Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5097/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Şikayətçi şəxs X3 etibarnamə üzrə nümayəndəsi, Şimal Regional Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi X8 iştirakları ilə, X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, MN1800207 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin "Yoxlamanın aparılması haqqında" YPK/0498-24 saylı və xx.xx.2024-cü il tarixli qərarı əsasında insanların hayat və sağlamlığına birbaşa mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi şəxs tərəfindən yoxlayıcı orqan konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması əsası ilə plandankənar yoxlanılma aparılmış və aparılmış yoxlamanın nəticələrinə əsasən "xxxx" MMC-nin idxalçısı olduğu istehsal tarixi xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan SD00522 partiya nömrəli amtəə nişanı "Sessoday" va istehsal tarixi xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan KM00522 partiya nömrəli əmtəə nişanı "Kenzo Man" olan bioloji qida əlavələrinin tərkibində texniki normativ hüquqi tələblərinə uyğun olmayan maddə aşkar edilməsi və etiket məlumatları tərkibi ilə uyğunluq təşkil etmədiyi aşkar edilmədiyi qənaətinə gəlinmişdir. Hesab edirik ki, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsi tərəfindən tərtib edilmiş MN №1800207 saylı, xx.xx.2024-cü il tarixli Qərarı inizbati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğundan ləğv edilməli, tətbiq edilmiş cərimə məbləği silinməklə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə vəzifəli şəxslər 1.500 (min beş yüz) manatdan 2.000 (iki min) manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin qeyd hissəsində isə bu Məcəllənin 447.0.1-ci maddəsində "az miqdarda" dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləği nəzərdə tutulmuşdur. Məlumat üçün bildirirəm ki, "xxxx" MMC-nin idxalçısı olduğu istehsal tarixi xx.xx.2023- cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan SD00522 partiya nömrəli əmtəə nişanı "Sessoday" bioloji qida əlavələri Türkiyə Respublikasının "X18 Kozmetik Bitkisel və X16 Tuzrizm Ltd.lhr. San və Tic.Ltd Şti" şirkətinin və istehsal tarixi xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan KM00522 partiya nömrəli əmtəə nişanı "Kenzo Man" bioloji qida əlavələri isə "XM Worldwide marketing X11 San. Dış Tic.Ltd Şti" şirkətinin məhsulu olmuş və qeyd edilən mahsulların Azərbaycan Respyblikası Səhiyyə Nazirliyinin "X7" PHŞ tərəfindən məhsulların dərman vasitəsi olub-olmadığını müəyyənləşdirmək üçün ekspertizası həyata keçirilmişdir. Aparılmış ekspertiza zamanı tərtib edilmiş rəylərə əsasən hər iki məhsulun dərman vasitəsi olmadığı və asan ise tarkiblərində texniki normativ hüquqi tələblərinə uyğun olmayan maddə aşkar edilmədiyi, mahsulların reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingrediyentlərin gündəlik dozaları, onların dərman vasitələrı kımı qəbul edilməsi zamam muzyyən edilən birdəfəlik terapevtik dozalardan yuksək deyil va mahsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi olmadığı qeyd edilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən hər iki məhsuldan sifariş edilərək, istehsal tarixi xx.xx.2023-en it olan, son istifadə tarixi xx.xx.2026-cı il olan SD00522 partiya nömrəli əmtəə nişanı, "Sessoday" bioloji qida əlavələrindən 5808 ədəd olmaqla, ümumi dəyəri 5623,40 AZN məbləğində, istehsal tarixi xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan KM00522 partiya nömrəli əmtəə nişanı "Kenzo Man" bioloji qida əlavələrindən isə 3000 kq olmaqla, 5348,07 AZN məbləğində məhsullar "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Azərbaycan Respyblikası Səhiyyə Nazirliyinin "X7" PHŞ tərəfindən məhsulların dərman vasitəsi olmadığıma dair xx.xx.2023-cü il tarixli, 8/732/2023 saylı və xx.xx.2023-cü il tarixli, 8/2163/2023 saylı ekspertiza rəylərinə əsasən hər iki məhsula Azərbaycan Respublikasının Gömrük Ərazisinə idxal Olunmuş Qida və yem Mahsulu, X12 ilə X14 və Mamulatlara verilmiş İdxal Sağlamlıq aktı verilmişdir. Lakin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutu tarafindan Ne 5M6MHZA/LAB05-24002-T-002 saylı və xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş protokola əsasən xx.xx.2024-cü il tarixdə keçirilmiş labarotoriya nümunələrinə asasən xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan SD00522 partiya nömrəli əmtəə nişanı "Sessoday" bioloji qida əlavələrində "Tadalafil" aşkar olundğu, Ne AZ- 20012658/LAB05- 24056-T-056 saylı və xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş protokola əsasən da xx.xx.2024-cu il tarixdə keçirilmiş labarotoriya nümunələrinə əsasən istehanal tarixi xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan KM00525 partiya nömrəli əmtəə nişanı "Kenzo Man" bioloji qida əlavələrində "Tadalafil" aşkar olundğu qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin əməkdaşları tərəfindən MN № ******* sayı, xx.xx.2024-cü il tarixli Qərar qəbul edilərkən, təkidlə və israrla qeyd edilən məhsulların Azərbaycan Respublikasının gömrük məntəqəsindən iki dəfə qəbul edildiyi, qəbul edilən birinci partiya məhsullarında dərman vasitəsinin aşkarlanmadığı, lakin sonradan qəbul edilən məhsullarda aşkarlandığı vurğulanaraq qərar qəbul edilmişdir. Qeyd edilən məhsulların gömrük bəyannamələrindən isə görünür ki, qeyd edilən məhsullar gömrükdən bir partiyada qəbul edilmiş, sadəcə olaraq məhsulların tərkibinidə dərman vasitəsi olub-olmadığını müəyyənləşdirmək üçün Azərbaycan Respyblikası Səhiyyə Nazirliyinin "X7" PHŞ- nin ekspertizsına təqdim edilən SD00522 partiya nömrəli "Sessoday" əmtəə nişanlı bioloji qida məhsulun istehsal tarixi xx.xx.2023-cü il, KM00522 partiya nömrəli "Kenzo Man" əmtəə nişanlı bioloji qida məhsulunun istehsal tarixi isə xx.xx.2023-cü il tarixli olmuşdur. Tarixlər arasında yaranmış uyuşmazlığa səbəb isə "xxxx" MMC tərəfindən sifariş edilən məhsullarına ekspetizaya təqdim edilən nümunələrinin istehasal tarixi ilə sifariş edildikdən sonra qəbul edilən mahsulların istahesal tarixi fərqli olmuşdur. Belə olan halda "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nzərdə tutulan inzibati xətam törətdiyinə dair Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin israrını qanunvericiliyin tələblərinə zidd hesab edirik. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi Azərbaycan Respyblikası Səhiyyə Nazirliyinin "X7" PHŞ tərəfindən məhsulların dərman vasitəsi olmadığına dair xx.xx.2023-cü il tarixli, B/732/2023 saylı və xx.xx.2023-cü il tarixli, 8/2163/2023 saylı ekspertiza rəylərinə əsasən hər iki məhsulda dərman vasitəsi olmadığı, tərkiblarinda texniki normativ hüquqi tələblərinə uyğun olmayan maddə aşkar edilmədiyi, nahsullarım reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olduğu, tərkibində olan təsiredici ingrediyentlərin gündəlik dozaları, onların dərman vasitələrı kımı qəbul edilməsi zamanı muəyyən edilən birdəfəlik terapevtik dozalardan yuksək olmadığı və məhsulların öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi olmadığı qeyd edildiyi halda Azərbaycan Respublikası Qida X2 Regional Bölməsi tərəfindən israrla inizbati məsuliyyət cəlb edilmə barədə qərarını qərəzli hesab edirik. Bundan əlavə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutu tərəfindən № 5M6MHZA/LAB05- 24002-1-002 saylı və xx.xx.2024-cü il tarixdə və Ni AZ- 20012658/LAB05-24056-T-056 saylı və xx.xx.2024- cü il tarixdə təsdiq edilmiş protokollarda xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan SD00522 partiya nömrəli əmtəə nişam "Sessoday" və istehasal tarixi xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan KM00525 partiya nömrəli əmtəə nişanı "Kenzo Man" bioloji qida əlavələrində "Tadalafil" aşkar olundğu qeyd edilmişdir. Lakin qeyd edilən məhsulların ekspertiza və gömrükdən qəbul tarixlərinə nəzər saldıqda görünür ki, inziabti qərar qəbul edilməsi üçün İXM-də nəzərd tutlmuş cəlb etmə müddəti ötmüşdür. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində göstərilir ki, inzibati tanbeh inzibati xətanım törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, straf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyya, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin va vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanım törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər (İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi). Lakin, Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinin dispozisiyasından da görünür ki, həmin maddə ilə qorunan ictimai münasibətlər Ticarət qaydaları əleyhinə olan inzibati xətalardır ki, inzibati tanbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilərdi. Belə ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Gömrük Bəyannamələrindən görünür ki, "xxxx" MMC tərəfindən istehsal tarixi xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan SD00522 partiya nömrəli əmtəə nişanı "Sessoday" bioloji qida əlavələrindən 5808 ədəd olmaqla, ümumi dayari 5623,40 AZN məbləğində xx.xx.2023-cü il tarixində, istehsal tarixi xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan KM00522 partiya nömrəli əmtəə nişanı "Kenzo Man" bioloji qida əlavələrindən isə 3000 kq olmaqla, 5348,07 AZN məbləğində məhsullar isə xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin MN № ******* saylı, xx.xx.2024-cü il tarixli Qərarında, "xxxx" MMC tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılma dedikdə bu əməlin hüquqi şəxsin hansı hərəkəti ilə ifadə edildiyi tam təsdiqini tapmamış, dəymiş ziyanın məbləği tam olaraq müəyyənləşdirilməmiş, bundan əlavə Azərbaycan Respyblikası Sahiyyə Nazirliyinin "X7" PHŞ tərəfindən hazırlanmış eskeprtiza rəyləri hüquqi qüvvəsini itirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin MN № ******* saylı, xx.xx.2024-cü il tarixli Qərarının ləğv edilməsinə, "xxxx" MMC-nin direktoru X6 barəsində tətbiq edilmiş 2000 (iki min) manat məbləğində cərimə tənbehinin silinməsinə və "xxxx" MMC barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur Məhkəmə iclasında şikayətçi şəxs X3 etibarnamə üzrə nümayəndəsi, Şimal Regional Vəkil Bürosunun vəkili Nümayəndə izahat verərək şikayətin təmin edilməsini və X6 barəsində əssasız olaraq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, MN1800207 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi X9 bildirmişdir ki, qida haqqında qanuna əsasən keçirilmiş monitorinq əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən idxal olunan dərmanların tərkibinda tadalafil vardır.Qida Təhlükəsizliyinin laboratoriyaları akkreditasiya olunmuşdur. Həmçinin bildirmişdir ki, verilmiş lisenizya ləğv edilmişdir. Bu səbəbdən hesab edir ki, şikayət əsassız olduğundan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, MN1800207 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, MN1800207 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X1 Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik” Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, B/732/2023 saylı ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun(məhsulun adlı Sessoday) nümunəsının ekspertizası nəticəsinə əsasən "Sessoday kapsul №10 adlı məhsul reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingrediyentlərin gündəlık dozaları, onların dərman vasitələrı kırmı qəbul edilməsi zamanı muəyyən edilən birdəfəlik terapevtik dozalardan yuksək deyil və məhsul oz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik” Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, B/2163/2023 saylı ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən "Kenzo Man, kapsul N№10" adlı məhsul kışılərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub. onun tərkibində olan təsiredici ingrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı muəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Gömrük Ərazisinə İdxal Olunmuş Qida və Yem Məhsulu, X13 ilə X14 və məmulatlara verilmiş idxal sağlamlıq aktından görünür ki, bu idxal sağlamlıq aktı təsdiq edir ki, aparılan nəzarət tədbirlərinə əsasən aktda qeyd edilən məhsullar(Kenzo Man kapsul) qida təhlükəsizliyi sahəsində tələblərə uyğundur. Azərbaycan Qida Təhlükəsizliyi X4 Laboratoriyasının xx.xx.2024-cü il tarixli sınaq protokolundan görünür ki, sessoday kapsulun tərkibində tadalafil aşkar olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli Qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-yə məxsus “Sessoday” əmtəə nişanlı 10 kapsulluq(xx.xx.2023-xx.xx.2026), SD00522 partiya nömrəli bioloji aktiv qida məhsullarına təqdim edilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır 447.0.1 mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, vəzifəli şəxs X6 tərəfindən malın keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına gətirilmiş Kenzo man və sessoday kapsulları Türkiyə Respublikasında istehsal olunur və 2023-cü il tarixində Azərbaycan Respublikasına gətirilmişdir. Həmçinin 2023-cü il tarixində Azərbaycan Respyblikası Səhiyyə Nazirliyinin “X7” PHŞ tərəfindən məhsulların dərman vasitəsi olub-olmadığına dair xx.xx.2023-cü il tarixli, B/732/2023 saylı və xx.xx.2023-cü il tarixli, B/2163/2023 saylı ekspertiza rəylərinə əsasən hər iki məhsulun dərman vasitəsi olmadığı və ən əsası isə tərkiblərində texniki normativ hüquqi tələblərinə uyğun olmayan maddə aşkar edilmədiyi, məhsulların reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələrı kımı qəbul edilməsi zamanı muəyyən edilən birdəfəlik terapevtik dozalardan yuksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi olmadığı qeyd edilmişdir. Azərbaycan Respyblikası Səhiyyə Nazirliyinin “X7” PHŞ tərəfindən məhsulların dərman vasitəsi olmadığına dair xx.xx.2023-cü il tarixli, B/732/2023 saylı və xx.xx.2023-cü il tarixli, B/2163/2023 saylı ekspertiza rəylərinə əsasən hər iki məhsula Azərbaycan Respublikasının Gömrük Ərazisinə İdxal Olunmuş Qida və yem Məhsulu, X13 ilə X14 və Məmulatlara verilmiş İdxal Sağlamlıq aktı verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutların məcmusuna əsasən haqlı olaraq qərara alır ki, həmin kapsullar Azərbyacan Respublikası ərazisinə gətirlən zaman müvafiq dövləq orqanları tərəfindən verilmiş rəy və lisenziyalarla doğrulanmışdır. Daha sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutu tərəfindən № 5M6MHZA/LAB05-24002-T-002 saylı və xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş protokola əsasən xx.xx.2024-cü il tarixdə keçirilmiş labarotoriya nümunələrinə əsasən xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan SD00522 partiya nömrəli əmtəə nişanı “Sessoday” bioloji qida əlavələrində “Tadalafil” aşkar olundğu, № AZ-20012658/LAB05- 24056-T-056 saylı və xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş protokola əsasən də xx.xx.2024-cü il tarixdə keçirilmiş labarotoriya nümunələrinə əsasən istehasal tarixi xx.xx.2023-cü il olan, son istifadə tarixi xx.xx.2026-cı il olan KM00525 partiya nömrəli əmtəə nişanı “Kenzo Man” bioloji qida əlavələrində “Tadalafil” aşkar olundğu qeyd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə vəzifəli şəxslər 1.500 (min beş yüz) manatdan 2.000 (iki min) manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin qeyd hissəsində isə bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləği nəzərdə tutulduğu halda aldadılmanın hansı məbləğ ilə əks olunduğu protokolda və qərarda öz əksini tapmamışdır. Bu səbəbdən hesab edilir ki, X3 əməlində Azərbyacan Respublikası İXM-nin 447.0.1-ci maddəsinin tərkib əlmatələri yoxdur. Məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, MN1800207 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, MN1800207 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5097/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5097/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver