Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-365/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5, X1 iştirakları ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X13 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olaraq qəbul edilmişdir. xx.xx.2022-ci ildə Türkiyə ölkəsindəki, BARLAJ LOJİSTİK firmasından Azərbaycan Respublikasında Elshadoglu Trade MMC-yə **-SZ-***/73-AAC88 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə ərzaqlıq kartof idxal etmişlər. Bütün qaydalara əməl edərək yüklərini **********1394 saylı gb bəyan edib rüsumun ödəmişlər. Ödənişdən sonra AQTA-nin əməkdaşlarının göstərişi ilə gömrük yük inspektoru yükü götürə biləcəklərini bildirmişdir. Üstündən 1 ildən çox müdddət keçməsinə baxmayaraq onlara protokol yazılmışdır. Elshadoglu Trade MMC tərəfindən yükün idxal GB-də sertifikat nömrəsi qeyd olunub. Yəni qaydaya əsasən o nömrə qeyd olunmasa yük Gömrük tərəfindən buraxılışa verilə bilməz. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X13 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi X6 şikayəti əsassız hesab edərək izahatında bildirdi ki, təqdim olunan sənədlərə əsasən X13 malların idxal olunması üçün oktyabrda müraciət edib. Sənədlərə baxılandan sonra rəy verilir. Rəy veriləndən sonra həmin mallar sistem üzərindən yoxlanılır. Sahibkar sistem üzərindən mallara “idxal olundu” statusunu təsdiq etməmişdir. Müraciətimizə Gömrük Xidmətinin cavab məktubundan görünür ki, 23910 kq ərzaqlıq kartof idxal olunub. lakin sahibkar sistem üzərindən “idxal olundu” vurmadan və məhsullarını sertifikatlaşdırmadan satmışdır. Gömrük Xidmətinin məktubu 10 oktyabr 2023-cü il tarixə daxil olmuş, xətanın törədilməsi həmin tarixdə aşkar olunmuş və tənbeh tədbiri verilməsi üçün müddət ötürülməmişdir. Odur ki, şikayəti əsassız hesab edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AQTA-nin LARB-nin böyük məsləhətçisi X8 tərəfindən tərtib olunmuş 13 dekabr 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Türkiyə R-dan idxal olunmuş 23910 kq ərzaqlıq kartof məhsullarının sertifikatlaşdırılmadan satılması faktı aşkarlanmışdır. İş materiallarında olan AQTA-nin LARB-nin rəisi X7 tərəfindən tərtib olunmuş 26 dekabr 2023-cü il tarixli inzibatiu tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından İD ********** nömrəli müraciət əsasında idxal edilmiş 23910 kq ərzaqlıq kartof məhsullarının sertifikatlaşdırılmadan satılması faktı aşkarlanmış, nəricədə X13 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, barəsində 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin 04 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin 23910 kq ərzaqlıq kartofu barədə X3 Sistemində hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 13 dekabr 2023-cü il tarixli bildirişindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin LARB-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən X13 barəsində xx.xx.2023-cü il tarixli, MN №1518815 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən, həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün xx.xx.2023-cü il tarixində saat 10:00-da ünvan 1 ünvanında yerləşən Agentliyin X2 inzibati bölməsinə gəlməsi zəruridir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Hüquqi əsaslandırma: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 19.11-ci maddəsinə əsasən dövlət rüsumunu və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya və icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir; Həmin Qanuna 3 saylı Əlavə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 47-ci bəndində qida təhlükəsizliyi sertifikatının alınması nəzərdə tutulmuşdur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın: 2.5-ci bəndinə əsasən sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmalıdır; 2.14-cü bəndinə əsasən sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata keçirilir. İXM-in 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş üzrə bütün halları araşdıraraq inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərarın ləğv edilməsi üçün əsas müəyyən etmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X13 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-365/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-365/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver