Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6445/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin 30 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 30 oktyabr 2024cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra - AYNA), Bakı şəhəri, Xətai rayonu, Yeryemenko küçəsində, natamam formada təşkil etdiyi parklanma məntəqəsində qeyri qanuni olaraq inzibati tənbeh tətbiq edilir. AYNA-nin ərazi üzrə monitorinq işləri aparan əməkdaşlarına, 141 qaynar xəttinə və mailto:office@ayna.gov.azElektron ünvan mail ünvanına müraciətlər etsədə uyğunsuzluq aradan qaldırılmayıb və ona müxtəlif vaxtlarda cərimələr yazılmışdır. Barəsində tərtib edilmiş, (AYN0787007) saylı xx.xx.2024 tarixli qərarlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əsassızdır. Belə ki, qərarda 346-1.1-ci maddəsini pozduğu iddia edilir, parklanma yerindən istifadə üçün ödəniş edilməməsi. "X5" (Y.H.Q.) Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin, İV bəndində qeyd edilib ki; "Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir". 10191 və 10200 saylı parklanma məntəqəsində heç bir xətlənmə, parklanma yerinin başlanğıcı və sonu yoxdur. Nişan və yerdəki işarələnmə arasında ziddiyyət və uyğunsuzluq var. Eyni yol sahəsində tətbiq edilmiş daimi nişanlanma xətlərinin tələbləri ilə digər texniki vasitələrin tələbləri (məs: daimi yol nişanları) arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır ("Y.H.Q" maddə 69). Yəni 346-1.1-ci maddəsi müvafiq nişanlanma olduğu təqdirdə tətbiq edilə bilər. Həmçinin müvafiq nişanlanma və xətlənmələr “Yol nişanları və siqnalları haqqında’- 1968ci il Vyana Konvensiyasında öz əksini tapmışdır. AYNA-nin nizamnanəsinə əsasən, fəaliyyətini bundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutaraq həyata keçirməlidir (AYNA, Nizamnamə, bənd 1.2). Hesab edir ki, inzibati qurumun hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranan, zidiyyət və ya uyğunsuzluqlar, vətəndaşların cərimələnməsi və ya əlavə ödənişlər etməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd edilənləri məzərə alaraq, barəsində tərtib olunmuş qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X1 əməlində İXM-in 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 30 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı qərarından görünür ki, X2 30 oktyabr 2024-cü il tarixdə Xətai rayonu, Yeryemenko küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 20 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçinin təqdim etdiyi fotoşəkillərfən görünür ki, Yeryomenko küçəsində yerləşən 10191 və 10200 saylı parklanma məntəqəsində yerin asfalt örtüyü üzərində heç bir xətlənmə yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 40.0.3-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. 42.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "X5" Azərbaycan Respublikasının 3 iyul 1998-ci il tarixli 517-İQ saylı Qanunun 53-cü maddəsinin İV bəndinə əsasən Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. Həmin maddənin XXİV bəndinə əsasən Parklanma yerində nəqliyyat vasitələri yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş qaydada parklanmalıdır. Parklanma yerlərində hər bir nəqliyyat vasitəsinin parklanması üçün işarələnmiş yerlərin sərhədlərini pozmaqla parklanmasına yol verilmir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - on manat məbləğində cərimə edilir. Qeyd edilən 30 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Yeryomenko küçəsində yerləşən 10191 saylı parklanma ərazisi "X5" Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin İV bəndində uyğun olaraq 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Yerüstü Nəqliyyat X4 Şəxsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı qərar ləğv edilməli, X2 əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti təmin olunsun. X2 barəsində qəbul edilmiş Azərbaycan Yerüstü Nəqliyyat X4 Şəxsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Yerüstü Nəqliyyat X4 Şəxsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-6445/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6445/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver