Məhkəmə qərarları › İş №3(011)-6104/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6104/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6104/2024 16.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə 16 oktyabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-ci il tarixli **********0289 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 34746,30 AZN, netto çəki 2kq) mal xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün xaricdə emal müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirirlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsi tərəfindən tərtib edilən 3-33-3100/021/024637 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2024cü il tarixli, **********0289 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dəyəri 20439 ABŞ dolları, yəni həmin bəyannamənin 23 və 45-ci qrafasına əsasən 34746,30 manat təşkil edən 1 ədəd “portativ voltammetrik analizator” adlı malı xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək, cihazın periodik kalibrasiyası (bərpası) məqsədilə 01 ay müddətinə ABŞ-a müvəqqəti ixrac edilmişdir. Malın kalibrasiyası məqsədilə müvəqqəti ixracı və xaricdə emalı prosesinin aparılması üçün hüquqi şəxs tərəfindən daxil olan xx.xx.2024-cü il tarixli 3-33-3100/1- 016020/2024 nömrəli müraciət ərizəsində malın xaricdə emal xüsusi gömrük proseduru altında qalması müddəti kimi 1 ay öhdəlik kimi götürülmüş, lakin sözügedən müddətin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq hüquqi şəxs tərəfindən malın həmin prosedur altında qalma müddətinin uzadılması, yaxud malın hər hansı başqa bir gömrük proseduru altında rəsmiləşdirilməsi üçün tədbir görülməmişdir. Qeyd olunanlara əsasən DGK HNBGİ tərəfindən "xxxx" MMC barəsində İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı tərtib olunmuş 00800-00905/24 saylı, xx.xx.2024-cü il tarixli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 00800-00818 nömrəli qərardadla aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Sözügedən protokol hüquqlarını müdafiə etdiyi hüquqi şəxs tərəfindən imzalanmamış və protokolun düzgün tərtib olunmadığı iş üzrə icraat aparan HNBGİ-nin təhqiqatçısına bildirilsə də, sonuncu bunu etiraz kimi qəbul etməyərək işi baxılması üçün yuxarı vəzifəli şəxsə təqdim etmişdir. Halbuki qüvvədə olan inzibati xətalar qanunvericiliyinin tələbinə əsasən müvəkkili tərəfindən bildirilmiş etiraz vəsatət kimi qəbul olunaraq onun rədd olunması və ya digər bir prosessual hərəkətin aparılması vacib idi. Sözügedən məsələ ilə bağlı sonradan iş üzrə qərardad qəbul edən HNBGİ-nin rəisi Anar Cahangirov tərəfindən də bununla əlaqədar olaraq hər hansı bir xüsusat dəqiqləşdirilməmiş nəticədə hüquqlarını müdafiə etdiyi hüquqi şəxsin qanunla qorunan hüquqları kobudcasına pozulmuşdur. HNBGİ tərəfindən inzibati xətanın törədilməsində sübut kimi təqdim inzibati xəta haqqında protokolun qanuna zidd olaraq tərtib olunması mötəbər sübut kimi hesab edilə bilməz və onun nəticəsi olaraq qəbul olunmuş qərardad da qanuna zidd olmuşdur. Həmin qərardadla razı deyillər və hesab edirlər ki, qeyd olunan xx.xx.2024-cü il tarixli qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hər hansı təqsirli əməli mövcud olmamış və ya sübuta yetirilməmişdir. Ona görə də hesab edirlər ki, hazırki iş üzrə icraata xitam verilməldir. Belə ki, "xxxx" MMC – bundan sonra “SGS Azerbaijan” LLC (Sifarişçi) ilə Şəxs MMC (İcraçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 1.1ci bəndinə əsasən “İcraçı” “Sifarişçi”nin sifarişi əsasında “Sifarişçi”ni avadanlıq və reagentlər ilə təmin edir, 2.1.1-ci bəndinə əsasən “İcraçı” razılaşdırıldığı kimi malları qəbul edilmiş keyfiyyət standartına uyğun olaraq tam və peşəkarcasına çatdırmaq öhdəliyi daşıyır. xx.xx.2024-cü il tarixdə “SGS Azerbaijan” LLC tərəfindən "xxxx" MMC-yə məktub ünvanlanmışdır. Qeyd olunan müqavilələrin icra edilməsi çərçivəsində "xxxx" MMC tərəfindən CM-RUL-VİEW-KİT RULER X4 adlı məhsulun 1 ay müddətinə bərpası - əslində isə cihazın periodik kalibrasiyası məqsədilə (elə ərizədə də mötərizədə əsl mahiyyəti əks etdirən kalibrasiya olunması qeyd olunmuşdur) malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün xx.xx.2024-cü il tarixdə DGK-nə ərizə təqdim edilmişdir. Sözügedən ərizənin təqdim olunmasının təşəbbüskarı "xxxx" MMC-nin adından gömrük bəyannaməsini təqdim edən gömrük təmsilçisi olduğundan, Cəmiyyətin direktoru tərəfindən ərizədə mövcud olan “bərpa” ifadəsinə qarşı etiraz edilərək bu əməliyyatın bərpa əməliyyatı olmadığı bildirildikdə, təmsilçi tərəfindən həmin ərizənin formal xarakter daşıması bildirələrək imzalanması təklif olunmuşdur. Həmin ərizə formal olaraq “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün” olsa da, əslində mahiyyət malın kalibrasiya edilməsi üçün müvəqqəti ixrac edilməsi olmuşdur. Elə ona görə də həmin ərizədə “Emal əməliyyatları” bölməsində “Bərpa” sözünü qarşısında Cəmiyyətin direktorunun təkidi ilə mötərizədə “kalibrasiya” sözü yazılmış və “Texnoloji istehsalat prosesi barədə məlumat” bölməsində “Cihazın periodik kalibrasiyası” qeyd olunmuşdur. Lakin gömrük orqanı tərəfindən qanunvericiliyn tələbləri pozularaq malın müvəqqəti ixrac proseduru altında deyil, xaricdə emal proseduru altında rəsmiləşdirilməsi aparılmışdır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5-ci maddəsi ilə malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verilməsinin şərtləri müəyyən olunmuşdur. Həmin maddənin 5.4.1-ci bəndinə əsasən icazənin verilməsi zamanı daxili malların emal edilməsinə dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri göstərilmiş alqı-satqı müqaviləsinin də təqdim olunması vacib şərt kimi qeyd olunmuşdur. Həmçinin, bu Qaydaların 5.6-cı maddəsində malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, həmin maddənin də 5.6.2-ci bəndində icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda icazənin verilməsindən imtina edilməli olduğu qeyd edilmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin ixrac əməliyyatı zamanı təqdim etdiyi müqavilədə daxili malların xaricdə emal edilməsinə dair hər hansı bir müddəa olmamış və bu səbəbdən də gömrük orqanı əməliyyatın uyğunsuzluğu səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5.6.2-ci bəndini rəhbər tutaraq icazənin verilməsindən imtina etməli idi. HNBGİ-nin əməkdaşları tərəfindən gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərin yoxlanılması zamanı həyata keçirilməsi nəzərdə tutulan gömrük əməliyyatı ilə uyğunluğunu yoxlasaydılar sözügedən ərizə ilə birgə təqdim olunan müqavilə ilə uyğunsuzluğunu müəyyən edərək bu əməliyyatın xaricdə emal əməliyyatı kimi rəsmiləşdirilməsinin qarşısını ala bilərdilər. “SGS Azerbaijan” LLC tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq H0005116 seriya nömrəli Ruler/FLUİTEC cihazın normativ tələblərə uyğunluğunun davamiyyətini təmin etmək məqsədilə, həmçinin texniki şərtlərə uyğun olaraq onun texniki plan üzrə növbəti kalibrasiyadan keçirilməsi işinin təşkil olunmasını xahiş edilmişdir. Bundan sonra qeyd olunan H0005116 seriya nömrəli “X6” adlı cihazın 1812/20 nömrəli, 18012.2020-ci il tarixli müqavilənin 2 nömrəli Əlavəsinə əsasən kalibrlənməsi məqsədi ilə **********0289 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilərək ABŞ-a göndərilmişdir. Kalibrləməni həyata keçirən “Fluitec Netherland B.V” şirkətinin xx.xx.2024-cü il tarixli məktubunun və xx.xx.2024-cü il tarixli HO005116 nömrəli kalibrlənmə haqqında sertifikatın, həmçinin 1812/20 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 2 nömrəli Əlavəsinin məzmunlarından avadanlığın saz vəziyyətdə, qüsursuz və zədəsiz olduğu, kalibrlənmədən əlavə avadanlıq üzərində heç bir əməliyyatın aparılmaması müəyyən edilmişdir. Qeyd olunan hala aydınlıq gətirilməsi üçün hüquqi şəxsin müraciəti əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 04/24 MR saylı mütəxəssis rəyi ilə də bildirilmişdir: “Kalibrləmə prosesi diaqnostik prosedur olaraq ölçmə vasitələrinin xətalarını və bir sıra başqa metroloji xassələrinin qiymətləndirməsi üçün nəzərdə tutulmuş əməliyyatlar məcmusudur və özündə qaydaya salınma, bərpa və təmir kimi sair əməliyyatları ehtiva etmir. Emal əməliyyatları quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanmasını, malın emalı və təkrar emalını, bərpa olunma və qaydaya salınma da daxil olmaqla, malın təmirini, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunmasını bildirdiyini nəzərə alaraq, kalibrləmə prosesi emal əməliyyatı hesab edilmir. Kalibrlənmə məqsədilə xarici ölkəyə göndərilmiş malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.”. Göründüyü kimi hüquqi şəxs tərəfindən sözügedən cihaz xaricdə emal üçün deyil, kalibrasiya edilməsi məqsədilə müvəqqəti ixrac üçün göndərilmişdir ki, hər iki məvhum özündə ayrı-ayrı mənaları və ayrı prosedur qaydalarını ehtiva edir. Belə ki, “ Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” 13 iyun 2013-cü il tarixli 686-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.25-ci maddəsinə əsasən “ölçmə vasitələrinin kalibrlənməsi” – ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətlərinin təyin edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusudur. “AZS İSO/İEC 17025:2020 Azərbaycan Respublikasının Dövlət Standartı. “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” və “İSO 17025:2017 İnternational Standard. General requirements for the competence of testing and calibration laboratories (İSO 17025:2017 Beynəlxalq Standart. Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər)” standartlarına əsasən kalibrləmə nəticələri - X2 (BS) metroloji izlənilməni təmin edir; “İSO/İEC GUİDE 99:2007, İSO/İEC İnternational vocabulary of metrology — Basic and general concepts and associated terms (VİM) (İSO/İEC GUİDE 99:2007, İSO/İEC “Metrologiya üzrə beynəlxalq lüğət – ümumi və əsas terminlər” (VİM)” standartına əsasən kalibrləmə kəmiyyətin verilmiş ölçmə vasitəsi ilə alınmış qiymətinin, etalonun köməyi ilə təyin edilmiş uyğun qiyməti arasında olan münasibəti müəyyənləşdirən əməliyyatdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməmələri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-ci il tarixli **********0289 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 34746,30 AZN, netto çəki 2kq) mal xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün xaricdə emal müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirilməmişdir. xx.xx.2024-cü il tarixli malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün ərizədən görünür ki, emal əməliyyatı barədə məlumatda növü bərpa (kalibrasiya) müddəti 1 ay və cihazın periodik kalibrasiyası olunacağı qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, akt tərtib edirik ona görə ki, X1 şirkətindən alınan CM-RUL-VİEW-KİT RULER X4 markalı və Seriya No. H0005116 olan cihazın düzgün fəaliyyət göstərməsi üçün müəyyən müddətdən sonra istehsalçı tərəfindən kalibrasiya olunmasına ehtiyac var. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqavilənin birinci tərəfin nümayəndəsi olan direktor Qüdrət Yahyayev tərəfindən təmsil edilən "xxxx"-LTŞ MMC (bundan sonra "Sifarişçi" adlandırılacaq) və ikinci tərəfin nümayəndəsi olan X7 tərəfindən təmsil edilən Fluitec Netherlands B.V. (bundan sonra "İcraçı" adlandırılacaq). Müqaviləyə aşağıdakı dəyişiliklər edilməsi barəsində 1.1. Müqavilənin müddəti xx.xx.2024-cü ilə qədər uzaldılması və 1.2. Satınalınan cihazlar kalibrasiya üçün yenidən istehsalçıya göndərilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ünvanladığı "xxxx" MMC-yə məktubundan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi, Təhqiqat şöbəsində, hüquqi şəxs "xxxx" MMC barəsində aparılan araşdırma çərçivəsində, hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********0289 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malın həmin prosedur altında qalma müddəti üçün hüquqi şəxs tərəfindən götürülən öhdəlik əsasında müəyyən edilən müddətin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq sözügedən mallar ölkə ərazisinə qaytarılmamış, malın xaricdə emal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması ilə bağlı tədbir görülməmiş, yaxud mallar hər hansı digər gömrük proseduru altında rəsmiləşdirilməmiş və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulması barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli 00800-00905/24 saylı qərardadından görünür ki, hüquqi ünvanı AZ 1025, ünvan 1 hüquqi şəxs "xxxx" MMC (VÕEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 497-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X3 **********0289 nömrəli gömrük bəyannaməsinə qoşma edilən müqavilənin əlavəsində də qeyd edildiyi kimi cihazın 2024-cü ilin dekabr ayınadək kalibrasiya edilərək geri qayıtması nəzərdə tutulmuşdur. Sözügedən cihaz tərəflərindən müvəqqəti ixrac gömrük prosedurunda bəyan edilməli olduğu halda səhvən xaricdə emal gömrük prosedurunda bəyan edilmiş, həmçinin yanlışlıqla müqaviləyə uyğun olmayaraq cihazın 1 ay müddətinə geri qaytarılacağı bildirilmişdir. Göründüyü kimi, tərəflərindən yazılan ərizənin özü də təqdim olunan müqavilə üzrə müddət və təyinat baxımından düzgün olmamışdır. Gömrük orqanı isə tərəfimizdən edilən bu uyğunsuzluğu vaxtında aşkar edə bilməmiş və gömrük rəsmiləşdirilməsini başa çatdırmasını bildirmişdir. “SGS Azerbayijan” LLC xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, H0005116 seriya nömrəli RULER/FLUİTEC cihazın normativ tələblərə uyğunluğunun davamiyyətini təmin etmək məqsədilə, həmçinin texniki şərtlərə uyğun olaraq onun texniki plan üzrə növbəti kalibrasiyadan keçirilməsi işinin təşkil olunması xahiş edilmiş, cihazın göstəriciləri normativ tələblərə uyğun olmuş və hal-hazırda cihazın tam işlək vəziyyətdə olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli, 00-800-00905/24 saylı inzibati xəta haqqından protokol tərtib edilmişdir. Lakin "xxxx" MMC-nin direktoru X3 protokolla razı olmadığı üçün imza etməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC barəsində 00800-00905/24 nömrəli inzibati xəta haqqında işin baxılmağa verilməsini mümkün hesab edilmişdir. Kalibrləməni həyata keçirən “Fluitec Netherland B.V” şirkətinin xx.xx.2024-cü il tarixli məktubunun və xx.xx.2024-cü il tarixli HO005116 nömrəli kalibrlənmə haqqında sertifikatın, həmçinin 1812/20 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 2 nömrəli Əlavəsinin məzmunlarından avadanlığın saz vəziyyətdə, qüsursuz və zədəsiz olduğu, kalibrlənmədən əlavə avadanlıq üzərində heç bir əməliyyatın aparılmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir;. 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. 130.2-ci maddəsinə əsasən malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. 200.4-cü maddəsinə əsasən gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır. 200.5-ci maddəsinə əsasən malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 188-ci maddəsinə əsasən emal əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir. “ Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” 13 iyun 2013-cü il tarixli 686-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.25-ci maddəsinə əsasən “ölçmə vasitələrinin kalibrlənməsi” – ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətlərinin təyin edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusudur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, SGS Azerbaijan” LLC (Sifarişçi) ilə Şəxs MMC (İcraçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilə əsasında “SGS Azerbaijan” LLC şirkəti Şəxs MMC-dən H0005116 seriya nömrəli RULER/FLUİTEC cihazın normativ tələblərə uyğunluğunun davamiyyətini təmin etmək məqsədilə, həmçinin texniki şərtlərə uyğun olaraq onun texniki plan üzrə növbəti kalibrasiyadan keçirilməsi işinin təşkil olunması xahiş etmişdir. Həmçinin “SGS Azerbaijan” LLC şirkəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cihaz tam işlək vəziyyətdədir. Qeyd edilən məktubdan da məlum olur ki, müvafiq cihaz (gömrük bəyannaməsində qeyd edilmişdir ki, həmin cihaz laboratoriyada istifadə üçün nəzərdə tutulmuş mineral və sintetik karbohidrogen yağları, ester əsaslı və bioloji parçalana bilən yağlar üçün oksidləşmə müqavimət səviyyələrinin ölçülməsini təmin edən portativ voltammetrik analizatordur) işlək vəziyyətdə olmuş, sadəcə kalibrasiya məqsədi ilə ixrac olunmuşdur. Qeyd edilməsi zəruridir ki, xx.xx.2024-cü il tarixli malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün ərizədə də, “Emal əməliyyatları” bölməsində “Bərpa” sözünü qarşısında Cəmiyyətin direktorunun təkidi ilə mötərizədə kalibrasiya sözü qeyd edilmişdir. Kalibrləməni həyata keçirən “Fluitec Netherland B.V” şirkətinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, avadanlığın saz vəziyyətdə, qüsursuz və zədəsiz olduğu, kalibrlənmədən əlavə avadanlıq üzərində heç bir əməliyyatın aparılmaması müəyyən edilmişdir. Yuxarıda sadalanan normalın ümumi təhlilindən emal və kalibrasiyanın fərqli anlayışlara malik olması müəyyən edilir. Belə ki, “Kalibrləmə prosesi diaqnostik prosedur olaraq ölçmə vasitələrinin xətalarını və bir sıra başqa metroloji xassələrinin qiymətləndirməsi üçün nəzərdə tutulmuş əməliyyatlar məcmusudur və özündə qaydaya salınma, bərpa və təmir kimi sair əməliyyatları ehtiva etmir. Emal əməliyyatları - quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanmasını, malın emalı və təkrar emalını, bərpa olunma və qaydaya salınma da daxil olmaqla, malın təmirini, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunmasını ehtiva edir. Göründüyü kimi hüquqi şəxs tərəfindən sözügedən cihaz xaricdə emal üçün deyil, kalibrasiya edilməsi məqsədilə müvəqqəti ixrac üçün göndərilmişdir ki, hər iki məvhum özündə ayrı-ayrı mənaları və ayrı prosedur qaydalarını ehtiva edir. Təqdim edilmiş sübutlar əsasında məhkəmə hesab edir ki, mal kalibrasiya edilməsi üçün müvəqqəti ixrac edilmiş, emal edilmə nəzərdə tutulmamışdır. Gömrük orqanına ünvanlanmış ərizə, ərizəyə əlavə edilmiş müvafiq müqavilələrdən müəyyən edilir ki, H0005116 seriya nömrəli RULER/FLUİTEC cihaz kalibrasiya edilməsi məqsədi ilə ixrac edilmişdir. Kalibrlənmə ilə emal prosesinin fərqləri qanunvericilkdə kifayət qədər aydın sadlandığından və malın hansı məqsədlə xaricə çıxarılması hüquqi şəxsin nümayəndəsi tərəfindən açıq-aşkar və sənədlərlə bildirildiyindən kalibrlənmə məqsədilə xarici ölkəyə göndərilmiş malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamış, gömrük orqanı tərəfindən malın hansı məqsədlə ixrac edilməsi qaydalarının qeydə alınmasında pozuntuya yol verilmişdir. Bunlar iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi şəxsin nümayəndəsi gömrük orqanına təqdim etdiyi ərizədə cihazın kalibrasiya edilməsi məqsədilə xaricə çıxarılmasını göstərmiş və müvafiq müqavilələr əlavə edilmişdir ki, həmin müqavilələrdən də sözügedən cihazın emal üçün deyil, kalibrasiya üçün göndərilməsi açıq-aşkar məlum idi və belə olan halda gömrük orqanı tərəfindən malın müvəqqəti ixrac proseduru altında rəsmiləşdirilməsi həyata keçirilməli idi. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.38-ci maddəsinə əsasən malların yoxlanılması onların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanması üzrə gömrük orqanları tərəfindən yerinə yetirilən hərəkətlər məcmusudur. Həmin Məcəllənin 151.1-ci maddəsində gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması zamanı gömrük orqanı əməkdaşı malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını, gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu, gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını, gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu, gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini yoxlamalıdır. Bu Məcəllənin 151.2-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir və 151.3-cü maddəsinə əsasən təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır. Göründüyü kimi, aparılan ixrac əməliyyatı zamanı təqdim olunmuş sənədlər əsasında sözügedən prosedurun faktiki olaraq aşkar kalibirləmə prosesi olması qeyd olunsa da, bu hal gömrük orqanı əməkdaşı tərəfindən nəzərə alınmamış, nəticədə "xxxx" MMC-nin adından HNBGİ-nə təqdim edilmiş gömrük bəyannaməsi qanunsuz olaraq xaricdə emal gömrük proseduru kimi rəsmiləşdirilmişdir. İşin daha obyektiv və dəqiq araşdırılması aparıması mümükün olduğu halda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi bu nüansalara diqqət yetirməmiş və səthi araşdırma aparmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar