sentyabr 2023-cü il tarixlərində işdə olsa da və 24 sentyabr günü bazar gününə, yəni işçinin istirahət gününə düşsə də, onun hüquqları pozulmadan xx.xx.2023-cü il tarixində 94.14 manat əmək haqqı hesablanıb işçiyə ödənilmişdir. Qeyd olunan iş materiallarına əlavə edilmiş əmək haqqı barədə çıxarışla da öz təsdiqini bir daha tapır. Yəni işçiyə əmək haqqı artıqlaması ilə bir neçə dəfə artıq olmaqla ödənilmiş və bu barədə çıxarış səlahiyyətli orqanın e-mail adresinə tərəflərindən göndərilmişdir. Bundan əlavə, işçi bazar günü rəhbərliyin təklifi ilə işə çıxırsa, buna görə ona 2 qat deyil 4 qat əmək haqqı hesablanırsa və işçi həmin əmək haqqını alıbsa bu onun istirahət günü işləməsinə razılığı deməkdir. İşçinin yazılı razılığı olmadan iş vaxtından artıq işə cəlb olunması və ya istirahət vaxtı işə cəlb olunması əmək qanunvericiliyinin pozulması halı deyil. Məhkəmə hesab edir ki, X4 etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərdiyi hallar şikayət ərizəsinə əlavə olunmuş sənədlərlə, onun məhkəməyə təqdim etdiyi sübutlarla, həmçinin şahid qismində dindirilmiş X3 izahatı ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edilən halları 101-ci maddəsində nəzərdə tutulmuş müstəsna halların olub-olmamasını, MMC-nin 107-ci maddədə nəzərdə tutulmuş fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri ilə məşğul olubolmamasını araşdırılmasını zəruri hesab edir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəfail Sadıxov