Məhkəmə qərarları › İş №3(011)-4439/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4439/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4439/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 Agentliyinin Təhlükəli yüklərin hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmasında X2nə nəzarət müfəttişliyinin baş məsləhətçisi-baş müfəttiş X5, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 Agentliyin Hüquq şöbəsinin baş məsləhətçisi X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 Agentliyi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 06 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixində təhlükəli yük daşıyan gəmilər(yoxlama aktında siyahısı göstərilmiş) təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 Agentliyinin Təhlükəli yüklərin hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmasında X2nə nəzarət müfəttişliyinin baş məsləhətçisi-baş müfəttiş X11 bildirmişdir ki, planlı yoxlama əsasında Şəxs Qapalı Səhmdar Cəmiyyətinin X21 Donanmasına yoxlama keçirilmiş, yoxlama zamanı akt tərtib edilmiş, həmin aktda pozuntular qeyd edilmişdir. Həmçinin yoxlama keçirilməmişdən qabaq hüquqi şəxsə yoxlamanın zamanı, yoxlamada iştirak edəcək şəxslər barəsində məlumat verilmişdir. Yoxlama keçirilərkən orada X12 iştirak etmişdir. Adı çəkilən şəxsin hüquqi şəxsdə hansı vəzifədə iştirak etməsi hazırki protokolun mahiyyətinə təsir etmir. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş sənəd isə reyestr yox şəhadətnamədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktaybr 2001-ci il tarixli, 167 saylı Qərarı, həmçinin “Texniki təhlükəsizlik haqqında”qanuna əsasən təhlükə potensiallı obyektlər müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyinin 05 sentyabr 2023-cü il tarixli məktubundan görünürki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin balansında olan gəmilərlə liman ərazilərindən təhlükəli yüklər daşınır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 Agentliyin Hüquq şöbəsinin baş məsləhətçisi X13 bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən tərtib edilmiş protokol əsasında hüquqi şəxsin barəsində inzibati tənbeh növündə cərimə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş protokol prosessual normalar pozulmaqla tərtib edilmişdir. Belə ki, protokolda adı qeyd edilən X12 şirkəti təmsil etmək səlahiyyati yoxdur. Həmçinin bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin balansında olan gəmilərlə əlaqədar beynəlxalq şəhadətnamə alınmışdır. Beynəlxlaq konvensiya ilə təhlükəli yüklərin daşınması ilə bağlı şahadətnamə müəyyən edilmişdir. Beynəlxalq kovensiya ilə Nazirlər Kabinetinin qərarı arasında ziddiyət mövcud olduğundan Konvensiyanın müddəaları əsas götürülməli və tərtib edilmiş protokol üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 Agentliyi tərəfindən tərtib edilmiş 06 oktyabr 2023-cü il tarixli, MN1732964 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixində təhlükəli yük daşıyan gəmilər(yoxlama aktında siyahısı göstərilmiş) təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 06 oktyabr 2023-cü il tarixli, 030118 saylı yoxlama aktından görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti X21 Donanmasında yoxlama zamanı aşağıdakı pozuntular aşkar edilmişdir: 1.X21 Donanmasının istismar etdiyi təhlükəli yük daşıyan gəmiləri(Sumqayıt, Zirə, Şüvəlan, Mərdəkan, Türkan, Andoqa, Nefteqaz-64, G.Əsgərova, Lütoqa, Atlet-8, İ.Kərimov, R.Hacıyev, Atlet-5, Tamam, Usuxçay, Turan, PS-158, Qaradağ-1, Qaradağ- 4, İrgiz) təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir.(“Texniki təhükəsizlik haqqında” Qanun maddə2, Azərbaycan Respublikası Nazirlər Kabineti 167№ qərar)

2. Hidrotexniki qurğuların(gəmilərin yanalma körpülərinin) texniki cəhətdən saz və təhlükəsiz olmasının təmin edilməsi ilə əlaqədar diaqnostik işləri aparılmamışdır.(Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanun maddə 8.)

3. Hidrotexniki qurğuların(gəmilərin yanalma körpülərinin) istismar heyətinin ixtisas dərəcələrinin təkmilləşdirilməsi aparılmayıb.(Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanun maddə 8.1.2)

4. Liman ərazisində pirotexniki vasitələrin saxlanılması məntəqəsində(istismar müddəti bitməyən pirotexnikaların saxlanılma anbarının) markalanması təmin edilməmişdir.(Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması qaydaları bölmə 3,4) 5.Kranın təhlükəsiz istismarına və texniki sazlığına cavabdeh şəxslərin bilikləri yoxlanılaraq attestasiyadan keçirilməmişdir.(Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismar qaydaları bənd:295, 298, 303) 6.Birkası(damğası) olmayan yüktutma vasitələrindən və tarılardan istifadə etmək qadağandır(Kran qaydaları bənd 333) Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 19 sentyabr 2023-cü il tarixli, KY231972309 saylı çıxarışdan görünür ki, xx.xx.2023xx.xx.2023-cü il tarixdən plan üzrə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 Agentliyi haqqında əsasnamənin təsdiq edilməsi barədə” Fərman, Azərbaycan Respublikasının Prezidenti, xx.xx.2007 maddə 8.12 əsasında Təhlükəli yükləri daşıyan dəniz nəqliyyatı və dəniz limanının yükləmə-boşaltma məntəqəsi: AZ1000 ünvan 1 ünvanında yoxlama keçirilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyinin 05 sentyabr 2023-cü il tarixli məktubundan görünürki, "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialının və "Azərbaycan Xəzər Dəniz X10 Cəmiyyətinin X21 Donanmasının balansında olan gəmilərlə təhlükəli yüklərin liman ərazilərindən daşınıb-daşınmaması barədə məlumatların təqdim edilməsi ilə bağlı 31 avqust 2023-cü il tarixli 3-18-3/2-9447/23 nömrəli məktuba Dövlət Dəniz və Liman Agentliyində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, məktubda adıçəkilən qurumların balansında olan gəmilərlə liman ərazilərindən təhlükəli yüklər daşınır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş X3 qeydiyyatından görünür ki, “Şüvəlan”, “Sumqayıt”, “Lütoqa”,”Andoqa” gəmiləri X4 üzrə Beynəlxalq Konvensiyanın 1974-cü il tarixli düzəlişlərlə müəyyən olunur ki, yuxarıda adları qeyd olunan gəmilərin konstruksiyası və avadanlığının müddəalarına uyğun olduğu aşkar edilmişdir. Xüsusi maddələr, materiallar və ya əşyalar üçün X7 Mallar Məcəlləsinin (İMDC Məcəlləsi) və X20 üçün Təhlükəsiz Təcrübə Məcəlləsinin (BC Kodu) hər hansı müddəalarına uyğunluq şərti ilə sənəd. Gəminin X7 Yüklər (İMDG) Məcəlləsində və X20 üçün Təhlükəsiz Təcrübə Məcəlləsində (BC Code) hər hansı müddəalara uyğun olaraq, bu əlavədə göstərildiyi kimi təhlükəli yüklərin bu siniflərinin daşınması üçün yararlı olduğunu ayrı-ayrı maddələr materialları və ya məmulatları da birləşdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 276-1-ci maddəsinə görə təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Texniki təhlükəsizlik haqqında”qanunun 2-ci maddəsinin 2-ci bəndinə əsasən təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 2-ci maddəsinin 3-cü bəndinə əsasən təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir. “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli, 94 № Qərarından görünür ki, təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə* aşağıdakılar aiddir:7.5-ci bəndinə əsasən dəniz donanması vasitəsilə təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulan gəmi növləri; “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktaybr 2001-ci il tarixli, 167 saylı Qərarın:

3. Obyektlərin təhlükə potensiallı obyektlər kateqoriyasına aid edilməsi “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq həyata keçirilir.

4. Obyektlərin, dövlət reyestrində qeydiyyatdan keçirilməsini və dövlət reyestrinin aparılmasını Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

8. Obyektin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə həmin obyekti istismar edən şəxsə dövlət reyestrindən çıxarış verilir Belə ki, məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi gəmilərin texniki şəhadətnaməsinin olmasını bildirmiş olsa da, texniki şəhadətnamə dövlət reyestri hesab olunmamalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhlükəli obyektlərin dövlət reyestrindən keçirilməsinin müəyyən edən “Texniki təhlükəsizlik haqqında”qanunun və “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktaybr 2001-ci il tarixli, 167 saylı Qərarı ilə X7 Mallar Məcəlləsinin (İMDC Məcəlləsi) və X20 üçün Təhlükəsiz Təcrübə Məcəlləsi arasında heç bir ziddiyət müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti ona məxsus gəmilərlə təhlükəli yüklər daşıyır və həmin gəmilər dövlət reyestrindən qeydiyyatdan keçirməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti ona məxsus gəmilərlə təhlükəli yüklər daşıyır və həmin gəmilər dövlət reyestrindən qeydiyyatdan keçirilməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, hüquqi şəxs ”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar