Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5241/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 02 (iki) ədəd “Vertu” markalı telefonun qanuni formada qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazların İMEİ nömrələrini dəyişdirməsi və sürətini köçürməsi müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X4 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Şəxs tərəfindən 2 ədəd “X5 and Service Management Co Ltd” istehsallı "Vertu" markalı, VTL-202302 modelli mobil cihazlara aid **********62827, **********82825 və **********72859, **********92857 İMEİ nömrələrini vətəndaş Nadir Əhmədovdan alınan 2 ədəd “Redmi Note 13 Pro” modelli mobil cihazlara internet imkanlarından istifadə edilməklə köçürülməsi faktı, habelə gömrük qanunvericiliyinin tələbləri pozularaq, gömrük orqanına bəyan edilmədən dövlət qeydiyyatına alınması nəticəsində 7931 manat gömrük ödənişlərindən yayınması müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 368-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında ailə vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və inzibati xətanı ilk dəfə törətdiyi üçün barəsində cərimənin aşağı həddində, yəni 300 manat məbləğində tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, gömrük orqanında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 2024-cü ilin may ayında Azərbaycan Respublikası vətəndaşı X3 2 ədəd “Redmi Note 13 Pro” markalı mobil telefonu ünvan 2 ünvanında yerləşən “Mobilkabaku” adlı mağazada mobil telefonların alqı-satqısını həyata keçirən Bakı şəhər sakini Şəxs satmış və həmin telefonların gömrük orqanı ona bəyan edilməsini öz öhdəsinə götürmüşdür. Bundan sonra Şəxs müvafiq proqram təminatından istifadə etməklə internet üzərindən həmin 2 ədəd "Vertu" markalı mobil telefonun İMEİ kodlarını Nadir Əhmədovun ona satdığı 2 ədəd “Redmi Note 13 Pro” markalı mobil telefona köçürmüş və həmin “Redmi Note 13 Pro” markalı telefonların şəkil və videolarını çəkərək gömrük rəsmiləşdirməsini həyata keçirməsi üçün Nadir Əhmədova göndərmişdir. Nadir Əhmədov isə 2 ədəd “Redmi Note 13 Pro” markalı mobil telefonun gömrük orqanına bəyan edilməsi ilə bağlı 2024-cü ilin iyul ayının ortalarında dostu olan gömrük əməkdaşı Elnur Mustafayevə müraciət etmiş və mobil telefon təqdim edilmədiyi halda, yalnız foto və videolar əsasında həmin telefonlardan biri xx.xx.2024-cü il tarixdə, digəri isə xx.xx.2024-cü il tarixdə sadələşmiş bəyannamə ilə gömrük orqanlarına bəyan edilmiş, Şəxs isə sözügedən telefonları qeyd edilən tarixlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində qardaşı X1 adına qeydiyyata alınmasına nail olmuşdur. Bu səbəbdən təqdimata qanunla müəyyən olunmuş 1 aydan gec olmayan müddətdə baxılmaqla, bir İMEİ kodda 2 və daha artıq mobil nömrə aktiv olduqda və ya işlədildikdə sistem tərəfindən avtomatik şəkildə həmin İMEİ kod altında qeydiyyata alınmış mobil cihazların bloklanması istiqamətində zəruri tədbirlərin görülməsi, gələcəkdə bu kimi halların qarşısının alınaraq təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi xahiş edilmişdir; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Şəxs ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00-da inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməsi üçün səlahiyyətli orqanın inzibati binasına dəvət olunmuşdur; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji İnkişaf Şöbəsinin müdiri Təmirov Əlyar Rövşən oğlu tərəfindən tərtib olunmuş 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 (iki) ədəd “Vertu” markalı telefonun qanuni formada qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazların İMEİ nömrələrini dəyişdirməsi və sürətini köçürməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 368-1.1-ci maddəsinə əsasən mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə - fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. “Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 25- ci maddəsinə əsasən, sellular (mobil ) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədi ilə mobil cihazların İMEİ nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya sürətinin köçürülməsi, habelə mobil operatorlar tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 1-ci bəndinə əsasən bu qayda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasında mobil cihazların qeydiyyata alınması qaydasını və onlara telekommunikasiya şəbəkələrində xidmət göstərilməsinin xüsusiyyətlərini tənzimləyir. Həmin qaydanın 2.1-ci bəndinə uyğun olaraq mobil cihazların qeydiyyat sistemi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Nazirlik) tərəfindən qurulur. Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Həmin qaydanın 4.4-1-ci bəndinə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Həmin qaydanın 6.7-ci bəndinə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə İMEİ nömrələri MCQS-nin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun iş materiallarında olan etirafedici izahatı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5241/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5241/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver