Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5942/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, "xxxx" MMC rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 16(113)-753/2021 saylı, 25 oktyabr 2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən 06 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin 16(113)-753/2021 saylı, 25 oktyabr 2024-cü il tarixli icra sənədlərinin tələblərini "xxxx" MMC-nin rəhbəri Şəxs təmin etməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzürlü səbəb göstərmədən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş "xxxx" MMC rəhbəri Şəxs və tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakları təmin olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 16(113)-753/2021 saylı, 25 oktyabr 2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixli “Sabit girov Müqavilə”sinə Əlavə sayılan (sabit girova dair) “girov aktı” N-01 əsasən cəmi 58 adda avadanlığın - ( 1) Altıntaş Makina-Xəmir açma aparatı; 2) Damak doner konveksiyonlu fırın elektrikli maya odalı; 3) Damak DMO90 elektrikli 3 katlı maya odalı mini katlı fırın; 4) Damak DMffM40 mikser; 5) Damak DSPM80 spiral hamur yoğurma; 6) Electrolux air-o-steam; 7) Food Mixer B10B; 8) X6; 9) Ozti fri maşını; 10) Ozti soyuducu; 11) Rational bişirmə peçi; 12) Spiral Mixer HS40; 13) Sveba Dahlin bişirmə peçi; 14) Turhan bişirmə maşını; 15) Zucehelli Formi bişirmə peçi; 16) BİLKAR soyuducu 4 gözlü; 17) Damak DMPM60 planet mikser 3 hızlı 60 İt; 18) Salva Modular bişirmə peçi; 19) X3 Fırın 3,5, m2 pişirme alanı 3 gözlü; 20) X4 Fırın 3,5 rri2 pişirme alanı; 21) Bogazici 20 X7; 22) Damak DSPM80 spiral hamur yoğurma; 23) Okupos Kassa aparatı; 24) Luxury eleçtric pover buxar aparatı; 25) Soyuducu vitrin 1 gözlü (pasta dolabı); 26) Soyuducu vitrin 3 gözlü (pasta dolabı); 27) Soyuducu vitrin 3 gözlü vitraj (kənarları dairəvi) (pasta dolabı); 28) Soyuducu vitrin 2 gözlü vitraj (pasta dolabı); 29) Soyuducu vitrin 3 gözlü vitraj (pasta dolabı); 30) İstici vitrin 1 gözlü vitraj (pasta dolabı); 31) Vidipos kassa aparatı; 32) Sadə vitrin qızdırıcı; 33) Soyuducu 4 gözlü; 34) Lainox şoklama; 35) Sgs Trio pizza peçi; 36) Proexpert pizza peçi; 37) Asrin Sogutma soyuducu vitrin; 38) edesa soyuducu; 39) edesa qabyuyan; 40) arisca fri aparatı; 41) Edesa soyutma və saxlama; 42) Sevel soyuducu dondurma kabini; 43) arisca qaz peçi 2 gözlü; 44) Atalay isitmə peçi; 45) Tescom (UPS kəsilməz cərəyan); 46) Lacinbali kofe aparatı; 47) X8 buz aparatı; 48) arisca soyuducu; 49) Maksan konveksiyon fırın; 50) Bogazici ətçəkən; 51) Ulu soyuducu 2 gözlü; 52) Qaz peçi 1 gözlü; 53) Electrolux konveksiyon peçi; 54) Azvural mikser; 55) Frenox soyuducu -27+8°C; 56) Sevel soyuducu vitrin; 57) Soyuducu vitrin uzun; 58) Soyuducu kabin 16 ədəd (13 soyuducu/3 şoklama)) (girov predmetlərinin)) üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 01 noyabr 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu "xxxx" MMC-yə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 01 noyabr 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən göründüyü kimi, borclu "xxxx" MMC-yə icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materiallarında olan axtarış qərarından görünür ki, borclu "xxxx" MMC rəhbəri Şəxs barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5942/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5942/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver