Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4203/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 26 avqust 2024-cü il tarixli, 00100-02280/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 30 iyul 2324-cü il tarixdə saat 11:15-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, ŞTQ 1-ci önünə küçəsində yerləşən anbarda Malayziya Krallığından "xxxx" MMC-yə məxsus yükləri daşıyan 90AA975/90AA976 nömrə nişanlı yük avtomobilində olan yüklərə qömrük baxışı keçirilmişdir. Fiziki yoxlama zamanı avtomobilin yarımqoşqusunda Şəxs MMC-nin adına SF2156/2024 nömrəli xx.xx.2024-cü il tarixli invovs sənədinin müşaiyəti ilə göndərilən, Bakı Baş Gömrük İdarəsi Rəsmiİəşmə Mərkəzində **********7911 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşən ağacdan mebellər yükünə gömrük baxışı həyata keçirilərkən gömrük bəyannaməsi və invovsda göstərilən mallardan əlavə gömrük orqanına bəyan edilməyən “Premier+” nişanlı hər birində 4 edəd olmaqla 16 qutu, cəmi 64 ədəd stul (Hamburq chair) və “Premier+” nişanlı 6 qutu cəmi 6 ədəd TV stend (X1) yükləri aşkar edilmişdir. Aparılmış araşdırma zamanı "Premier+” nişanlı hər birində 4 ədəd olmaqla 16 qutu, cəmi 64 ədəd stulların (Hamburg chair) və “Premier+” nişanlı 6 qutu cəmi 6 ədəd TV Stendlərin (X1) xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin müəyyən edilməsi 3-33- 1100/2-04822/2024 nömrəli xx.xx.2024-cu il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza” birliyinə müraciət edərək ekspertizanın aparılması xidmətin dəyəri 100 manat olan 113 saylı müqavilə əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azəreksoertiza” birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 113 nömrəli ekspertiza rəyinə əsasən xx.xx.2024-cü il tarixə 1 ədəd “Premier+” nişanlı (Hamburg chair) stulun orta bazar qiyməti 45 manat olmaqla 64 ədədinin orta bazar qiyməti 2880 manat, 1 ədəd TV Stentin (X1) orta bazar qiyməti 180 manat olmaqla 6 ədədinin orta bazar qiyməti 1080 manat olmaqla ümumilikdə “Premier+" nişanlı 64 ədəd stulların (Hamburq chair) və “Premier+” nişanlı 6 ədəd TV Stendlərin (X1) xx.xx.2024-cü il tarixdə orta bazar qiyməti 3960 manat müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində əvvəlcədən məlumat verilməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin adına SF2156/2024 nömrəli xx.xx.2024-cü il tarixli invovs sənədinin müşaiyəti ilə göndərilən, Bakı Baş Gömrük İdarəsi Rəsmiİəşmə Mərkəzində **********7911 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşən ağacdan mebellər yükünə gömrük baxışı həyata keçirilərkən gömrük bəyannaməsi və invovsda göstərilən mallardan əlavə gömrük orqanına bəyan edilməyən “Premier+” nişanlı hər birində 4 edəd olmaqla 16 qutu, cəmi 64 ədəd stul (Hamburq chair) və “Premier+” nişanlı 6 qutu cəmi 6 ədəd TV stend (X1) yükləri aşkar edilmişdir. İş materiallarında olan ekspertiza rəyindən görünür ki, xx.xx.2024-cü il tarixə 1 ədəd “Premier+” nişanlı (Hamburg chair) stulun orta bazar qiyməti 45 manat olmaqla 64 ədədinin orta bazar qiyməti 2880 manat, 1 ədəd TV Stentin (X1) orta bazar qiyməti 180 manat olmaqla 6 ədədinin orta bazar qiyməti 1080 manat olmaqla ümumilikdə “Premier+" nişanlı 64 ədəd stulların (Hamburq chair) və “Premier+” nişanlı 6 ədəd TV Stendlərin (X1) xx.xx.2024-cü il tarixdə orta bazar qiyməti 3960 manat müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi vardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddələri ilə inzibati xəta törətməsi ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs MMC-nin barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş 3960 manat məbləğinin qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən faizi miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 3960 manat məbləğinin qırx faizi miqdarında, yəni 1584 (min beş yüz səksən dörd) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4203/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4203/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver