Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7153/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 15 avqust 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 15 avqust 2025ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7435112 saylı Qərar qəbul edilmişdir. Belə ki, həmin Qərara əsasən 100 manat məbləğində cərimə+3 balla barəsində inzibati tənbehvermə haqqında Qərar qəbul edilmişdir. Aşağıda qeyd olunanlar müvafiq Qərarın qanunsuz və əsassız şəraitdə yazıldığını, buna görə də barəmdə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsinin zəruri olduğunu göstərir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 13:53 radələrində ünvan 1 ünvanında ona məxsus olan 77XU086 dövlət qeydiyyat nişanlı KİA OPTİMA Minik markalı nəqliyyat vasitəsilə hərəkətdə olmuşdur. Bununla əlaqədar olaraq bildirmək istəyir ki, İXM-nin 327.2ci maddəsini, yəni guya svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyim üçün (guya yolu svetoforun qırmızı işığında keçdiyim üçün, halbuki yolu svetoforun yaşıl işığında keçmişəm) yol polisi əməkdaşı tərəfindən inzibati məsuliyyətə cəlb edildim. Bununla bağlı foto və video göstərməsini tələb etməyimə baxmayaraq yol polisi əməkdaşı dediklərimə məhəl qoymadan, heç bir foto və ya video görüntü təqdim etmədən barəmdə cərimə tətbiq etdi. Qeyd edir ki, yol hərəkəti qaydalarına əməl edərək nəqliyyat vasitəsini idarə etmiş, yazılan cərimə ilə əlaqədar da ona heç bir video və ya foto təqdim edilməmişdir və tətbiq edilən cərimə ilə qəti şəkildə razılaşmır. Hesab edir ki, barəsində yol polisi əməkdaşı tərəfindən qanunsuz şəraitdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və mənim hüquqlarım kobud şəkildə pozulmuşdur. Bundan başqa inzibati cərimə ilə bağlı ona heç bir foto və video göstərilməmiş, burada da qanunvericiliyin tələbinə məhəl qoyulmamış və kobud pozuntuya yol verilmişdir. Bu kimi kobud pozuntulara yol verilərək tərtib olunmuş inzibati tənbehvermə haqqında Qərar da qanunsuzdur və ləğv edilməlidir. AR Konstitusiyasının 68-ci maddəsinə əsasən hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Ümid edir ki, şikayətinə qanun çərçivəsində baxılar və ədalətli qərar çıxarılar. Bununla da vətəndaşlara münasibətdə yazılan qanunsuz şəraitdə qanunsuz inzibati cərimələrin qarşısı alınmaqla yol polisi əməkdaşlarının özbaşınalıqlara son qoyular. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, qərar tamamilə qanunsuz şəraitdə tərtib edilmişdir, ləğv edilməlidir, iş üzrə icraata xitam verilməlidir. Odur ki yuxarıda qeyd olunanları, habelə İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 53.1.2, 53.2, 114.1 və 114.2-ci maddələrini rəhbər tutaraq barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli "Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında" TP7435112 saylı Qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 15 avqust 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 15 avqust 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 15 avqust 2025-ci il tarixdə, saat 13:53-də «KİA Optima» minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X3 «KİA Optima» minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini svetoforun qadağanedici işarəsi verilərkən (qırmızı işıqda) idarə etmişdir. İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 15 avqust 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 15 avqust 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-7153/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7153/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver