Məhkəmə qərarları › İş №3(011)-4116/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4116/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4116/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə 06 oktyabr 2022-ci il tarixli 00100-2103/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən xx.xx.2019-cu il tarixli **********7238 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar xx.xx.2022-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "X1 Sistemi" (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********7238 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq **********7238 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir, lakin adı qeyd olunan Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitdikdən 29 (iyirmi doqquz) gün sonra 04 oktyabr 2022-ci il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda aparılmış yük ixrac gömrük proseduru altında rəsmiləşdirilərək **********3741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bununla da “Azvirt" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 gömrük qaydalarının pozulduğunu etiraf edərək izahatında bildirmişdir ki, 05 sentyabr 2019-cu il tarixdə **********7238 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1 ədəd FREZ WİRTGEN W-2100 markalı, W-2100 modelli, zavod №09210385, ili 2011-ci il, netto çəkisi 36300 kq olan istifadə olunmuş asfalt doğrayan maşın yükünü Bakı Baş Gömrük İdarəsində "Müvəqqəti ixrac” gömrük prosedurunda bəyan edərək Şəxs MMC-nin Ukrayna Respublikası, Kiyev səhərində yerləşən nümayəndəliyinə göndərmişlər. Qeyd edilən yükü müvəqqəti ixrac edərkən 1-ci dəfə malın geri qaytarılmasına öhdəlik götürərək 6 (altı) ay müddətinə xx.xx.2020-ci il tarixədək müvəqqəti ixrac etmişlər. xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müraciət edərək müvəqqəti ixrac müddətini 6 (altı) ay, 05 sentyabr 2020-ci il tarixdən 05 mart 2021-ci il tarixədək, 05 mart 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, 05 sentyabr 2021-ci il tarixdən 05 mart 2022-ci il tarixədək uzatmışlar. 2022-ci ildə Ukrayna Rusiya müharibəsi başladığı üçün şirkət işlərini vaxtında qurtara bilməmişdir. 05 mart 2022-ci il tarixdə gömrük prosedurunun müddətinin uzadılmasına dair Bakı Baş Gömrük İdarəsinə müraciət edərək müvəqqəti ixrac müddətini 05 mart 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixinədək uzatmışlar. 05 mart 2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə Malların geri qaytarılması üzrə öhdəlik verərək, **********7238 sorğu nömrəli gömrük bəyannaməsi ilə Şəxs MMC-nin Ukrayna Respublikasında olan nümayəndəliyinə “Asfalt doğravan maşın” yükünü xx.xx.2022-ci il tarixədək müvəqqəti ixrac etmişlər və xx.xx.2022-ci il tarixdə müvəqqəti ixracın müddəti bitmişdir, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar xx.xx.2022-ci il tarixdə **********3741 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac gömrük proseduru altında yerləşdirilmişdir və qanunamüvafiq qaydada rəsmiləşdirilmə işləri aparılıb gömrük ödənişləri ödənilmişdir. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti aparılmış mallar barəsində öhdəlikdə qeyd olunan müddətin pozulmasının səbəbi Ukraynada olan müharibə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Gömrük xidmətinin X1 sistemindən” əldə olunmuş “müvəqqəti idxala (ixraca) nəzarət” barədə çıxarışdan görünür ki, Şəxs tərəfindən **********7238 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd FREZ WİRTGEN W-2100 markalı, W-2100 modelli, zavod № 09210385, istehsal ili 2011-ci il olan asfalt doğrayan maşının müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2022-ci il kimi müəyyən edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru Turan Hümbətovun xx.xx.2022-ci il tarixli raportundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC 05 sentyabr 2019-cu il tarixdə **********7238 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən 1 ədəd FREZ WİRTGEN W-2100 markalı, W-2100 modelli, zavod №09210385, ili 2011-ci il, netto çəkisi 36300 kq olan istifadə olunmuş asfalt doğrayan maşın yükünün ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2022-ci il tarix müəyyən edilsədə, adı qeyd olunan Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitdikdən 29 (iyirmi doqquz) gün sonra 04 oktyabr 2022-ci il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda aparılmış yük ixrac gömrük proseduru altında rəsmiləşdirilərək **********3741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X4 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 06 oktyabr 2022-ci il tarixli 00100- 2103/22 nömrəli protokoldan görünür ki, Şəxs tərəfindən **********7238 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, həmin malların öhdəlik müddəti bitdikdən 29 (iyirmi doqquz) gün sonra 04 oktyabr 2022-ci il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda aparılmış yük ixrac gömrük proseduru altında rəsmiləşdirilərək **********3741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 499.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti İxrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli “Malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 245 nömrəli qərarının 6.7-ci bəndinə əsasən müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən 05 sentyabr 2019-cu il tarixdə **********7238 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən 1 ədəd FREZ WİRTGEN W-2100 markalı, W-2100 modelli, zavod №09210385, ili 2011-ci il, netto çəkisi 36300 kq olan istifadə olunmuş asfalt doğrayan maşın yükünün ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2022-ci il tarix müəyyən edilsədə, həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmiş və Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitdikdən 29 (iyirmi doqquz) gün sonra 04 oktyabr 2022-ci il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda aparılmış yük ixrac gömrük proseduru altında rəsmiləşdirilərək **********3741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar