Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4842/2023 15.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə 27 oktyabr 2023-cü il tarixli, EP0121917 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC tərəfindən İtaliyanın "Almax İmaging srt şirkətinə təmir olunması məqsədilə göndərilən ümumi gömrük dəyəri 743 48 AZN olan 90-cı qrupun maşınlarının, cihazlarının, alətlərinin və ya aparaturasının hissələri və ləvazimatları/rentgenografik aparaturanın monobloku adlı yükü 23.06 2023-cü il tarixdə **********9956 nömrəli gömrük beyannamesi ile 3 (ay) icazə müddəti ilə yeni 14 09 2023-cü il tarixinə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xaricdə emal gömrük proseduru altında yerləşdirmişdir. Lakin xaricdə emal müddətinin bitməsinə baxmayaraq, yük geriyə qaytarılmamış və başqa gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.27-ci maddəsinə əsasən xaricdə emal - gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından ve vergilərdən tamamile, yaxud qismən azad olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük prosedurudur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cu il tarixli 34 nömrəli "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları nın təsdiq edilməsi haqqında Qərarının 7.3-cü bəndinə əsasən xaricdə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. Həmin Qərarın 7.6-ci bəndində göstərilmişdir ki, icazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı xaricdə emal xüsusi gömrük prosedurunun başa çatma müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir. Eyni zamanda həmin Qərarın 7.7-ci bəndində qeyd edilmişdir ki, icazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmis müraciətlərə baxılmır. Müddətin keçməsinə baxmayaraq şirkət tərəfindən **********9956 saylı GB ilə təmir olunmaq üçün xaricdə emal olunan yükü xx.xx.2023-cu il tarixədək Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və yaxud başqa gömrük proseduru altında yerləşdirilməmişdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 inzibati protokol ilə razı olduğunu bilirərək, aşağı həddə cərimə olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş "xxxx" MMC tərəfindən İtaliyanın "Almax İmaging srt şirkətinə təmir olunması məqsədilə göndərilən ümumi gömrük dəyəri 743.48(yeddi yüz qırx üç manat qırx səkkiz qəpik) AZN olan 90-cı qrupun maşınlarının, cihazlarının, alətlərinin və ya aparaturasının hissələri və ləvazimatları/rentgenografik aparaturanın monobloku adlı yükü 23.06 2023-cü il tarixdə **********9956 nömrəli gömrük bəyannamesi ilə 3 (ay) icazə müddəti ilə yeni 14 09 2023-cü il tarixinə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xaricdə emal gömrük proseduru altında yerləşdirmişdir. Lakin xaricdə emal müddətinin bitməsinə baxmayaraq, yük geriyə qaytarılmamış və başqa gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.27-ci maddəsinə əsasən xaricdə emal - gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından ve vergilərdən tamamile, yaxud qismən azad olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük prosedurudur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cu il tarixli 34 nömrəli "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları nın təsdiq edilməsi haqqında Qərarının 7.3-cü bəndinə əsasən xaricdə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. Həmin Qərarın 7.6-ci bəndində göstərilmişdir ki, icazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı xaricdə emal xüsusi gömrük prosedurunun başa çatma müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir. Eyni zamanda həmin Qərarın 7.7-ci bəndində qeyd edilmişdir ki, icazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmis müraciətlərə baxılmır. Müddətin keçməsinə baxmayaraq şirkət tərəfindən **********9956 saylı GB ilə təmir olunmaq üçün xaricdə emal olunan yükü xx.xx.2023-cu il tarixədək Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və yaxud başqa gömrük proseduru altında yerləşdirilməmişdır. Bununla da, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “AZMEDTECH" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunmuş **********9956 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 743.48 AZN, netto çəki 18.70 kq) mallar xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Malların xaricdə emal müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli, 34 nömrəli Qərarının 7.7-ci bəndinə uyğun olaraq xaricdə emal müddətinin uzadılması üçün müraciət edilməmiş və ya 7.8-ci bəndinə uyğun olaraq həmin mallar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada başa çatmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, AZMEDTECH" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunmuş **********9956 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 743.48 AZN, netto çəki 18.70 kq) mallar xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş, malların xaricdə emal müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli, 34 nömrəli Qərarının 7.7-ci bəndinə uyğun olaraq xaricdə emal müddətinin uzadılması üçün müraciət edilməmiş və ya 7.8-ci bəndinə uyğun olaraq həmin mallar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada başa çatmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin- 743(yeddi yüz qırx üç) manat 48(qırx səkkiz) qəpik- otuz faizi dəyərində, yəni 223(iki yüz iyirmi üç) manat 04(dörd) qəpik məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4842/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4842/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver