Məhkəmə qərarları › İş №3(011)-4787/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4787/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4787/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 iştirakları ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə 14 noyabr 2022-ci il tarixli, MN1099466 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimiŞəxsnə məxsus Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi 21 ünvanında yerləşən klinikada 14 noyabr 2022-ci il tarixdə, saat 10:50-də planlı yoxlama keçirərkən həmin MMC-nin sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni X2-tibb bacısı-cərahiyyə, X5 tibb bacısı kimi fəaliyyət göstərməsi, həmçinin müəssisəsədə lisenziyadan kənar iş və fəaliyyət-mikrobioloji və onkoloji əməliyyatlar aşkar edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X10 protokolu müdafiə edərək bildirmişdir ki, planlı yoxlama zamanı X5 və X1 iş yeri saxlanılmaqla praktik tibb və əczaçılıq fəaliyyətindən kənarlaşdırılması barədə əmr təqdim edilməmiş, əmr verilmiş olsaydı belə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə yerləşdirilməli, verilmiş əmrə registr kodu verilməli idi. Həqiqətən əmr verilmiş olsa idi Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM 215.4-cü maddəsi ilə protokol tərtib olunmayacaqdı. Məhkəmədə təqdim edilən üzərində “əmrlər kitabı” yazısı olan kitabda qeyd edilən əmrlər əl yazısı ilə yazılmış və protokol tərtib olunduqdan sonra həmin kitaba əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi bildirmişdir ki, "xxxx"MMC-nin baş direktoru E.Cəfərovun xx.xx.2022-ci il tarixli 030 saylı əmri ilə X2 və X5 iş yeri saxlanılmaqla praktik tibb və əczaçılıq fəaliyyətindən kənarlaşdırılmışlar. Yoxlama zamanı yuxarıda adı çəkilən tibb bacılarının klinikada işdə olmalarını təsdiq edən heç bir fakt aşkar olunmamışdır. Yoxlayıcılar klinikada ştatda olan tibbi personalın sertifikatlarını yoxlanılarkən F.C.Abdullayevanın və N.C.Heybətovanın sertifikatlarının xx.xx.2022-ci ildə başa çatmasını əsas götürərək belə bir qənaətə gəlmişlər ki, bu şəxslər klinikada praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olurlar."xxxx" MMC tərəfindən lisenziyadan kənar iş və fəaliyyət həyata keçirilməmişdir. Beləki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 28 mart 2016-cı il tarixdə, İSN/L-781/2016 saylı lisenziya verilmişdir. Klinikaya verilmiş lisenziyanın əlavəsində 2.34-cü bənddə "Labaratoriya" fəaliyyəti və 2.16-cı bənddə isə "Neyrocərrahi əməliyyatların aparılmasına nəzərdə tutulmuşdur. Yoxlayıcılar tərəfindən klinikaya məxsus laboratoriyada "A.F.Genital Sistem" testlərinin aşkar olunması, bu analizlərin klinikaya məxsus laborator analizlərinin aparılmasına əsas vermir. Həqiqətən də "A.F.Genital Sistem" testləri klinikaya məxsus labaratoriyada aşkar olunmuşdur, bu fakt yoxlayıcılar tərəfindən aktılaşdırılmışdır və biz də həmin akta imza atmışıq. Amma biz bu analizləri "Fetal Mərkəz NS Genetics" laboratoriyası ilə korporativ müqavilə əsasında işlədirik. Yoxlama zamanı bizə məxsus klinikada heç bir sənədlə bu analizin aparılması subut kimi təqdim oluna bilməz. Çünki bizə məxsus klinikada mikrobioloji analizlər heç vaxt aparılmamışdır. Klinikada neyrocərrahi və ümumi cərrahiyyə əməliyyatları tərəfimizdən həyata keçirilir. Əlavə olaraq qeyd etmişdir ki, yuxarıda adı çəkilən əmr daxili əmr olduğundan Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə göndərilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərdib edilmiş 14 noyabr 2022-ci il tarixli, MN1099466 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi 21 ünvanında yerləşən klinikada 14 noyabr 2022-ci il tarixdə, saat 10:50-də planlı yoxlama keçirərkən həmin MMC-nin sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni X2-tibb bacısı-cərahiyyə, X5 tibb bacısı kimi fəaliyyət göstərməsi, həmçinin müəssisəsədə lisenziyadan kənar iş və fəaliyyət-mikrobiloji və onkoloji əməliyyatlar aşkar edilmiş, , nəticədə Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 14 noyabr 2022-ci il tarixli, 587 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, X13, X11, X14, X15, X19, X8, sahibkar X9, baş həkim X3, direktor X7 iştirakı ilə Şəxs MMC-yə yoxlama keçirilmişdir. Yoxlama zamanı sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni X2-tibb bacısı-cərahiyyə, X5 tibb bacısı kimi fəaliyyət göstərməsi, həmçinin müəssisəsədə lisenziyadan kənar iş və fəaliyyət-mikrobioloji və onkoloji əməliyyatlar aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 14 noyabr 2022-ci il tarixli, 587 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, hüquqi şəxs Şəxs sahibkarı etiraf edərək özəl tibbi klinikalarda neyrocərrahi iş olmasına baxmayaraq onkoloji əməliyyatların icra olunmasının qeyri-qanuni olmasından məlumatsız olub. İşçilərin sertifikasiyadan keçməsi ilə bağlı artıq müraciət olunub. 02 oktyabr 2017-ci il tarixli sertifikasiya şəhadətnaməsinə əsasən X2 mama ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilib, sertifikat xx.xx.2022-ci il tarixədək qüvvədədir. 02 oktyabr 2017-ci il tarixli sertifikasiya şəhadətnaməsinə əsasən X5 mama ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilib, sertifikat xx.xx.2022-ci il tarixədək qüvvədədir. Məhkəməyə sübut kimi təqdim edilmiş əmrlər kitabından görünür ki, xx.xx.2022-ci il tarixli, 30/22 nömrəli əmrə əsasən X2 və X5 iş yeri saxlanılmaqla praktik tibb və əczaçılıq fəaliyyətindən kənarlaşdırılmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 215.1 və 215.4-cü maddələrinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, planlı (növbəti) yoxlama aktı və protokola əlavə edilmiş digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar