Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1290/2020 31.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Abşeron Rayon Məhkəməsinin icraatına Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədəAbşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokol və material daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, AZA 002119 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:50-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulması haqqında protokol tərtib edilərkən, Azərbaycan Respublikası İXM-in 91-ci maddəsinin tələbinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 91.1-ci və 91.0.7-ci maddələrinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün tutulmuş şəxsin öz vəkili olmadıqda ona müvəqqəti saxlama yeri üzrə ərazidə hüquq məsləhətxanasında və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan digər təşkilatlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmalıdır. Lakin inzibati işin materiallarında tutulmuş şəxs Şəxs hüquqlarının təmin edilməsi üçün ona vəkil təqdim edilməsi barədə (order və vəkilin vəsiqəsinin surəti, vəkildən imtina ərizəsi) hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bu maddənin İİİ hissəsinə görə isə, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Həmin maddənin V hissəsinə görə Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. BMT tərəfindən 1966-cı ildə qəbul edilmiş «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsinin 3(d) bəndində qeyd olunur ki, hər kəs özünün iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən, yaxud özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək hüququna malikdir. Hər hansı şəxsin tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququndan məhrum edilməsi onun Konstitusiya hüququnu pozur. Belə vəziyyət həmçinin Azərbaycan Respublikası Konstitusiyasının – əsas Qanununun pozulması deməkdir. Göründüyü kimi Abşeron rayon Polis İdarəsinin sahə rəisibarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:50-də tutarkən, hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan vəkillərin siyahısını təqdim etməməklə, Şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etməmiş, nəticədə Şəxs Konstitusiyada nəzərdə tutulan şəxsin tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan materiallar natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə materiallar qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 101, 109, 111, 128- 130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiallar qaytarılsın. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1290/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1290/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver