Məhkəmə qərarları › İş №3(011)-3759/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3759/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3759/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 08 may 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 40008.00 ABŞ dolları məbləğində olan pul vəsaitini 08 aprel 2025-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 40008.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini ölkəyə qaytarmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 təqdim edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində bank vasitəsilə 40,008 (qırx min səkkiz) ABŞ dolları məbləğində vəsait xarici tərəfdaşla müqavilə əsasında avans ödənişi kimi xaricə köçürülmüşdür. Sözügedən əməliyyat birbaşa olaraq kommersiya xarakterli, mal alqısatqısı üzrə həyata keçirilmiş və bu ödəniş qarşılığında malların alınması təmin olunmuşdur. Belə ki, sonradan xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərini əhatə edən 4 (dörd) invoys əsasında müvafiq olaraq: • xx.xx.2024-cü il tarixli 100765 nömrəli invoys üzrə 11,185.02 ABŞ dolları, • xx.xx.2024-cü il tarixli 100764 nömrəli invoys üzrə 11,146.52 ABŞ dolları, • xx.xx.2024-cü il tarixli 100885 nömrəli invoys üzrə 11,037.40 ABŞ dolları, • xx.xx.2024-cü il tarixli 100884 nömrəli invoys üzrə 11,169.62 ABŞ dolları məbləğində mal “X5 İnşaat Ticaret ve Sanayi A.Ş.” şirkətinə satılmışdır. Tərəfimizdən bu invoys sənədləri aidiyyəti üzrə təqdim edilmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, sözügedən mallar Rusiyanın "Krasniy Oktyabr" şirkətindən alınmış və birbaşa "xxxx" MMC tərəfindən "X5 İnşaat Ticaret ve Sanayi A.Ş." şirkətinə göndərilmişdir. Başqa sözlə, "xxxx" MMC vasitəçi qismində çıxış edərək mal alışı və satışı üzrə funksiyanı icra etmişdir. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, “X5” şirkəti əvvəlcədən Şəxs MMC-nin hesabına vəsait köçürmüş, Şəxs MMC isə həmin vəsaitlər hesabına “Krasniy Oktyabr” şirkətinə ödəniş etmiş və malların çatdırılmasını təmin etmişdir. Bu əməliyyatlar çərçivəsində tərəfimizdən hər bir alqı-satqı prosesi üzrə müvafiq müqavilələr bağlanmış, köçürmələr aparılmış və mal dövriyyəsi tam şəkildə sənədlərlə təsdiqlənmişdir. Müqavilə öhdəlikləri tam icra olunmuş, hər hansı ödəniş gecikməsi və ya valyuta əməliyyatlarının pozulması halı baş verməmişdir. Hazırda tərəflər arasında açıq qalmış borc və ya qarşılıqlı öhdəlik yoxdur. Qeyd olunan hallar sübut edir ki, "xxxx" MMC-nin fəaliyyəti Azərbaycan Respublikasının valyuta tənzimi qaydalarına və "Valyuta tənzimi haqqında" Qanunun müddəalarına tam uyğundur və şirkətin əməliyyatlarında hər hansı inzibati xəta tərkibi mövcud deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində aparılan inzibati icraat üzrə inzibati xəta tərkibinin olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş edirik. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 10 aprel 2025-ci il tarixli köçürmə sifarişindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 40008.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti xx.xx.2023cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür; xx.xx.2024-cü il tarixli 100765 nömrəli invoys üzrə 11,185.02 ABŞ dolları, • xx.xx.2024-cü il tarixli 100764 nömrəli invoys üzrə 11,146.52 ABŞ dolları, • xx.xx.2024-cü il tarixli 100885 nömrəli invoys üzrə 11,037.40 ABŞ dolları, • xx.xx.2024-cü il tarixli 100884 nömrəli invoys üzrə 11,169.62 ABŞ dolları məbləğində mal “X5 İnşaat Ticaret ve Sanayi A.Ş.” şirkətinə satılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, sözügedən mallar Rusiyanın "Krasniy Oktyabr" şirkətindən alınmış və birbaşa "xxxx" MMC tərəfindən "X5 İnşaat Ticaret ve Sanayi A.Ş." şirkətinə göndərilmişdir. Başqa sözlə, "xxxx" MMC vasitəçi qismində çıxış edərək mal alışı və satışı üzrə funksiyanı icra etmişdir. “X5” şirkəti əvvəlcədən Şəxs MMC-nin hesabına vəsait köçürmüş, Şəxs MMC isə həmin vəsaitlər hesabına “Krasniy Oktyabr” şirkətinə ödəniş etmiş və malların çatdırılmasını təmin etmişdir. Bu əməliyyatlar çərçivəsində hər bir alqı-satqı prosesi üzrə müvafiq müqavilələr bağlanmış, köçürmələr aparılmış və mal dövriyyəsi tam şəkildə sənədlərlə təsdiqlənmişdir. Müqavilə öhdəlikləri tam icra olunmuş, hər hansı ödəniş gecikməsi və ya valyuta əməliyyatlarının pozulması halı baş verməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar