Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-883/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "Neftçi" və "Qarabağ” futbol klubları arasında keçirilmiş oyun nəticəsi olaraq Neftçi futbol klubunun məğlubiyyətindən sonra bir qrup şəxslə birlikdə ünvan 2 ünvanda yerləşən Neftçi PFK-nın məşq bazasına gələrək ictimai qaydanı pozaraq əllərində yandırdıqları qırmızı tüstü yayan protexniki vasitələri məşq bazasının həyətinə atmaqla etdikləri hərəkətləri video görüntüyə alıb sosial şəbəkələrdə paylaşaraq Neftçi PFK-nın idarəetmə heyyətinin keyfiyyətsiz idarəçiliklərindən etirazlarını bildirmişlər, həmin hərəkətlər nəticəsində xırda xuliqanlıq etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə '"Neftçi" və "Qarabağ” futbol klubları arasında keçirilmiş oyun nəticəsi olaraq Neftçi futbol klubunun məğlubiyyətindən sonra bir qrup şəxslə birlikdə ünvan 2 ünvanda yerləşən Neftçi PFK-nın məşq bazasına gələrək ictimai qaydanı pozaraq əllərində yandırdıqları qırmızı tüstü yayan protexniki vasitələri məşq bazasının həyətinə atmaqla etdikləri hərəkətləri video görüntüyə alıb sosial şəbəkələrdə paylaşaraq Neftçi PFK-nın idarəetmə heyyətinin keyfiyyətsiz idarəçiliklərindən etirazlarını bildirmişdirlər. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 510-cu maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-ci il tarixdə 'Neftçi" və "Qarabağ” futbol klubları arasında keçirilmiş oyun nəticəsi olaraq Neftçi futbol klubunun məğlubiyyətindən sonra bir qrup şəxslə birlikdə ünvan 3 ünvanda yerləşən Neftçi PFK-nın məşq bazasına gələrək ictimai qaydanı pozaraq əllərində yandırdıqları qırmızı tüstü yayan protexniki vasitələri məşq bazasının həyətinə atmaqla etdikləri hərəkətləri video görüntüyə alıb sosial şəbəkələrdə paylaşaraq Neftçi PFK-nın idarəetmə heyyətinin keyfiyyətsiz idarəçiliklərindən etirazlarını bildirmişdirlər: xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 510-cü maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən Neftçi PFK-nın məşq bazasına gələrək ictimai qaydanı pozaraq əllərində yandırdıqları qırmızı tüstü yayan protexniki vasitələri məşq bazasının həyətinə atmaqla xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quliyev X1 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdə saat 19:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 04 mart 2024-cü il tarixdə saat 19:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-883/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-883/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver