Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7518/2025 16.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 22 avqust 2025-ci il tarixli, 00500-01052/25, 22 avqust 2025-ci il tarixli, 00500-01053/25, 22 avqust 2025-ci il tarixli, 00500-01054/25, 22 avqust 2025-ci il tarixli, 00500-01055/25, 22 avqust 2025-ci il tarixli, 00500-01056/25 və 22 avqust 2025-ci il tarixli, 00500-01058/25 nömrəli inzibati xəta haqqında protokollar tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokollardan görünür ki, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 25 oktyabr 2024-cü il tarixində, **********7908 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: avadanlığın təmizlənməsini təmin edən hissə, avadanlığın üst montaj hissəsi, avadanlığın tullantı çərçivələri hissəsi, avadanlığın materialların daşınma hissəsi, avadanlığın tullantıların toplanmasını təmin edən hissəsi, avadanlıqda suyun düzgün axmasını təmin edən hissə, avadanlıqda suyun çıxarılması üçün borular, avadanlığın tutma hissəsi, avadanlıqda tullantı ayıran hissə, pilləkənlərin yuxarı hissəsi” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 6 ay 25 gün sonra, “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 25 oktyabr 2024-cü il tarixində, **********7762 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: JESSEE EQUİPMENT MANUFACTURİNG-sisteminin etibarlı və effektiv işləməsi üçün istifadə olunan əsas çərçivə yığma avadanlıq hissəsi 1 ədəd Cyclone və kill box yığma, hava keyfiyyətini artıraraq, toz və hissəciklərin effektiv ayrılmasını təmin edən sistem 1 ədəd Düz ducting, havanın və ya digər qazların bir yerdən başqa yerə daşənması üçün istifadə olunan avadanlıq hissəsi 26-28 ölçülərə malik 8 ədəd” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 6 ay 25 gün sonra, “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 12 sentyabr 2024-cü il tarixində, **********0439 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr istehsalçı: jessee equipment manufacturing qurutma maşınının konteyner panelləri və nəmlik ölçən cihazın kompanentləri” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 46 gün sonra, “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 24 sentyabr 2024-cü il tarixində, **********8969 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: düşmə hissəsi, konveyerin baş və quyruq hissələri, maye toplama hissəsi, paylama konveyerləri, ehtiyat hissələri, qapılar və tutacaqlar, bucaq hissələri, yan örtüklər, konveyer ayaqları, qurğunun sabitlik və dəstəkləmə elementləri, hava axını sistemi, yuxarı platforma və damcı qabı çıxışları” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 33 gün sonra, “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 27 sentyabr 2024-cü il tarixində, **********4672 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: daşınma konveyerlərinin ayaqları, çanta stendləri, giriş konteynerləri, uzun çərçivə birləşdirici, örtük və uzantısı, çuxur arası konveyer, tel yolu örtükləri, braketlər və avadanlıqlar, tam iplik asma sistemləri, eğimli yaxşı məhsul drenajı üçün pvc, çuxur tutacağı montajı ilə braket, damcı qabları, daşıyıcı (konveyer), çuxur diamanit plitə örtük” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 30 gün sonra və “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 27 sentyabr 2024-cü il tarixində, **********4730 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr:atıqların daşınması üçün istifadə olunan hissə, sürüşmə konveyeri, konveyer bandı və giriş kanalı, metal və ya plastikdən kabel dəstəyi, çuxur zəngi, geri dönmə və dəstək hissəsi, kvadrat borudan dairəvi boruya keçid hissəsi, keçid boruları, dayanıqlılığı artıran və təhlükəsizliyi təmin edən hissələr, tullantıların daşınması üçün sistem, havalandırma və ya kanallama sistemlərində istifadə olunan halqalar və pilləkən” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 30 gün sonra "xxxx" MMC tərəfindən malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi həyata keçirilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş 22 avqust 2025ci il tarixli, 00500-01052/25, 22 avqust 2025-ci il tarixli, 00500-01053/25, 22 avqust 2025-ci il tarixli, 00500-01054/25, 22 avqust 2025-ci il tarixli, 00500-01055/25, 22 avqust 2025-ci il tarixli, 00500-01056/25 və 22 avqust 2025-ci il tarixli, 00500-01058 nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, hüquqi şəxs “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 25 oktyabr 2024-cü il tarixində, **********7908 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 1 ay müddətinə, yəni xx.xx.2024cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: avadanlığın təmizlənməsini təmin edən hissə, avadanlığın üst montaj hissəsi, avadanlığın tullantı çərçivələri hissəsi, avadanlığın materialların daşınma hissəsi, avadanlığın tullantıların toplanmasını təmin edən hissəsi, avadanlıqda suyun düzgün axmasını təmin edən hissə, avadanlıqda suyun çıxarılması üçün borular, avadanlığın tutma hissəsi, avadanlıqda tullantı ayıran hissə, pilləkənlərin yuxarı hissəsi” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 6 ay 25 gün sonra, “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 25 oktyabr 2024-cü il tarixində, **********7762 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: JESSEE EQUİPMENT MANUFACTURİNG-sisteminin etibarlı və effektiv işləməsi üçün istifadə olunan əsas çərçivə yığma avadanlıq hissəsi 1 ədəd Cyclone və kill box yığma, hava keyfiyyətini artıraraq, toz və hissəciklərin effektiv ayrılmasını təmin edən sistem 1 ədəd Düz ducting, havanın və ya digər qazların bir yerdən başqa yerə daşənması üçün istifadə olunan avadanlıq hissəsi 26-28 ölçülərə malik 8 ədəd” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 6 ay 25 gün sonra, “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 12 sentyabr 2024-cü il tarixində, **********0439 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr istehsalçı: jessee equipment manufacturing qurutma maşınının konteyner panelləri və nəmlik ölçən cihazın kompanentləri” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 46 gün sonra, “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 24 sentyabr 2024-cü il tarixində, **********8969 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: düşmə hissəsi, konveyerin baş və quyruq hissələri, maye toplama hissəsi, paylama konveyerləri, ehtiyat hissələri, qapılar və tutacaqlar, bucaq hissələri, yan örtüklər, konveyer ayaqları, qurğunun sabitlik və dəstəkləmə elementləri, hava axını sistemi, yuxarı platforma və damcı qabı çıxışları” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 33 gün sonra, “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 27 sentyabr 2024-cü il tarixində, **********4672 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: daşınma konveyerlərinin ayaqları, çanta stendləri, giriş konteynerləri, uzun çərçivə birləşdirici, örtük və uzantısı, çuxur arası konveyer, tel yolu örtükləri, braketlər və avadanlıqlar, tam iplik asma sistemləri, eğimli yaxşı məhsul drenajı üçün pvc, çuxur tutacağı montajı ilə braket, damcı qabları, daşıyıcı (konveyer), çuxur diamanit plitə örtük” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 30 gün sonra və “Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 27 sentyabr 2024-cü il tarixində, **********4730 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr:atıqların daşınması üçün istifadə olunan hissə, sürüşmə konveyeri, konveyer bandı və giriş kanalı, metal və ya plastikdən kabel dəstəyi, çuxur zəngi, geri dönmə və dəstək hissəsi, kvadrat borudan dairəvi boruya keçid hissəsi, keçid boruları, dayanıqlılığı artıran və təhlükəsizliyi təmin edən hissələr, tullantıların daşınması üçün sistem, havalandırma və ya kanallama sistemlərində istifadə olunan halqalar və pilləkən” yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 30 gün sonra "xxxx" MMC tərəfindən malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi həyata keçirilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və inzibati materiallarda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətin müvafiq olaraq xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış yüklər 17 iyun 2025, 17 iyun 2025, 27 dekabr 2025, 27 dekabr 2025, 27 dekabr 2025 və 27 dekabr 2024-cü il tarixdə gömrük proseduru altında rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-7518/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7518/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver